«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 2:08 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islam » Muxtelif melumatlar » Riyakarliq yaxsi emeli puc edir...
Riyakarliq yaxsi emeli puc edir...
KubraZDate: Bazar ertəsi, 2013-05-27, 2:35 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
İmam Sadiq (ə) buyurur: «Riya olmayan bütün yaxşı əməllər qəbul olunur». İnsanın gördüyü bütün işlər üçün iki hal mümkündür: iş görənin məqsədi ya Allahın razılığıdır, ya da hansısa şəxsi məqsəd. İnsan fəaliyyətində ən çox nəzərə çarpan qeyri-ilahi məqsəd özünügöstərmə və ya özününümayişdir. Yəni insan birinə kömək edərkən yardım göstərərkən özünü tanıtdırmaq istəyir. İslam dinində belə bir məqsəd «riya» adlanır. İmam Sadiq (ə) buyurur ki, riyasız görülmüş iş Allah dərgahında qəbuldur.
Əlbəttə ki, ilahi niyyətin də mərtəbələri vardır. İstənilən hər hansı bir mərtəbədə niyyət düzgündürsə, əməl də qəbuldur. Məsələn, vətənin müdafiəsinə qalxmış əsgərin niyyəti vətəni azad etməkdirsə, bu yaxşıdır. Amma əsgər ad-san qazanmaq, müharibədən sonra bu addan istifadə etmək niyyətində də ola bilər. Bu isə çox pisdir.
 
Forum » Islam » Muxtelif melumatlar » Riyakarliq yaxsi emeli puc edir...
  • Page 1 of 1
  • 1
Search: