Insan hansi yolla qelbini ilahi mehebbetle isiqlandira biler - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:54 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Insan hansi yolla qelbini ilahi mehebbetle isiqlandira biler
Insan hansi yolla qelbini ilahi mehebbetle isiqlandira biler
KubraZDate: Bazar ertəsi, 2013-05-27, 2:43 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.

Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!

Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.

Bəli, ne`mətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır. (“Əraf”, 69.)
 
Forum » Islam » Muxtelif melumatlar » Insan hansi yolla qelbini ilahi mehebbetle isiqlandira biler
Page 1 of 11
Search: