Hz.Zeyneb(e) - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:54 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Hz.Zeyneb(e)
Hz.Zeyneb(e)
KubraZDate: Bazar ertəsi, 2013-05-27, 2:48 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
“Onlar həmin kəslərdir ki,camaat onlara:”hamı(düşmənlər) sizə hücum etmək üçün yığışmışlar,onlardan qorxun!” deyəndə,onların imanları artar və “Allah bizə kifayətdir və o, nə yaxşı himayəçidir!” deyərlər (“Ali-İmran” surəsi,173-cü ayə)

YA HÜSEYN! Sənə yerlər ağlar, sənə göylər ağlar. Sənə ərşin bütün mələkləri ağlar. Sənə Zeynəb ağlar, ya Hüseyn! Olmasaydı Aşura, bu gün islam ayaqda qalmazdıq. İmam Hüseyn (ə) əvvəldən Kərbəlada baş verəcəklərdən xəbərdar idi. O Allahın əmrinə boyun əydi. Və Allah yolunda,islam yolunda özünün və əzizlərinin canını qurban verdi. İmam Həcc ziyarətini yarımçıq qoydu. İmam Heccini Kerbəlada tamamladı. Allah yolunda 72 baş kəsildi. Hüseyn(ə) öz şəhidlik məqamı ilə islamı, namazı yaşatdı. Bu gün həqiqi İslamda olmağımızı İmama və Xanım Zeynəb(s.ə) -a borcluyuq. Ürəyi dağlı Zeynəb (s.ə) Kərbəlanı tanıtdı. Əgər xanım olmasaydı bütün bu hadisələr bize dırnaq arası xəlifələrin, yalançıların, Yezid kimilərin təhrif etdiyi, istədiyi kimi gəlib çatardı. Amma xanım məğlub olmadı. Əlləri,ayaqları bağlı olsa da susmadı.Qardaşının nece şəhid olmağını, necə haqq yolunda vuruşmağını hər kəsə çatdırmaq üçün danışdı. Xanım Zeynəb (s.ə) öz xütbələri ilə qəlbləri titrətdi. Əvvəl ibni Ziyadın ,sonra Yezidin məclisində şücaət göstərdi. Onları həqiqətlə rüsvay etdi. Xanım xütbələrinin birində belə buyurur:
”Şükür olsun Allaha ki,bizi öz həbibi Muhəmməd (s)-ın vasitəsilə əziz etdi. Bizi hər bir çirkinlikdən pak etdi. Fasiq rüsvay olur,facir yalan danışır.O da biz deyilik, başqalarıdı.”
Sonra xanım yene buyurur:
”Ey məgrur və bədbəxt! Sən məst və sərxoşsan. Sən aldanmısan, Dünyanın rəyasəti səni aldadıb. Təsəvvür edirsən ki, səltənət və hökumət belə qalacaq? Sənə bildirirəm ki, tezliklə bu hökumət məhv olacaq. Sən təsəvvür edirsən ki, Hüseyn (ə) –dan sonra bu dünyada qalacaq, xoş gün görəcək və rahatlıq tapacaqsan? Heç vaxt sənin üçün rahatlıq olmayacaq.”
Xanım səbri, dözümü və qəlb parçalayan sözləriylə düşmənə qalib gəldi. Və bu günə kimi Kərbəla hadisəsinin bizə gəlib çatmasında Xanım Zeynəb (s.ə) -ın böyük rolu olmuşdur. Onu hətta Ehli-Sünnə mənbələrində " Qətələtu Kərbəla -Kərbəla qəhramanı " -kimi qeyd edirlər.
“Üsuli-Kafi” kitabında imam Sadiq (ə) –dan belə rəvayət olunmuşdur:”Möminin şərafətli ruhunun Allahla bağlılığı və rabitəsi, günəşin nurunun günəşə yaxın olmasından da çoxdur.”
QİYAMƏTƏ QƏDƏR ALLAHIN LƏNƏTİ İMAM HÜSEYN(Ə) –IN QATİLLƏRİNİN ÜZƏRİNDƏDİR
 
Forum » Islam » Muxtelif melumatlar » Hz.Zeyneb(e)
Page 1 of 11
Search: