«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 11:41 AM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islam » Muxtelif melumatlar » Islamda Qiz Ovladinin Deyeri
Islamda Qiz Ovladinin Deyeri
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:25 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Bəzilərini sonsuz etmiş, bəzilərinə qız, bəzilərinə oğlan, bəzilərinə isə ekiz oğlan və ya qız vermişdir. Bütün bunlar Allah-təalanın tam rəhmət və lütfündən doğur:
«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud da hər ikisindən ‒ həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!» [Şura 49-50]
Bu ayəyə əsasən qız övladı Rəbbin iradə və mərhəmətinin təcəllasıdır. Hər hansı bir valideynin qız övladına sahib olması Haqqın elminin, qüdrətinin, iradə və malikiyyətinin tələbidir.
Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.

İmam Sadiqin (ə) buyurduğuna görə, uşaq dünyasını dəyişdikdə bərzəx aləmində İbrahim və Saraya tapşırılır. Onların himayəsi altında tərbiyə alaraq, valideynlərinin axirəti üçün saxlanılır.
«Məskənül-fuad» kitabında imam Sadiqdən (ə) nəql olunur: «Uşağın ölümünə səbir etməyin, haray-həşir salmaqdan çəkinməyin savabı, uşağın sağ olaraq imam Zamanın (ə) qoşunu sıralarında Allah yolunda cihad edərək şəhid olmasından çoxdur».
İmam Hüseyn (ə) şəhid olmuş altı aylıq uşağını xeyməyə gətirib bacısı Zeynəbin (ə) ağuşuna qoydu. Özü torpaq üstündə oturaraq, Haqq-təalaya ərz etdi: «İlahi! Bu altı aylıq şəhidi mənim axirətim üçün saxla».

Vəfat etmiş bir uşağın bu qədər dəyəri olduğu bir halda böyüyüb boya-başa çatdığı və valideynlərinin yorulmadan çəkdikləri zəhmətlə tərbiyə olunduğu zaman nə qədər dəyəri olar? Burada oğlan və qızın heç bir fərqi yoxdur. Məqsəd, insanın övladıdır.
Quranın «Ənfal» surəsində buyurulduğuna görə, insanın övladları onun üçün Haqqın imtahanıdırlar. Əgər valideynlər onlara bəxş olunan övladları üçün şükür etsələr, onların təlim-tərbiyəsi üçün çalışsalar, imkan daxilində onun ailə qurması üçün şərait yaratsalar, onun ehtiramını qorusalar bu ilahi imtahandan alnıaçıq çıxaraq, böyük bir mükafat əldə edəcəklər. Məgər Quranda buyurulmurmu?!:
«Mal-dövlət, oğul-uşaqlar (oğullar) bu dünyanın bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarı ilə daha xeyirlidir».[Kəhf-46]

Öz övladının tərbiyəsi üçün əziyyət çəkən, onu Haqla, peyğəmbərlərlə, imamlarla, Quranla tanış edən şəxs misilsiz, daim savabından bəhrələnəcək bir saleh əməl, xeyirli iş görmüşdür. Hansı ki, Allah yanında daha yaxşı və insanın aqibəti üçün xeyirlidir.
Məgər həzrət Məryəm, Xədicə, Asya, Fatimə (s.ə) və Zeynəb (s.ə) öz ataları üçün daim savabından bəhrələnəcəkləri savab əməl deyildilərmi? Nə üçün hər hansısa bir şəxs qız atası olduqda narahat olmalıdır? Qız övladının ana bətnində formalaşıb dünyaya gəlməsi Allahdan qerisinin iradəsidirmi? Bu yalnız Haqqın iradəsi, Onun lütf və mərhəmətidir. Elə buna görə də, Haqqın iradəsi və seçiminə təslim olmaq və daim bu övladın şükrünü etmək lazımdır.
Bu reallığa hökmən diqqət yetirin: Həzrət Peyğəmbərin (s) Qasım, Təyyib, Tahir və İbrahim adında oğlanları dünyaya gəldi, lakin Peyğəmbər (s) onların heç birinə görə Allah tərəfindən təbrik olunmadı. Bu məqsədlə Quranda da heç bir ayə nazil olmadı. Lakin həzrət Fatimə (s) ana bətninə düşdükdə, «Kövsər» surəsi nazil olaraq, Rəsulullaha daimi bir yaxşılıq müjdəsi verdi.
 
Forum » Islam » Muxtelif melumatlar » Islamda Qiz Ovladinin Deyeri
  • Page 1 of 1
  • 1
Search: