Allaha Siginmaq - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 1:18 AM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Allaha Siginmaq
Allaha Siginmaq
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:31 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Ayətəl-kürsüdə oxuyuruq: «Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb»[«Bəqərə» surəsi, ayə 256.]. «Loğman» surəsinin 22-ci ayəsində buyurulur: «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o artıq ən möhkəm ipdən yapışmışdır». Dilimizə «qırılmaz, möhkəm ip» kimi tərcümə olunmuş söz Quranda «urvətül-vusqa» kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın «qırılmaz ipindən» yapışmaq!
Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru…
Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.
«Ürvətül-vusqa»nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: «İtəsimu bihəblillah». Bu ifadə ilə «Ali-imran» surəsinin 103-cü ayəsində rastlaşırıq: «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın». «İtisam» «yapışmaq» kimi tərcümə olunsa da əslində «sığınmaq», «pənah aparmaq» mənasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır.
Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan «yəqin» məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur.
Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol.
 
Forum » Islam » Muxtelif melumatlar » Allaha Siginmaq
Page 1 of 11
Search: