Usaqlarin sexsiyyetine hormet - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:53 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Usaqlarin sexsiyyetine hormet
Usaqlarin sexsiyyetine hormet
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:37 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Əgər valideyn şəxsiyyətli övlad yatişdirmək istəyirsə uşaqlıqdan övladının şəxsiyyətinə hörmət qoymalıdır. Uşaq vaxtı şəxsiyyətinə hörmət qoyulmayanlar böyüdükdə özlərini layiqli bir insan, şəxsiyyət kimi tanımırlar və bu düşüncəni onlarda dəyişmək çox çətin olur.
Həzrət Məhəmməd(ə) buyurmuşdur ki: "Övladlarınıza ehtiram qoyun və onlarla gözəl qaydada davranın. Uşaqlarınızı adı ilə çağıranda hörmətlə çağırın, oturmaq istəyəndə onların oturması üçün ayağa qalxın və onlara üzünüzü turşutmayın.”
Peyğəmbər (s) özü bu sifarişinə əməl edirdi. O uşaq doğulandan, südəmər vaxtı və böyük vaxtlarında da onları addım-addım izləyir, onların tərbiyəsinə çox ciddi yanaşırdı.
Ehtiram məhəbbət və itaət, təhqir isə düşmənçilik və müxalifətlik yaradan amildir. Övladın şəxsiyyətinə hörmət qoymaqla onları asanlıqla ələ almaq olar və bununla onlar valideynə itaət edər, onun sözündən çıxmazlar.
İmam Əli (ə) buyurur ki,” Qarşınızdakı insanla hörmətlə danışın ki, o da sizə hörmətlə cavab versin.”

Uşaqların oyunlarında iştirak etmək

Uşağın şəxsiyyətinin gözəl inkişaf etməsi üçün lazım olan işlərdən biri də onların oyunlarında iştirak etməkdir. Bu zaman uşaq sevincindən həyəcanlanır. Fikirləşir ki, onun işi o qədər qiymətlidir ki, böyüklər onunla həmkarlıq edirlər. Uşaq özünü şəxsiyyət kimi hiss edir, özünə etimadı artır.
Əksinə böyüklər onun oyununa qarışıb elə hey irad tutsalar, özünə inamı azalır və elə fikirləşir ki, heç vaxt müstəqil bir iş görə bilməz.
İmam Əli (ə) buyurur ki: "Uşağı olan hər bir kəs özünü uşağın səviyyəsinə endirməli, onunla uşaq kimi rəftar etməlidir.”
Həzrət Məhəmməd (s) buyurmişdur: "Allahın rəhməti olsun o kəsə ki, yaxşı işlərdə və yaxşılıq etməkdə övladına kömək olsun, özü də ona yaxşılıq etsin, onunla dost olsun.”
Uşaqlarla oyun oynamaq onların sevincinə səbəb olur. Uşaqları sevindirmək İslamda ibadət sayılır.
Uşaqların oyununda iştirak etməyin bir üstünlüyü də ondadır ki, onların məhəbbətini qazanırsan, onlar da özlərini sənə bənzətməyə çalışırlar. Beləliklə, insani və əxlaqi xüsusiyyətləri onlara öyrədər, onları daha faydalı oyunlara cəlb edər, xətərli oyunlardan çəkindirə bilərsən.

Uşaqlara salam vermək

İnsanın şəxsiyyətinə hörmət nişanələrindən biri də onlara salam verməkdir. İslam təlimlərində salam vermək təkid olunan qaydalar, sünnələrdən biridir. İki müsəlman görüşərkən söhbətə başıamazdan əvvəl bir-birinə salam deməlidir.
Bir kişi İmam Hüseynlə (ə) rastlaşır. Salam verməzdən əvvəl hal-əhval soruşur. Allahdan onun üçün əmin-amanlıq arzu edir. O həzrət cavabında "hal-əhvaldan qabaq salam vermək lazımdır” deyir. Sonra əlavə edir: "Heç kəsə icazə verməyin salam verməzdən əvvəl söz danışsin.”
Əgər uşaq böyüyə salam versə böyük onun cavabını ən gözəl qaydada almalıdır. Bununla onun şəxsiyyət olduğu təlqin edilir. Uşağa etina olunmasa və salamının cavabı verilməsə onu təhqir etmiş olur və onu incitmiş oluruq.
Malik bin Ənəs deyir: "Allahın rəsulu bir neçə kiçik uşaqla rastlaşır, onlara salam verir və hədiyyə təqdim edir... Peyğəmbər(s) bəyənilən xüsusiyyətlərindən biri də bu idi ki, hər kəsə - kiçiklərə və böyüklərə salam verərdi.”
İmam Sadiq (ə) Rəsuli-əkrəmdən (s) nəql edir ki: " Ölüm anına qədər tərk etməyəcəyim beş şey var. Onlardan biri uşaqlara salam verməkdir. Bu məsələyə daha çox diqqət edirəm ki, məndən sonra camaat arasında sünnə olsun.”
Uşaqlara salam verməyin iki psixioloji təsiri var: Salam verənin təvazökarlıq kimi gözəl əxlaqi xüsusiyyətləri güclənir, uşağın şəxsiyyəti dirçəlir, müstəqilliyi arır, özünə etimad edir. Salam verilən və şəxsiyyətinə ehtiram qoyulan uşaqların öz ləyaqətinə inamları artır və uşaqlıqdan inanırlar ki, cəmiyyət onlara ehtiram göstərir.
 
Forum » Islam » Muxtelif melumatlar » Usaqlarin sexsiyyetine hormet
Page 1 of 11
Search: