«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 5:13 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islamda qadin » Islamda qadinlar » Qadin islamda once (Bismillah!)
Qadin islamda once
IslamQadiniDate: Cümə günü, 2010-07-16, 3:11 PM | Message # 1
Lieutenant
Group: Administrator
Messages: 45
Reputation: 0
Status: Burda deyilem

Qustav Lebonyn etirafları
Burada görkəmli Fransız tarixçisi, tədqiqatçı alim Qustav Lebonun sözlərinə diqqət yetirmək lazım gəlir. O yazır: «İslam qadının ictimai vəziyyətini və hüququnu bəzi avropalıların batil əqidələrinin əksinə olaraq, daha çox yüksək həddə qaldırdı. Quranın qadınlara irs qismində verdiyi hüquq Avropa qanunlarının bir çoxundan daha yaxşıdır... Bəli, İslam Avropada olan bəzi qanunlar kimi təlaqa (boşanmağa) icazə verir. Lakin şərt qoyur ki, təlaq verilmiş (boşanmış) qadınlarla yaxşı və ədalətlə rəftar olunmalıdır. Bunu daha yaxşı dərk etmək üçün qadının İslamdan əvvəl və sonrakı vəziyyətini araşdıraq (və müqayisə etdikdə, lazım olan nəticəni ələ gətirək). İslam dini gəlməmişdən əvvəl kişilər qadınları heyvanla insan arasında olan bir varlıq kimi bilirdilər. Qadını yalnız nəsil artırmaq və xidmətçilik üçün bir vasitə hesab edir, qız atası olmağı özlərinə bir müsibət sayırdılar. Qızları öldürmək adəti elə yayılmışdı ki, yeni doğulmuş qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Bu hadisənin bir adət–ənənə kimi yayılmasını aşağıdakı - bəni-Təmim tayfasının başçısı Qeyslə Həzrət Məhəmməd (s) arasında baş vermiş - söhbətdən başa düşmək olur. Qeys bir gün gördü ki, Peyğəmbər (s) öz qızlarından birini dizinin üstündə oturdub. Ondan soruşdu: «Bu qoyun balası nədir ki, onu bu qədər öpürsən?»
Həzrət (s) buyurdu: "Bu mənim qızımdır”.
Qeys dedi: "And olsun Allaha! Mənim çoxlu qızlarım olub, hamısını diri–diri torpağa basdırmışam və heç birisini bu qədər öpməmişəm]
Attachments: 8635505.jpg (4.0 Kb)


Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
 
Forum » Islamda qadin » Islamda qadinlar » Qadin islamda once (Bismillah!)
  • Page 1 of 1
  • 1
Search: