Sirniyyatlar.. - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-03, 9:44 AM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Metbext » Qadin metbexti » Sirniyyatlar..
Sirniyyatlar..
KubraZDate: Bazar ertəsi, 2013-05-27, 11:59 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Ərzaqlar:
3 yumurta
1 su st. qatıq
1 çay st. şəkər tozu
1 su st. bitki yağı
1.5 su st. mannı
2 su st. un
0.5 limon qabığı
1 xörək qaşığı limon suyu
1 qabartma tozu

Hazırlanması:

Əvvəlcə yumurta ilə şəkər tozunu yaxşıca çalırsınız, sonra digər ərzaqları və axırda unu və limon qabığu rəndəsini töküb töküb qarışdırırsınız. 180 dərəcədə üzü qızarıb içi bişənə qədər bisirirsiniz. Bişdikdən sonra doğrayirsınız və bişənə qədər şərbəti hazırlayırsınız. Su və şərbət qaynamağa başladıqdan 10-15dq sonra şərbəti ocaqdan alırsınız. Dilimlənmiş keks həmdə şərbət ılıqkən tökürsünüz. 1-2 saat sonra hazırdır. Üstünü zövgə görə istədiyiniz kimi bəzəyəbilərsiniz.

Added (2013-05-27, 11:59 AM)
---------------------------------------------
Ərzaqlar:1+3/4 stəkan (245 q) un

1/4 stəkan (30 q) kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
Bir çimdik vanil tozu
3 yetişmiş banan
2 böyük yumurta
120q kərə yağı
(əridin və soyudun)
1/2 stəkan doğranmış qoz
1/2 stəkan doğranmiş plitka şokolad

Hazırlanması:1. Sobanı 180˚C-dək qızdırın.
2.  23 X 13 X 8  santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.
3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.
4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.
5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən  keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər

 
Forum » Metbext » Qadin metbexti » Sirniyyatlar..
Page 1 of 11
Search: