«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 9:49 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 5:58 AM
  
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XXVII. TOXUCULUQ VƏ YÜNGÜL SƏNAYE

     (...əvvəli ötən sayımızda)
    

Toxuma malları istehsalının ümumi peşələri

     Kanalizasiya qanovlarının təmizlənməsində məşğul olan sanitar-texniki sistemlərin və avadanlıqların quraşdırıcısı; valların mexanikləşdirilməmiş qaldırılması və çıxarılması ilə məşğul olan şlixtləmə avadanlığının operatoru; tullantıların əllə yüklənməsi ilə məşğul olan hazır məhsulun və tullantıların presləyicisi; qara anilin istifadə edilən işlərdə məşğul olan fəhlələr; mexanikləşdirilməmiş üsul ilə naxışlama sahəsində üzərinə əriş sarınan valların, çillə dəzgahı vallarının, kiplərin, parça rulonlarının (kətan) daşınması ilə məşğul olan nəqliyyatçı.
    
Pambığın ilkin emalı

     Xammalın və liflərin presləyicisi.
    
Kəndir-cut istehsalı

     Cut kipinin bölünməsi ilə məşğul olan lif hazırlayıcısı.
    
Yun istehsalı

     Toxuculuq sexlərində mahud istehsalı ilə məşğul olan usta köməkçisi; texniki mahudların yuyucusu.
    
Yun-keçə istehsalı

     Qalın keçələrin hazırlanması ilə məşğul olan keçəbasan; əl işlərində məşğul olan ayaqqabını qəlibə keçirən; əl işlərində məşğul olan ayaqqabını qəlibdən çıxaran.
    
Dəri və dəri xammalının istehsalı

     Lətçi:
     a) iri dərilərin əl ilə qəliblərə qaytanlanması ilə məşğul olan; iri dəri xammalının lətləşdirilməsi və bölünməsi ilə məşğul olan; iri və sərt dərilərin katoklarda yayılması ilə məşğul olan dəri yayıcısı; iri dəri xammalının və yarımfabrikatların aşılayıcı, boyayıcı və yağ hopduran barabanlara doldurulması və boşaldılması ilə məşğul olan fəhlələr; dəri zavodlarının islatma-külləmə sexlərində iri dəri xammalının və yarımfabrikatların əldə daşınması, yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr; dəri xammalının biçicisi; iri dəri xammalının çeşidlənməsində məşğul olan məmulatların, yarımfabrikatların və materialların çeşidləyicisi; qəliblərdə əllə iri dərilərin və dəri xammalının təmizlənməsi ilə məşğul olan məmulatların, yarımfabrikatların və materialların təmizləyicisi; aşılanmaq üçün hazırlanmış iri dəri xammalı növlərinin üz tərəfindən maşınlarda təmizlənməsi ilə məşğul olan aşılanmaq üçün hazırlanmış dəri təmizləyicisi.
    
Dəri ayaqqabı istehsalı

     Ayaqqabının altı üçün detalların doğranması ilə məşğul olan detal doğrayıcısı; «Anklepf» tipli maşınlarda məşğul olan detalların və məmulatların qəlibçisi.
    
Xəz istehsalı

     Xammalın yuyulması ilə məşğul olan yuyucu maşının maşinisti; lətçi; sentrifuqalarda məşğul olan sıxıcı; qara anilin tətbiq edilən işlərdə məşğul olan fəhlələr; formalinlə işlənmiş qoyun dərisi xəzinin ütülənməsi ilə məşğul olan xəz dərilərini termonaxışlayıcısı.
     (ardı var...)
    

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 887 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]