«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 6:32 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 6:04 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XXXI. DƏNİZ NƏQLİYYATI

     (...əvvəli ötən sayımızda)

     Sahil bosmanı, sahil matrosu (yerli və şəhərətrafı xətlərin sərnişin körpülərində işləyənlər istisna olmaqla); tiyanlarda yandırılan yanacaq növlərindən asılı olmayaraq gəmi və yükqaldıran kranların tiyanlarına xidmətlə məşğul olan gəmi ocaqçısı və baş tiyançı maşinisti; üzən kranlarda məşğul olan kran maşinisti (krançı), kranmeyster və onların köməkçiləri; donanmanın bütün növ gəmilərinin maşın komanda heyəti, (mexanik, elektromexanik və başqaları) və maşın komandası (maşinistlər, motorçular, elektriklər, bütün oddan olan çilingərlə, tornaçılar və başqaları); donanmanın bütün növ gəmilərinin, həmçinin üzən təmizləyici stansiyaların, dokların, taxıl, sement, kömür və başqa tozlandırıcı yülərin üzən boşaldıcılarının göyərtə komandası (bosman, şkiper, şkiper köməkçisi və bütün adlarda matroslar); limanlarda və körpülərdə yükləmə-boşaltma işləri ilə məşğul olan kompleks briqadaların fəhlələri və yükdaşıyanları; maşın və göyərtə heyətinin ilk vəzifəsi üzrə işi əvəzçiliklə yerinə yetirən bütün növ donanma heyətinin üzvləri;
    
XXXII. ÇAY NƏQLİYYATI

     Yükvuranlar, dokerlər-mexanizatorlar (10-cu və 2-ci dərəcəli təhlükəyə aid olan maddələr istisna olunmaqla daima krançı, limandaxili nəqliyyat sürücüsü və fəhlələrdən işləyən doker-mexanizatorlardan daimi yüklərin emalında fasiləsiz hərəkətdə olan maşın və mexanizmlərə xidmət edən fəhlələrdən başqa); bərk yanacaqla işləyən gəmilərdə məşğul olan gəmi ocaqçısı; bütün adda sərnişin və yüksərnişinin gəmilərinin (yastıdibli itigedən və sualtı qanadlı gəmilər, həmçnin şəhərətrafı və şəhərdaxili xətlərdə işləyən gəmilər istisna olmaqla), qarışıq Qayda-dənizdə üzən gəmilərin, torpaqqazan və torpaqsoranların matrosları; üzən krantlardaişləyən kran maşinisti (krançı); bütün növ donanmanın maşın komanda heyəti (mexaniklər, elektrik montyorları və s.) və maşın komandası (maşinistlər, elektriklər və s.); sükan qurğusu əl ilə hərəkətə gətirilən gəmilərdə məşğul olan sükançı.
    
XXXIII. MÜLKÜ AVİASİYANIN İSTİSMAR, TƏLİM-UÇUŞ MÜƏSSİSƏLƏRİ (TƏŞKİLATLARI VƏ UÇUŞ-SINAQ STANSİYALARI)

     Təyyarələrə (vertolyotlara) texniki xidmətlə məşğul olan mühəndis və texnik; aeroportlarda baqajların və əl yüklərinin daşınması ilə məşğul olan yükdaşıyan; uçan apartların etilli benzinlə doldurulması və eləcə də xüsusi maşınların etilli benzinlə doldurulması ilə məşğul olan benzindoldurma stansiyasının operatoru, qaz trubinli təyyarələrdə yanacaq banklarının təmizlənməsi və daxilində təmirlə məşğul olan fəhlələr; aerodromlarda bitumun hazırlanmsı və uçuş-enmə zolaqlarının və dönmə yollarının təmiri və məşğul olan fəhlələr.
     (ardı var...)
    

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 952 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]