- Qanunvericilikdə - Qadın hüququ - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:52 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 6:06 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XXXIV. RABİTƏ

     (...əvvəli ötən sayımızda)

     Kabelçi-lehimləyici; lift avadanlığı ilə təchiz olunmamış, hündürlüyü 10 m-dən yüksək qurğularda (qüllələrdə, dirəklərdə) radio avadanlığına və rabitə aparatlarına texniki-istismar xidməti ilə məşğul olan fəhlələr; rabitənin kanalizasiyası qurğularının elektrik montyoru; hava-rabitə xətlərinin təmiri üzrə işləri yüksəklikdə yerinə yetirən telefon rabitəsinin və radiolaşdırmanın xət qurğularının elektrik montyoru.
    
XXXV. POLİQRAFİYA İSTEHSALATI

    
Qurğuşun ərintilərinin tətbiqi ilə bağlı işlər

     Stereotiplərin, şriftlərin, yığma və ağardıcı materialların tökülməsi sahəsində məşğul olan poliqrafiya avadanlığının sazlayıcısı; tökücü; stereotiplərin tökmə əməliyyatlarında və işlənməsində məşğul olan fəhlələr; stereotiperçi.
    
Dərin çapetmə sexləri

     Dərin çapetmə bölməsində çapetmə işləri ilə məşğul olan fəhlələr (hazır məhsulun qəbulu və qablaşdırılmsından başqa); dərin çap qəliblərinin oymaqçısı;
    
XXXVI. MUSİQİ ALƏTLƏRİN İSTEHSALI

     Nəfəsli alətlər üçün detalların hazırlayıcısı; pianino və royalın cilalama dairəsində çuqun çərçivələrin təmizlənməsi və qaşınması ilə məşğul olan fəhlələr.
    
XXXVII. KƏND TƏSƏRRÜFATI

     Pambıq xammalın aqreqatlara əl ilə yüklənməsi ilə məşğul olan xammal yükləyicisi; zəhərli kimyəvi preparatlarla işlərdə tozlandırıcı və çiləyici avadanlıqlar quraşdırılmış traktorda işləyən kənd təsərrüfatı istehsalatının traktorçu-maşinisti; tırtıllı və ağır traktorlarda çalışan kənd təsərrüfatı istehsalatının traktorçu-maşnisti; traktorlarda, kombaynlarda və başqa özüyeriyən kənd təsərrüfatı maşınlarında işləyən kənd təsərrüfatı istehsalatının traktorçu maşinisti; quyularda, peyin şirəsi quyularında və sisternlərdə, silos anbarlarında və senaj qüllələrində işləyən fəhlələr; drenaj borularının əl ilə düzülməsi ilə məşğul olan fəhlələr; heyvan cəmdəklərinin müsadirə olunmuş və patoloji materialların yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr; iribuyunuzlu mal-qara, at cəmdəklərindən dərilərinin soyulması və cəmdəklərin doğranması ilə məşğul olan fəhlələr; zəhərli kimyəvi preparatların daşınması, yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr; pestitlərin, işçi formalarının daşınması, yüklənməsi, boşaldılması, anbarlara yığılması, hazırlanması və tətbiqi ilə toxumların, bitkilərini, kənd təüərrüfatı sahələrinin, binaların, tutumların, nəqliyyat vasitələrinin işlənməsi, eləcə də bu iş növlərində istifadə edilən maşın, mexanizm və avadanlıqların texniki xidməti, təmiri, təmizlənməsi və yuyulması ilə məşğul olan fəhlələr; taxılın dərmanlanması ilə məşğul olan fəhlələr; siklonların, ocaqların və toz kameralarının təmizlənməsində məşğul olan avadanlıq təmizləyicisi; tütünün yığılması, daşınması və ilkin emalı ilə məşğul olan fəhlələr.
     (ardı var...)
    

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 538 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]