«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 12:35 PM
Main » Files » Aktual » Aktual

2012-12-14, 7:44 AM
Aşuraya səthi psixoloji baxış




Şübhəsiz ki, İslam dininin şəxsiyyət yetirmək sistemi başqa məktəblərlə müqayisədə ən mükəmməl olanıdır. Biz bunu ayrı-ayrı övliyaların həyatına nəzər salaraq görə bilərik. Tarixdə yalnız bir qeyri-adi hadisə var ki, orada iştirak edənlərin hamısı – südəmərindən tutmuş ahıl qocasınadək – yüksək əqidə nümayiş etdirmişdir. Bu, Kərbəla vaqiəsidir. Burada baş vermiş hadisələrə səthi də olsa psixoloji yöndən baxsaq, Kərbəlaya varid olmamışdan öncəki mərhələləri "aydınlatma və hədəfi dəqiqləşdirmə mərhələsi” adlandıra bilərik. Belə ki, rəhbər ayrı-ayrı məqamlarda məqsədin sırf mənəvi olduğunu müxtəlif çıxışlarla bəyan etmişdi. Odur ki, bu 200 nəfərlik karvan "yəqin üzrə” hərəkətə gəlib zülm, təzyiq, qan-qada, casusluq və təhlükə olan bataqlıq bir mühitdə həqiqəti göstərməyi nişan almışdı. Belə bir zamanda İmam (ə) bir sıra şəxsləri onlara qoşulmağa dəvət edir. Bu dəvət İmamın (ə) yardımını artırmırdı, insanların maarifini artırırdı. Kərbəlaya varid olmuş silahdaşlar yaxın 4-5 gün ərzində məsələnin nə qədər ciddi olduğunu, Yəzid ordusunun onlara çıxış yolu verməyəcəyini görəcəklər. Bu ciddiyyət tasua gecəsi kuliminasiyaya çatacaq. Artıq İmam (ə) hamıdan beyətini götürmüş və hamını azad buraxmışdı. Oradakılar ya izzətli əbədiyyəti, yaxud şərəfsiz qalan beş gün dünya həyatını seçməliydi. Burada iradəyə şücaət və cəsur ürək kömək etməzsə, iradə nəfsin şiddəti, qorxusu və bağlılıqları qarşısında beş addım geri çəkilər və seçimin nə olacağı artıq bəlli olar. Maraqlıdır ki, İslam əqidələri yalnız zehni deyil, həyatın çətin məqamlarında insanın qəlbini də düzgün istiqamətləndirə bilir. (Təbii ki, Allahın inayətilə.) Bəli, gedən getdi, qalan isə qəti qaldı. İmam (ə) bu seçimə görə qalanları behiştlə müjdələdi. Edəcəyi bir işin qarşılığının güclü olması insan ruhunu stimullaşdırır. Sonrakı mərhələ sübhə qədər olan vaxtı ibadətlə keçirmək idi. İnsan seşimini edib, qüdrət Sahibinə üz tutur və uzun-uzadı Ondan səbir və yardım diləyir. Ruhi səbat (sabitlik) üçün ibadət çox önəmli faktordur. Səhər açıldıqda artıq səbir, fədakarlıq və məhəbbətin təzahürünün zamanıdır. Əllər əsməyəcək, ayaqlar büdrəməyəcəkdir. Ruhunu əbədi zülm və nahaqla savaşa təchiz etmiş əsgər döyüş zamanı ən böyük əzmkarlıq göstərməyə hazırdır. Çünki İmam (ə) və tərəfdarları artıq dəfələrlə bundan öncə cihad meydanlarında olmuşdular. Bu ruhi hazırlıq cihada yox, şəhadətə hazırlıq idi. İmam (ə) hər bir silahdaşı dua etmiş və daima zikrlə məşğul olmuşdur. Hər an zikr etmək, Allah rizasıyla alışmaq da ruhu qidalandıran böyük amillərdən biridir. Ölüm, əziz sandığın iman baniləriylə görüş körpüsünə, axıtdığın qan isə cəmiyyətin həyat suyuna çevrilirsə, səndən öncə gedən şəhidlər səni gözləyir və sənin gəlişinə sevinirlər. Belə olduğu təqdirdə ölüm qorxunc bir şey olmur, əksinə astanadan o tərəfə addım atmaqdır. Daha geniş həyata aparacaq ölüm gözəl və istəkli vasitəyə çevrilir. Odur ki, İmam (ə) "əgər bədənlər torpaq olmalıdırlarsa, Allah yolunda ölmək daha gözəldir” buyurmuşdur. Beləcə Kərbəla vaqiəsində bəzi ruhi kamal mərhələləri təzahür etdi. Bu, İslamın yetirdiyi şəxsiyyətin aynası idi. Bütün bu yazılanlar ibrətlər dolu xəzinədən zərrəcik nəticə idi. Xəzinə isə öz səyyahlarını gözləyir.

Emruzə

kovser.az


Category: Aktual | Added by: IslamQadini
Views: 842 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]