- Aile - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:50 AM
Main » Files » Islamda qadinlar » Aile

2012-06-17, 11:06 PM
Sehrkar və cadugərə inanmayın!

Sehrkar və cadugərlərə inananlar sevinc, şadlıq və qələbəyə çata bilməyəcəklər.

Bir xanım tanıyıram ki, o, hiyləgər, falçı, cadugər qadınların toruna düşərək özünün, övladlarının və qohumlarının həyatını acı, qaranlıq və viran etmişdir. Məsələn, əri işdən evə qayıdarkən ona irad tutub acı bir söz deməməsi üçün cadugərlər deyiblər ki, bu kəlmələri yetmiş dəfə oxusun və qapının ayaq dəyən yerinə piləsin:

Qapıdan girdiyin kimi çıxasan

Məni görəndə eşşək olasan

Başın səbəd, dilin nəməd[1]

Bihəqqi "qul hu vəllahu əhəd”.

O, o qədər bu işlərlə məşğul oldu ki, həyatı çox acınacaqlı və pis vəziyyətə düşdü. Qadın gündəlik yaşayışını zülmət, acı, pərişan və yoxsulluqla keçirdir. Ailəsindən ayrılmışdır və aclıq, yoxsulluq onu qapı-qapı salmışdır...

Bəli, fala, falçıya inanmağın və cadugər yanına get-gəl eləmyin nəticəsi, üst-üstə gələn çətinliklər, mənəvi, maddi həyatın zülmətə çevrilməsi və həyatın məhv olub dağılmasından başqa bir şey deyildir.

Allah-Taala Qurani-Kərimin "Taha” surəsinin 58-70-ci və Yunus surəsinin 75-85-ci ayələrində sehrlə məşğul olanların heç vaxt zəfər çalmayacağını və üzlərinin gülməyəcəyini bəyan etmişdir. [2]

İslam dini sehr-cadu və bu kimi işlərlə məşğul olmağı qadağan etmişdir. Bu barədə  Həzrət Məhəmməd Peyğəmbər (s) buyurub:

«سَاحِرُ الْمُسْلِمِينَ يُقْتَلُ وَ سَاحِرُ الْكُفَّارِ لَا يُقْتَلُ قِيلَ يَا رَسُولَ اللَّهِ (ص) لِمَ لَا يُقْتَلُ سَاحِرُ الْكُفَّارِ قَالَ (ص) لِأَنَّ الشِّرْكَ أَعْظَمُ مِنَ السِّحْرِ لِأَنَّ السِّحْرَ وَ الشِّرْكَ مَقْرُونَانِ».
"Müsəlmanlardan olan sehrkar öldürülməli və kafirlərdən olan sehrkar öldürülməməlidir"

Dedilər: Ey Allahın Rəsulu (s) nə üçün kafir sehrkar öldürülməsin?

Peyğəmbər (s) buyurdu: "Çünki şirk günah baxımından sehrdən daha böyükdür. Şirk və sehr bir-birinə yaxındır".[3]

Həmçinin Əli (ə) buyurub:

«مَنْ تَعَلَّمَ شَيْئاً مِنَ السِّحْرِ قَلِيلًا أَوْ كَثِيراً فَقَدْ كَفَرَ وَ كَانَ آخِرَ عَهْدِهِ بِرَبِّهِ وَ حَدُّهُ أَنْ يُقْتَلَ إِلَّا أَنْ يَتُوبَ».

 "Hər kəs sehr və caduya meyl salsa və onu öyrənsə və ya öyrətsə, bu iş onun Allah-Taalaya axırıncı əhdi olacaqdır. Tövbə edib bu işdən əlçəkmədiyi halda onun cəzası budur ki, İslami hakimin əmri ilə edam olunsun”.[4]

Aşağıdakı hədisə diqqət edin ki, bu hədisin məzmunu çoxlarına aid ola bilər:

«أَقْبَلَتِ امْرَأَةٌ إِلَى رَسُولِ اللَّهِ (ص) فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنَّ لِي زَوْجاً وَ لَهُ عَلَيَّ غِلْظَةٌ وَ إِنِّي صَنَعْتُ بِهِ شَيْئاً لِأُعَطِّفَهُ عَلَيَّ فَقَالَ رَسُولُ اللَّهِ (ص) أُفٍّ لَكِ كَدَّرْتِ دِينَكِ لَعَنَتْكِ‏ الْمَلَائِكَةُ الْأَخْيَارُ لَعَنَتْكِ‏ الْمَلَائِكَةُ الْأَخْيَارُ لَعَنَتْكِ‏ الْمَلَائِكَةُ الْأَخْيَارُ لَعَنَتْكِ‏ مَلَائِكَةُ السَّمَاءِ لَعَنَتْكِ‏ مَلَائِكَةُ الْأَرْضِ فَصَامَتْ نَهَارَهَا وَ قَامَتْ لَيْلَهَا وَ لَبِسَتِ الْمُسُوحَ ثُمَّ حَلَقَتْ رَأْسَهَا فَقَالَ رَسُولُ اللَّهِ ص إِنَّ حَلْقَ الرَّأْسِ لَا يُقْبَلُ مِنْهَا حَتَّى تُرْضِيَ الزَّوْجَ».

Bir qadın Allahın Rəsulunun (s) hüzuruna gəlib dedi: "Ey Allahın Rəsulu (s)! Bədəxlaq və tündxasiyyət bir ərim var. Mənimlə kobud, sərt və acıqlı rəftar edir. Mən onun ürəyini ələ almaq və məhəbbətini özümə cəlb etmək üçün sehr, cadu etmişəm ki, ürəyi yumşalsın və mənimlə mehriban olsun.”

 Peyğəmbər (s) bu sözlərdən əsəbləşdi və narahat olub buyurdu:"Vay olsun sənə! Dinini qaranlıq və ləkəli etmisən. Böyük mələklərin lənəti sənə olsun (bu sözü üç dəfə təkrar etdi), göyün mələkləri sənə lənət etsin, yerin mələkləri sənə lənət etsin!”

O qadın peşman olub evinə qayıtdı. Öz bəd əməlini yumaq üçün gündüzlər oruc tutub, gecələri ibadət və tövbə etməyə məşğul oldu. Gecələr oyaq qalıb bədənə əziyyət edən paltar geyinərdi... Bu xəbər Peyğəmbərə (s)  çatdı. O Həzrət (s) buyurdu: "Onun tövbəsi Allah-Taala yanında o vaxt qəbul olunacaqdır ki, əri ondan razı olsun.”[5]

Sehr, şeytani bir işdir ki, xəyal və batil fikirləri adamlara həqiqət kimi göstərir və şeytani vəsvəsələrlə insanları düz yoldan kənarlaşdırır.

Sehr, Allah-Taalaya qarşı küfrdür. Necə ki, İmam Əli (ə) buyurub:

«فَإِذَا شَهِدَ رَجُلَانِ عَدْلَانِ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ أَنَّهُ سَحَرَ قُتِلَ لِأَنَّهُ كَفَرَ وَ السِّحْرُ كُفْر»

"Əgər iki ədalətli şəxs bir müsəlmanın sehrkarlıqla məğul olduğuna şəhadət versələr, o müsəlman öldürülməlidir. Çünki o, kafir olmuşdur və sehr küfrdür".[6]

Sehr, yaradılış aləminə əl atmaq, işləri Allah-Taalanın tədbir etdiyinin əksinə çevirmək istəməkdir. Allah-Taala, mələklər isə heç vaxt buna icazə vermirlər və göyün mələkləri öz duaları ilə cadugərlərin əməlini batil edirlər. Cadugərlərin təkcə məharəti xüsusi cəldlik və peşəkarlıqla insanların gözündən pərdə asıb onları aldatmaq və yanılışı doğru göstərməkdir.

Mümkündür ki, sehr və cadu insanda hansısa təsiri qoya bilsin. Lakin Allah-Taalaya təvəkkül edib yalnız ilahi qüdrətə arxalanmaq sehrkarların bütün əməllərini təsirsiz edəcəkdir.

Cadugərlərin şərindən qorunmaq üçün həmişə Quranın aşağıdakı iki surəsini oxuyun və hiyləgər qadınların şərindən Allah-Taalaya sığının: 1. "Fələq"; 2. "Nas" (113 və 114-cü surələr).

Fələq surəsi:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ‏ - قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِنْ شَرِّ ما خَلَقَ (2) وَ مِنْ شَرِّ غاسِقٍ إِذا وَقَبَ (3) وَ مِنْ شَرِّ النَّفَّاثاتِ فِي الْعُقَدِ (4) وَ مِنْ شَرِّ حاسِدٍ إِذا حَسَدَ (5)

Tərcüməsi:

əl-Fələq-(Sübh)surəsi – (Məkkədə nazil olmuşdur, 5 ayədir) 
Bismillahir–rəhmanir-rəhim! (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;Və bir də paxıllığı tutanda paxılın şərindən!”

Nas surəsi:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ‏ - قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) إِلهِ النَّاسِ (3) مِنْ شَرِّ الْوَسْواسِ الْخَنَّاسِ (4) الَّذي يُوَسْوِسُ في‏ صُدُورِ النَّاسِ (5) مِنَ الْجِنَّةِ وَ النَّاسِ (6)

Tərcüməsi:

"Nas" - (İnsanlar) surəsi - (Məkkədə nazil olmuşdur, 6 ayədir):

Bismillahir–rəhmanir-rəhim!(Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”.

 

 
Allah-Taalaya təvəkkül etmək cadugərlərin şərlərini özlərinə qaytarır. Unutmayın ki, həqiqi qüdrət, qüvvət və əzəmət sahibi yalnız böyük, uca yaradanımızdır. "La həvlə və la qüvvətə illa billahil əliyyil əzim".

 


[1] . Keçə

[2]. "Sehrbazlar gəldikdə Musa: "Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)” – dedi. Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!”

«قالَ مُوسى‏ ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ‏»

[3]."Vəsailuşşiə", Şeyx Muhəmməd bin Həsən Hürr Amuli, 17/146, hədis: 2-22208.

[4]. "Yenə orada", 17/148, hədis:7-22213.

[5] ."Biharul-ənvar”, Əllamə Məclisi, 76/214, Sehr və kəhanət bölməsi, hədis:13.

[6]. "Dəaimul-İslam", İbn Həyyun Məğribi, 2/482 , fəsl:2; "Cameu-əhadisuş-şiə", Ayətullah Brucerdi, 22/488, hədis:918.

 

Seyid Əliəkbər Hüseyni

Mirməhəmməd Bəşirov 
islammektebi.org

Category: Aile | Added by: IslamQadini
Views: 342 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]