«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 10:07 AM
Main » Files » Islamda qadinlar » Aile

2012-11-03, 6:05 AM
Müştərək həyatı xilas etməyə dair 12 məsləhət

Əgər həyatınızı sevinc və məhəbbət dolu yaşamaq istəyirsinizsə, bu məqsədə çatmaq üçün bacarığınızı əsirgəməyin. Həyatınızın hər anına sevgi və səmimiyyətdən sipər çəkin. Yalnız bu surətdə ideal bir həyat yaşaya bilərsiniz və övladlarınızla birlikdə kamala və uğura doğru qədəm götürərsiz. Səmimi və isti ocağa sahib olmaq istəyirsinizsə, aşağıdakı tövsiyələrə diqqət yetirin:

1.Vəfalı olun.

Birgə həyatın əsas sütunlarından biri iman üzündən duyulan məsuliyyətdir. Əgər ər-arvadın bağlılığında belə bir məsuliyyət olmazsa, onlar tez bir zamanda bir-birinə laqeyd olar və həyatları uçuruma yuvarlanar. Əqidə və iman səbəb olur ki, ər-arvad bir-birinə qarşı daha çox yaxınlıq duysun. Belə olan təqdirdə onların xəta etmə və sarsılma ehtimalı da azalır.

2. Bir-birinizə dua edin.

Əgər siz hər gecə yatmazdan öncə ailənizin mehribanlığı üçün əllərinizi duaya açsaz, tezliklə onun nəticəsini öz həyatınızda hiss edəcəksiniz. Ər-arvadın ailədəki münasibəti müxtəlif şəkildə olur: söhbət, təbəssüm, zarafat etməklə... Mümkündür, siz yoldaşınızı dinləməklə onu aram edə bilər, yaxud səhvinizi qəbul edib "bağışla” deməklə, bir daha ömrünüzə eşqinizi hədiyyə edə bilərsiniz. Unutmayın ki, öz münasibətlərinizi möhkəmləndirmək üçün çalışmalı, zəhmət çəkməlisiniz.

3.Bu mövzuda kitab və məqalələr oxuyun.

Gününüzün bir saatını bu mövzuya ayırmağa çalışın. Ailə münasibətlərini möhkəmləndirməyə faydalı olan kitabları oxuyun. Bu işi rahat və sakit bir yerdə və öz düşüncələrinizi qeyd etməklə etsəniz, daha yaxşı olar. Əgər uşaqlarınız varsa, o mövzuda seçdiyiniz kitabları birlikdə oxuyun. Bu işi gündəlik siyahıya salsanız, müsbət təsirlərini həyatınızda göstərəcəkdir.

4. Məğrur olmayın.

Ailə həyatında nəzərə çarpan ən pis rəftar qürur və təkəbbürdür. Təkəbbür və qürurla rahat və sevinc dolu bir həyata çatmaq qeyri-mümkündür. Siz yalnız öz ehtiyaclarınızı görməyin, yoldaşınızın da ehtiyaclarını anlayın və bacardığınız qədər onları ödəyin. Unutmayın ki, əksər ayrılıqlar qürur və özünü bəyənməkdən başlayır. Məhəbbətdə səxavətli olun, müqabilinizdən də onu almaqdan imtina etməyin. Siz iki bədəndə bir ruh olmalısınız və yoldaşınızın da ruhi təkamülü üçün çalışmalısız.

5. Yalnız sevgi dolu sözlərdən istifadə edin.

Şad və sakit olan zaman hamı məntiqli söhbət edib qarşı tərəfi cəzb edə bilər. Amma həmin cazibəyə əsəbi və gərgin halda nail olmaq olarmı? Belə hallarla qarşılaşdıqda mənfi hisslərinizə hakim olmaq üçün bir neçə anlıq yalqız qalıb özünüzü ələ alın. Bununla ab-havanı sakitləşdirərsiniz. Heç vaxt tənə və kinayəylə yoldaşınızı danlamayın, çünki bu işlə sizin aranızda yalnız soyuqluq artacaqdır.

6. Bir-birinizə təşəkkür edin və bir-birinizin qədrini bilin.

Qarşı tərəfin qədrini bilib ona minnətdarlıq etmək həyatın keyfiyyətini yüksəldər və həyatınıza sevinc bəxş edər. Bilin ki, bütün uğurlu nikahlarda ər-arvad bu mühüm nöqtəyə riayət ediblər. Təşəkkür etmə çox rahat, amma məşqə ehtiyacı olan bir işdir. Yoldaşınızın hər kiçik və böyük işlərinə görə ona gündəlik təşəkkür etməyə səy edin. Bu əməl onda xoş hisslər oyadacaq və onu sizinlə daha çox həmkarlıq etməyə təşviq edəcəkdir.

7. Bir-birinizə hədiyyə verin.

Vaxtaşırı yoldaşınıza hədiyyə verin. Onun bahalı bir şey olması vacib deyil. Vacib olan onu sevdiyinizi və dəyərləndirdiyinizi bildirmənizdir. Hətta bəzən sevgi dolu bir qeydlə, yazıyla onu öz məhəbbətinizə heyran edin. Bu sahədə yaradıcı olmaqla onu həmişə sevindirə bilərsiz.

8. Öz həyatınıza özünüz qərar verin.

Xoşbəxt, ya bədbəxt olmaq bizim öz əlimizdədir. Biz qəmli, ya şad olmağımızı seçə bilərik. Biz özümüz öz həyatımızı ya məhəbbətlə, ya iztirabla doldururuq! Şad və uğurlu bir həyat yaşamaq bizim hamımızın haqqıdır. Odur ki, həyata baxışınızı dəyişin və bütün yaxşılıqları həyatınıza gətirin.

9. Çətinliklərdə aramlığı qoruyun.

Çətinliklərlə üzləşdikdə necə soyuqqanlı olacağımızı hamımız öyrənməliyik. Bunun üçün öz zəifliklərimizi tanımalı və onlar üzərində işləməliyik. Çox güman ki, bu müşkülü uzun zamana, hətta mütəxəssislərdən yardım alaraq həll etmək mümkün oldu. Hər halda əlinizdən gələn işi görməli, zəifliklərinizi aradan aparmalısınız ki, çətinliklərlə rahat üzləşə biləsiz.

10. Özünüzə görüş vaxtı ayırın.

Bəzi vaxtlar evdən bərabər çıxaraq əlaqənizi möhkəmlətməyə vaxt ayırın. Bu iş tədriclə daha yaxın olub, daha çox aramlıq tapmanıza səbəb olar. Zehninizdən heç vaxt silinməyəcək xatirələr münasibətlərinizi daha da möhkəmlədəcək. Siz sevmədiyiniz şəxsə hörmət edə bilməzsiniz, hörmət etmədiyiniz şəxsi də sevdiyinizi iddia edə bilməzsiz.

11. Yaxşı yaşamaq üçün məşq edin.

Hər bir işdə olduğu kimi, sağlam və rahat yaşamaq istəyən şəxs də məşq etməli və zəhmət çəkməlidir. Gözəl və güclü bədənə sahib olmaq istəyən şəxs ən azı həftədə üç gün idman edir ki, məqsədinə çatsın. Həmin təsəvvür zehnində çatmaq istədiyi ideal bədən məşqlərini davam etmədə ona kömək olur. Siz də ideal həyat yaşamaq üçün əlinizi-əlinizin üstünə qoyub oturmamalı və ona nail olmaq üçün vaxt sərf etməlisiniz.

12. Bir-birinizə sevgi bəxş edin.

Eşq və hörmət ailə həyatının zərurətidir. Hər iki tərəf bu şərtə əməl etməlidirlər. Bir şəxsi sevməsəz, ona ehtiram edə bilməzsiz. Birinə hörmət etməsəz, onu sevdiyinizi iddia edə bilməzsiniz. Yoldaşınıza hörmət etməklə ona eşqinizi hədiyyə edin, həyata baxışınızı müsbətə doğru dəyişin. Hər bir halda – şad və kədərli günlərdə – yoldaşınızın yanında olun, problemlərinizi çiyin-çiyinə həll edin və ideal ailəyə doğru birgə addım atın.

kovser

Category: Aile | Added by: IslamQadini
Views: 852 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]