«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 9:54 AM
Main » Files » Islamda qadinlar » Aile

2013-05-10, 5:10 AM

Qızların ailə qurmaq problemi

Qızların ailə qurmaq məsələsinə həssaslığı dərk olunan və məntiqi bir məsələdir. Ümumiyyətlə, bütün dünyada gənclərin vaxtında ailə qurmaması bir çox fəsadlara səbəb olur və bu sahədə problemlərə ciddi yanaşmaq lazımdır.
Əksər ölkələrdə nikahların sayı azalmağa, boşanmaların sayı artmağa doğru gedir. Bu isə cəmiyyətdə mənəvi dəyərlərin ikinci plana keçməsi, ilahi mənəviyyata əhəmiyyət verilməməsi ilə bağlıdır.
Gənclər nə üçün gec evlənir? Şübhəsiz ki, ailə həyatı qurmaq üçün təkcə gənclərin istəyi bəs etmir və müəyyən ilkin şərtlər ödənməlidir. Qızlarınsa gözü yoldadır, onlar elçi gözləyir. Çünki ətrafda yaşı ötən qızların sayı çoxalır və bu vəziyyət gənc qızlarda qorxu yaradır. Qızlar onların ailə qurmasına mane olan bir neçə səbəbi əsas göstərirlər. Məsələn:
-zahiri baxımdan gözəl olmamaq;
-ailənin kasıb olması;
-savadsızlıq;
-ailənin cəmiyyətdəki aşağı mövqeyi;
-münasib fürsətlərin əldən çıxarılması, elçilərə yox deyilməsi;
-təhsili davam etdirmək istəyi;
-uğursuz izdivac qorxusu;
-ailə qurmaqla azadlığı əldən vermək qorxusu;
-valideynlərin bu mövzuda vasvasılığı;
-ailədə yaşca böyük qızların olması;
-toy xərclərinin ağırlığı və s.
İstənilən bir halda izdivacların azalması, boşanmaların artması, gənclərin evlənmə yaşının ötməsi qlobal problemlər sırasında yer alır. İslam təlimlərinə əsasən bunun əsas səbəbi həqiqi İslam qaydalarına əməl olunmamasıdır. Təəssüf ki, müsəlman cəmiyyətləri nə qədər dindarlıqdan dəm vursalar da gənclərin ailə qurması gündəmə gəldikdə dini tövsiyələr qulaqardına vurulur. İslam Peyğəmbəri (s) bir kiçik məclisdə elçilik, mehriyyənin təyini, əqd oxunması kimi mərhələləri başa vurardı.
Dini təlimlərə nəzər saldıqda aydın olur ki, gənclərin ailə həyatı qura bilməməsində əsas günahkar valideynlərdir. Əgər gənclər evlənmə yaşına çatdıqda az xərclə, sadə toy mərasimi ilə ailə həyatı qurarlarsa bir çox problemlər öz-özünə həll olunar.
Amma ailənin uğurlu olması üçün əvvəlcədən müəyyən nöqtələrə diqqət yetirilməlidir. Əgər boşanmalar artırsa, demək, ailənin bünövrəsi düzgün qoyulmayıb. Ata-analar öz övladlarına həyat yoldaşı seçimində yardımçı olmalıdırlar. Eşq, məhəbbət nə qədər təsirli olsa da gəncləri sırf hisslərin ümidinə buraxmaq olmaz. Həyat yoldaşı seçimində ağıl və məntiq eşqin kölgəsində qalanda qısa bir zamandan sonra problemlər gündəmə gəlir.
Qıza elçi gəlibsə, qızın ata-anası məntiqi araşdırma aparmalıdır. Allah-Taala insan üçün təqvanı, günahdan qorxunu ilkin meyar sayırsa, valideynlər elçinin var-dövlətini, şöhrətini əsas götürməməlidir. Quran-i Kərimdə buyurulur: "(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”
İman, təqva, insanlıq bütün meyarlardan öndə gəlir. Allahı tanımayan, halal-haram bilməyən, hisslərinin hökmü altında olan oğlan heç bir qızı xoşbəxt edə bilməz.
Allah nəzərində ən böyük xeyir əməllərdən biri iki gəncin ailə qurmasında vasitəçi olmaqdır. İslam Peyğəmbəri (s) buyurur: "Allah iki şəxsin evlənməsi üçün qədəm götürən insanın hər qədəminə, hər sözünə bir il gündüzlər oruc, gecələr ibadətin savabını yazar.” Əlbəttə ki, bu işdə də ağıl və məntiqlə addım atmaq lazımdır. Boşanmaların əsas səbəblərindən biri ağıl və məntiqdən kənar izdivaclardır.
Mərhum təbrizli şairə Pərvin Etisami gənc yaşlarında dünyasını dəyişmişdir. Lətif təbiətli bu qız qohumu olan hərbçiyə ərə verilir. Mənəviyyat dolu bir könül və ordu intizamı! Pərvinin ailə həyatı uzun sürmür. Ailədəki ordu sərtliyinə dözməyib mehriyyəsindən imtina edir və ərindən ayrılır. Bu izdivaz dünyanın milyon-milyon uğursuz izdivacından biridir. Amma ibrət dərsidir.

HaqqYolu

Category: Aile | Added by: IslamQadini
Views: 1039 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]