- Aile - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:52 PM
Main » Files » Islamda qadinlar » Aile

2013-08-27, 5:33 AM
Kişinin ailəyə başçılığı: üstünlük, yoxsa məsuliyyət?

"(Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır”. ("Bəqərə” 228).
Kişilər qadınlara nisbətən zat və təbiətlərinə görə daha qüvvətli, mətanətli, inkişafa və hərəkətə can atandırlar. Bu istedad kişinin üzərinə qoyulan vəzifəyə görədir. Yəni, kişi ailəsinin bütün idarə işlərini boynuna götürər və ailə üzvlərinə rəhbərlik edər. Bu təbii, dini vəzifəsini yerinə yetirmək üçün həmişə səy edər və çalışar.

Ona görə də kişilərin imtiyazı onların hərəkət istedadına və əməldə tərəqqisinə görədir. Nəinki, xilqət baxımında onlar daha ali varlıqlardır.

 

Allah Təala hikmət sahibidir və ona görə də istəyir ki, cəmiyyətin hər bir üzvü üzərinə qoyulan vəzifəni yerinə yetirsin. Ancaq bu zaman cəmiyyət qalıcı ola bilər. Allah istəyir ki, qadınlar da onların üzərinə qoyulan vəzifəni yerinə yetirsinlər ki, cəmiyyətdə balans pozulmasın.

"Kişilər qadınların ixtiyar sahibidir”. ("Nisa” 34). Yəni, kişi ailənin rəhbəri və başçısıdır. Bu ayəni təfsir edən zaman görmək olur ki, vahid və nizamlı bir rəhbəlikdən söz açılır. Yəni bu rəhbərlik lazımlı məsuliyyət və məsləhətlə bir yerdə olmalıdır. Nəinki, qadınlara qul kimi baxıb onlara qarşı despotik rəftarlar nümayiş etdirməkdir.

Ailə vahid və kiçik bir cəmiyyətdir. Ona görə də böyük cəmiyyət kimi rəhbərə ehtiyacı vardır. Kişilər güclü təfəkkürə və ailəni müdafiə etmək qüdrətinə malik olduqları üçün, bu məsuliyyət onlara verilmişdir. Başqa sözlə desək, kişilər qadınlardan daha çox ailə başçısı olmağa hazırdırlar.

Həzrət Peyğəmbərə (s) kişilərin qadınlardan üstün olmasına dair sual verilir və Həzrət (s) belə cavab verir: "Kişinin qadına fəziləti suyun torpağa olan fəziləti kimidir. Yer su ilə dirçələr. Qadınlar üçün kişilərlə həyat daha sevincli və şən olar”. Sonra Həzrət "Nisa” surəsinin 34-cü ayəsini tilavət edir.


İmam Sadiq (ə) buyurur: "Ailəyə başçılıq etmək - kişinin səadətinin nişanəsidir”.

Beləliklə deyə bilərik ki, ailənin başçısının kişi olması o demək deyildir ki, onlar qadınlardan üstün varlıqlardır. Xeyr, bəlkə ona görədir ki, onlar ailə idarəsinin məsuliyyətini üzərlərinə götürməyə qadir səviyyədirlər. İslam dini təkamül yolunda qadınla kişi arasına fərq qoymamışdır. Təkamülə çatmaq, İlahi qürbə çatmaq təqva və saleh əməllə mümkündür. Allah yanında üstünlüyün tək meyarı - təqvadır, insanların cinsiyyəti deyil.

Category: Aile | Added by: IslamQadini
Views: 362 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]