«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 6:27 PM
Main » Files » Islamda qadinlar » Aile

2013-09-05, 5:33 AM
Boşanmanın Çirkinliyi-1


Boşanmaq, şəxsən gözəl bir şey deyil. Boşanmaq çirkin, əlverişsiz, Haqq Təalanın, peyğəmbərlərin və imamların nifrət etdiyi bir xüsusdur, meğerki boşanmanın şəri bir səbəbi və şəriət əhli ənənəsinin qəbul etdiyi bir ölçüsü olsun.
Qadın və ya kişinin heva və həvəsi üzrə boşanmaq, haqqa və insanlığa zidd bir əməldir. Şəriət hökmləriylə oynamaqdır. İki tərəfdən birinin və ya ikisinin şəxsiyyətini ləkələməkdir.
Mən, əvvəl boşanma xüsusundakı əhəmiyyətli rəvayətlərə işarə etmək istəyirəm. Sonra da Qurani Kərimdəki ayələri və Qurana görə boşanma məsələsinin şərtlərini araşdırmağa çalışacağam.
Böyük filosof Hacı Tərəvəzvari, Şərhi Məsnəvi adlı kitabında, günahsızdan belə rəvayət etməkdədir:
"Allahı Təala yer üzündə kölə azat etməkdən daha sevimli bir şey ryaatmamışdır və Allahı Təala boşanmaqdan daha nifrət edilər bir şey yaratmamışdır. "[1]
Allah Elçisi (s. a. a) belə buyurmuşdur:
"Allahın halal etdiyi şeylər arasında boşanmaqdan daha nifrət etdiyi bir şey yoxdur. "[2]
Allah Elçisi (s. a. a) belə buyurmuşdur:
"Şübhəsiz Allah, qadını oyuncaq kimi istifadə edən kişiləri və kişiləri oyuncaq kimi istifadə edən qadınları sevməz. "[3]
Allahın Peyğəmbəri (s):«Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın:«Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır.»(Biharul-Ənvar, c.103,səh. 221, hədis 34)
İmam Sadiq (ə.s) belə buyurmuşdur:
"Şübhəsiz əziz və celil olan Allah, içində gəlin olan evi sevər və içində boşanma olan evdən nifrət edər. "[4]
Allah Elçisi bir şəxsə belə buyurmuşdur: "Həyat yoldaşını nə etdi?" O belə dedi: "Onu boşadım." Peyğəmbər belə buyurdu: "Onda heç bir pislik və çirkinlik olmadanmı boşadın?" O, "Bəli, heç bir səbəbi olmadan" dedi. O şəxs yenidən evləndi, Allah Elçisi onu görüncə belə buyurdu: "Yenidən evləndinmi?" O, "Bəli" deyə ifadə etdi. Peyğəmbər belə buyurdu: "İndi həyat yoldaşın nə edir?" O belə dedi: "Onu da boşadım." Peyğəmbər belə buyurdu: "Heç bir çirkin işi olmadanmı? " O belə ifadə etdi: "Bəli!"

[1]- Şərhi Məsnəvi, s. 142
[2]- Vesail, c. 15, s. 280
[3]- Mizan'ul-Hikmet, c. 5, s. 546
[4]- Vesail, c. 22, s. 7

Category: Aile | Added by: IslamQadini
Views: 995 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]