«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 3:16 PM
Main » Files » Islamda qadinlar » Aile

2012-12-14, 7:35 AM
Kişilər qadınları niyə döyürlər?

Bu cür danışığı və hərəkətləri ilə qarşınsıdakı insana təzyiq göstərməyə meyilli insanların düzəlməsi çox nadir halda baş verir

Yaşadığımız dövrdə qadına qarşı mənəvi və fiziki şiddət, təzyiq günü-gündən azalmaq əvəzinə artmaqdadır.
Müasir dövr anlayışının təbliğ olunduğu, texnologiyanin inkişafının artdığı və əksəriyyətin təhsil aldığı bir zamanda təzyiqlər son 10 il ərzində kuluminasiya həddinə çatmışdır.

Bəs buna səbəb nədir? Niyə kişilər qadınları döyürlər?

İslamazeri.az bu sualın cavabını dəyərli oxucularına təqdim edir:
Aparılan araşdırmalara görə, kişinin qadına qarşı fiziki təzyiqə keçməsinə bir neçə şey səbəb olur. Əslində təziq növləri bir-birlərindən fərqlənirlər.
Belə ki, yalnız əsəbləşəndə vuran insanlar var, hər zaman vurmaq üçün bəhanə axtaranlar var, vurduğu zaman zərbənin çox kəskin olmamasına diqqət edənlər və bəzən də ölümünə döyənlər var.
Ancaq bütün bunlar bir-birlərinə çox yaxındılar. Yəni vumağa meyl edən insan zamanla elə bir hala gəlir ki, artıq vurarkən qarşısındakının insan olduğunu, qadın olduğunu unudur, sadəcə hirsini tökmək üçün vurur.

Bəs kişi bu hala necə gəlir?
Mütəxəssislərin fikrinə görə, muasir dövrdə belə halların artmasına səbəb zamanəmizin tələbləridir. Yəni kişi bu tələblərə uyğunlaşa bilməyəndə özünə olan inamı itirir. Qadın zəif və ondan asılı olduğu üçün əsəbini qadının üzərinə tökür.
Ancaq tamamən psixologiyası pozulan insan təkcə qadına qarşı yox, ümumiyyətlə hər kəsə qarşı belə hərəkətlər tətbiq edir. Artıq özünü cilovlamaq qabiliyyətini itirən bu cür insanlar ya içki içənlər, ya narkotik istifadəçiləri, ya da hər hansı bir hadisədə beyindən travma alanlardır.
Digər şiddətə meyilli insanlar maddi cəhətdən sıxıntısı olan, ətrafdakı rahat həyat tərzini istəyib yaşaya bilməyən insanlardır.

Bu cür danışığı və hərəkətləri ilə qarşınsıdakı insana təzyiq göstərməyə meyilli insanların düzəlməsi çox nadir halda baş verir.
Ona görə də mütəxəssislərin insanlara məsləhəti, gələcək nəsil üçündür. Çünki bu cür beyni pozulmuş insanların yetişdirdiyi övlad da gələcəkdə bu cür həyat yoldaşı və ata olur.
Burada əsas iş ən çox ananın üzərinə düşür ki, övladını bu cür böyütməsin, cəmiyyətdə formalaşmış kişi tipini deyil, düzgün əxlaq necə olmalıdırsa onu aşılasın. Spirtli içki, narkotika, siqaret kimi ziyanlı maddələrin zərərləri uşaq yaşdan təbliğ olunmalıdır.

Son olaraq mütəxəssislər bildirirlər ki, mənəvi və fiziki təzyiqə məruz qalmayan, döyülməyən insan özü də kiməsə qarşı belə şeylərə meyl etmir.
Biz həyatımızdan bu tip zərərli davranışları çixartmadıqca gələcəkdəki nəsil də çıxartmayacaqdır.
islamazeri.az
Category: Aile | Added by: IslamQadini
Views: 1072 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]