- Meshur qadinlar - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:45 AM
Main » Files » Islamda qadinlar » Meshur qadinlar

2009-08-29, 8:24 AM


Xanim Zeyneb (s.e)-nin kerbelada dersleri.

Bağışlayan ve mehriban Allahın adı ile !



1. Kerbela deyende İmam Huseyn (e) aşiqi olan her bir insanın qelbi chox ağrıyır, chox yanır.
Eslinde bizi ağladan, qelbimizi sızladan Kerbela deyil, chunki Kerbela adi bir şeherdir. Bizi ağladan Kerbela vaqiesidir.
Men de isteyirem ki, bu acizane sozlerimle, o hadiselerden, xususende eziz xanım, Kerbela qehremanı olan Zeynebi-Kubra (e)-dan danışım.
Eziz Peyğemberimizin eziz nevesi, Hezreti Eli (e) ve Zehrayi Merziyye (s.e)-nın etirli bağlarının nubarı, İmam Hesen ve İmam Huseyn (e)-ın butun bacılardan sechilen bacısı ve nehayet eziz Ruqeyyenin sevgili bibisi, emmesi olan xanım Zeyneb (e.s) butun mehebbetlerin en ustunune layiq olan bir xanımdır.
Ele bir xanım ki, 3 yaşlı Ruqeyyenin o balaca, yaralı qelbinde boyuk yer tutmuşdu.
Hamımız yaxşı bilirik ki, az yaşlı uşaqlar kimin ona mehebbet, boyuk sevgi beslediyini chox yaxşı bilirler.
Hezreti Ruqeyye de az yaşlı idi, ele-bele xanım deyildi, imam qızı idi.
Onun o kichik qelbinde boyuk bir heyat, nitqinde gozel sozler var idi.
Hezreti Zeyneb bele bir xanımın bibisi, Ruqeyyenin dilinden desek emmesi idi.
Hezreti Zeynebin gosterdiyi cesareti, dozumluyu, Allaha mehebbeti her xanım gostere bilmez.
Yezid kimi bir melunun, nitqine heyran qaldığı Zeyneb sizce nece ola biler? O hezret (e)-dan danışmağa leyaqetimiz olmasa da melumatımız olan qeder soylemeliyik.
2. Xanım Zeyneb (e) beş ile yaxın Peyğemberle bir zamanda yaşadı. Tesevvur edin: beş il. Peyğemberin yanında beş il qalıb gozel exlaq, terbiyye, sebr qazanmamaq mumkun deyil.
Chunki beş il az vaxt deyil.
İlahi mehebbetle yaşayan Zeyneb ele uşaq vaxtından onu gozleyen dehşetli hadiseleri yuxuda gorub, babası Hezreti Muhemmed (s)-a soylemişdi.
Balaca bu yuxunu gorende, Peyğemberin vefatı yaxınlaşırdı.
Xanım Zeyneb babasının yanına gelib şirin dille dedi: Ya Peyğember, bu gece yuxuda gordum ki, şiddetli bir kulek esib butun dunyanı zulmete qerq etdi.
Men kuleyin şiddetinden o teref bu terefe duşurdum.
Axırda mecbur qalıb boyuk bir ağacdan yapışdım.
Amma kulek onu da yerinden qopardı.

Men ikinci defe onun bir budağından tutdum, amma o da davam getirmedi.

Uchuncu defe onun başqa bir budağından yapışdım, lakin kulek onu da sındırdı.
Sonra bir - birine yapışmış iki budağa uz tutdum, birden onlar da sındı ve men yuxudan ayıldım.
Peyğember Zeynebi dinleye nden sonra ağlayaraq buyurdu : eziz nevem, senin ilk yanaşdığın ağac babandır ki, tezlikle dunyadan gedecek.
Sonrakı iki budaq ata ve anandır ki, onlar da dunyadan gedecekler.
Biri - birine yapışmış iki budaq qardaşların Hesen ve Huseyndir ki, onların musibetinde dunya zulmete qerq olacaq.
3 Chox chekmedi ki, Zeynebin yuxusu bir-bir chin chıxdı.
Bunların en dehşetlisi Kerbela faciesidir.
Xanım Zeynebin Kerbela hadiselerindeki qehremanlığına, gosterdiyi cesaretine, iffetine nezer salsaq gorerik ki, heqiqeten Zeyneb Kerbela qehremanları sırasında onde olanlardan biridir.
Baxmayaraq ki, onun dağlı sinesine yeni derd chokmuşdu, o xanım neinki ruhdan duşurdu, eksine, daha da dozumluluk, sebr numayiş etdirirdi.
Siz, ey bacılarım, Fatimeyi-Zehradan (e.s) sonra Zeynebi-Kubra (s.e)-dan başqasını ozunuze ornek saya bilersinizmi ? Hech vaxt! chunki xanım Zeyneb (e.s) qeder iffetli, xanım Zeyneb qeder qeyretli, xanım Zeyneb qeder Allahına, oz ehli - eyalına mehebbet besleyen bir xanım tapa bilmezsiniz.
Ele ona gore de, o ezize xanımın tovsiyyelerini, derslerini vaxt itirmeden oyrenmek lazımdır.
4. O ezize xanım Kerbelada derd, qem-qusse ichinde idi.
İmam seccad (e) buyurur: "Atam imam Huseyn(e) - in şehid olan gununun gecesi men xeste idim.
Bibim Zeyneb menimle meşğul idi.
Atam oz xeymesinde oturub şer oxuyurdu, şeri eşidib meni ağlamaq tutdu, amma sukut etdim ve bildim ki, bela ve musibet gelmişdir, amma bibim Zeyneb bunu eşiden kimi, ozunu saxlaya bilmedi, perişan halda atamın yanına gelib dedi: "Kaş olum gelib menim heyatımı alaydı". İmam Huseyn (e) Zeynebe baxıb buyurdu: "eziz bacım! Sey et ki, Şeytan sebrini elinden almasın".Sonra ise gozleri dolmuş halda bu meseli dedi: "eger ovchu qefes quşunu rahat qoysaydı, yuvasında yatardı, indi de duşmen bizden el chekmeyecek.

"Sonra bibim dilendi: "Bizi daha chox ağrıdan odur ki, senin uchun chıxış yolu olmaya ve charesiz olum şerbetini ichesen" deyib huşunu itirib, yere yıxılır.
İmam Huseyn(e) Zeynebin uzune su sepib, ayıldır ve buyurur: "Ey bacım, teqvanı uca tut, sebrli ol! Bil ki, butun goy yer sakinleri olecekler ve Allah - Tealanın muqeddes zatından başqa her şey fani olacaqdır.
Babam, atam, anam ve qardqşım menden ustun idiler, lakin onlar da getdiler.
Bacı seni and verirem ve isteyirem ki, bu andıma emel edesen, olmasın ki, menim musibetimde uz ve yaxanı cırasan, ve ya menim şehadetimde ucadan nale ve feğan edesen.
İmam Seccad (e) buyurur: "Atamın bu tovsiyyelerinden sonra bibim menim yanımda oturdu. Bu tovsiyyeler bibimde derin tesir qoydu.
Zeynebin qametini daha metin, sebrini daha ustun, merdliyini daha da quvvetli etdi".
Bu sehnelerden Xanım Zeynebin qardaşına olan derin mehebbetini derk etmemek mumkun deyil. Xanım Zeyneb (e.s) Kerbelaya daxil olanda bilirdi ki, bura onun qardaşı ile olacağı son menzildir. Ele ona gore de qardaşından bir an bele ayrılmırdı.
Kerbela adından gorunduyu kimi Zeynebi-Kubraya Kerbela oldu, yeni qem ve bela. 5 Aşura gecesi son gece idi ki, İmamın mubarek vucudu ehli-Beyt xeymelerine nur sachırdı. İmam Huseyn (e) - dan sonra boyuk ağır yuk xanım Zeynebin ohdesine duşurdu. O qardaşının tovsiyyelerine yerli-yerinde emel edirdi.
Hele Xanım yolun evvelinde idi. Qarşıda onu dehşetli belalar gozleyirdi.
Doyuş başlananda ehli-beytden meydana geden ilk doyuşchu İmam Huseyn (e)-ın boyuk oğlu eli ekber idi.
O şehid olan vaxt doyuş meydanından sesi ucalır, atasdı ile vidalaşırdı.
Xanım Zeyneb qardaşının oz oğluna ağlamaq sesini eşidir, qezeb ve nifret qeheri boğazını sıxır, İmam Huseyn (e) -ın ağlar sesi canına od salırdı.
Bax, bele bacı idi Zeyneb. Baxmayaraq ki, Xanım Kerbelada oz ovladlarını da şehid vermişdi, yene de dozur, sebr edirdi.
Kerbelada olan her bir musibetli sehneye tamaşa etmek Zeynebin ureyine bir dağ qoyurdu.
Belke de ovlad şehadeti onun uchun Seyyidiş-şuheda ve onun ovladlarının şehadeti qarşısında chox asandır.

Chunki, Zeyneb ozunu qardaşının yolunun fedaisi bilirdi.
Sonra o xanım ehli-beytin mezlumiyyeti ve Yezidin alchaqlığı neticesinde en acı sehnenin şahidi oldu.
Bele ki, İmam Huseyn (e) son anlarda Zeynebi-Kubranın xeymesinin yanına gelir ve deyir: "Bacı, eli esğeri mene ver vidalaşım.
" Zeyneb qardaşının altı aylıq sudemer oğlunu ona verir.
Susuzluqdan halı perişan olmuş o balaca korpenin halını tessevur edirsiniz ? Hansı ata bele bir facieye dozer ? Ata susuz korpe ile vidalaşmamış melunların oxu eli esğerin boğazına saplanır.
İmam Huseyn (e) uşağı Zeynebe verir.
İndi Zeyneb bu sehneye nece dozsun? Beli, Zeyneb dozdu.
Allaha gore, ehli Beyte, namaza gore, bize gore. Kerbelada O xanım qulağı herem e Hlinin el ateş nalelerinde, bir qulağı ise doyuş meydanında idi.
Şehriyar oz şerinde bele deyir: Kerbela faciesi bezrin ekib başlandı Ta qiyamet ne qopa, Zeynebi Kubra başına Qardaşının acı sehnesine tamaşa eden Zeyneb urek yanğısı ile feryad edirdi: "Kaş goy yere geleydi, kaş dağlar ezilib cholleri doldursaydı" deyir ve qardaşının yanına gelir.
Qanına qeltan ve bedeni tike-tike olmuş qardaşının başı ustunde uzunu Medineye chevirib ata-anasını, baba-ecdadını sesleyir, yuz ah ve nale chekirdi.
Camaat şiven qoparıb ağlayırdı., Xanım Zeyneb (s.e) onları sakitleşdirib bir xutbe oxudu ki, kufelilerin yatmış vicdanı oyandı.
Ezize xanım ele belağetle danışırdı ki, ele bil eli (e) nitq soyleyirdi. Ravi bele deyir: "Men hech vaxt bele şucaet ve ezemetle danışan iffetli ve heyalı qadın gormemişdim.
Xanım Zeyneb ibni Ziyadın sarayında oz gozel nitqi ile meclisdeki, camaatın gozleri qarşısında ibni Ziyadı rusvay etdi.
Ravi deyir: Zeynebin keserli sozlerinden sınan melun ibni Ziyad ele atıldı ki, guya Zeynebi oldurecekdi, ibni Ziyadın etrafındakılarından biri dillendi: "Ey emir, bu qadındır!" Zeynebin dağlı qelbinden gelen sozler Kufe camaatına od vurdu. Ravi deyir: "And olsun Allaha o gun camaatı chox heyran ve perişan gordum.

Narahatlıqdan ellerini ağızlarına qoyub, tessufle ağlayırdılar.
Oz yanımda bir kişini gordum ki, ağlamaqdan uzunun tukleri goz yaşları ile islanmışdı ve ehli beyte xitab ederek bele deyirdi: "Atam anam size qurban olsun! Sizin yaşlılarınız yaşlıların en yaxşısı, chobanlarınız chobanların en ustunu, qadınlarınız qadınların en yaxşısıdır ve nesliniz nesillerin en yaxşısıdır.
Onlar hamıdan ustundurler." Xanım Zeynıbin sozu qurtarmağa az qalmış İmam Seccad (e) buyururdu: "Bibican sakit ol, gerek qalanlar kechmişlerinden ibret alsınlar.
Hemd olsun Allaha ki, sen telim gormemiş alim, oyredilmemiş mudriksen! Ağlamaq ve nale şekmek gedenleri qaytarmaz." Gelin xanım Zeyneb qehremanlıqlarını, xanım Zeyneb şucaetini ornek alaq! Gelin, bunu bir ders kimi, xanım Zeynebin "Kerbela dersleri" kimi oxuyub, oyrenib layiqince emel edib, xanımı ozumuzden razı salaq! Hezreti Zehra (s.e) ve Hezreti Zeyneb (s.e) hicabını, onlara layiq qoruyub saxlayaq.
Saxlayaq ki, qiyametde o ezize xanımların mubarek vucudlarının qarşısında uzu qara qalmayaq ve movlamız İmam Zaman (e.s) ağanın zuhurunu sebirsizlikle gozleyenlerden, zuhur gununu gorenlerden ve ağanın komekchilerinden olaq, inşaallah! Kerbela dersinin muellimesı, yeni xanım Zeynebe hech bir soz ola bilmez.
Biz - xanım Zeyneb mektebinin telebeleri ise gerek xanımın heqiqi ardıcıllarından olaq, o ezize xanımın derslerini hech usanmadan oyrenek, bize olan tovsiyyelerini yerine yetirek.
Bu işin ohdesinden nece geldiyimizi o xanımın bize verdiyi qiymetden anlayacağıq. İnşaallah, bu qiymet musbet olar !

Category: Meshur qadinlar | Added by: IslamQadini
Views: 1380 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]