- Xanimlar ucun ( - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-10, 0:19 AM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2012-06-17, 10:54 PM
Hicab
 
Hicabın hikməti nədir? İslami hicab necə olmalıdır? İslam dinində hicab nə üçün vacibdir?
 

Allah-Taala Qurani-Kərimdə buyurur:

«وَ قُلْ لِلْمُؤْمِناتِ يَغْضُضْنَ مِنْ أَبْصارِهِنَّ وَ يَحْفَظْنَ فُرُوجَهُنَّ وَ لا يُبْدينَ زينَتَهُنَّ إِلاَّ ما ظَهَرَ مِنْها وَ لْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلى‏ جُيُوبِهِنَّ وَ لا يُبْدينَ زينَتَهُنَّ إِلاَّ لِبُعُولَتِهِنَّ أَوْ آبائِهِنَّ أَوْ آباءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنائِهِنَّ أَوْ أَبْناءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوانِهِنَّ أَوْ بَني‏ إِخْوانِهِنَّ أَوْ بَني‏ أَخَواتِهِنَّ أَوْ نِسائِهِنَّ أَوْ ما مَلَكَتْ أَيْمانُهُنَّ أَوِ التَّابِعينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجالِ أَوِ الطِّفْلِ الَّذينَ لَمْ يَظْهَرُوا عَلى‏ عَوْراتِ النِّساءِ وَ لا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ ما يُخْفينَ مِنْ زينَتِهِنَّ وَ تُوبُوا إِلَى اللَّهِ جَميعاً أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُون‏»

"Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (baş, boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”.[ "Nur" surəsi, ayə:31. ]

Allah-Taala öz əzəmət, cəlal və cəmalının şüasından bir qədər də insanlara və yaratdıqlarına bağışlamışdır. Allah-Taala kişini öz əzəmət və cəlal güzgüsü, qadını öz gözəllik və camalının parıltısı, cilvəsi kimi yaratmışdır. Bu iki varlığı bir-birinin tamamlayıcısı olaraq xəlq etmişdir. Həyata bu cütlüyün eşqi, məhəbbəti, dostluğu ilə ləzzət və şirinlik vermişdir. Hicabı isə bu şirinliyin əbədi olması, qadın gözəlliyinin şorgöz kişilərə yem olmaması, ailələrin möhkəmliyi, ismətsizliyin və qeyrətsizliyin yayılmaması, nəsillərin pak olması üçün vacib etmişdir.

Hicab bunun üçündür ki, dünyaya gələn uşaq atalı-analı böyüsün, ata-ana qayğısı, tərbiyəsi görsün, ailəsi və ictimaiyyət üçün faydalı bir şəxsiyyət kimi yetişsin.

Allah-Taala insanların pak və xoşbəxt həyat yaşamaları üçün onlara hikmətli və məsləhətli vəzifələr təyin etmişdir. Bunlardan da biri hicablı və ismətli olmaqdır ki, ailənin sağlamlığı üçün ən yaxşı müdafiəçidir.

İslami hicab və örtük nə cür olmalıdır?

Allah-Taala hicabı (bədəni və zinət əşyalarını örtmək) qadına  vacib və naməhrəm kişilərin qarşısında bəzənib cilvələnməyi haram etmişdir.[ "Nur" surəsi, ayə:30-31. ]

İslami hicab budur ki, qadın bütün bədənini, saçını və sinəsini naməhrəmlərdən örtsün. Əl və üz zinət əşyaları ilə bəzənilmədiyi halda istisna olunur. Dar, cazibədar, kişilərin diqqətini cəlb edəcək paltar geyinməməlidir. Paltar elə olmalıdır ki, bədən quruluşu və bədənin alçaq-hündürü bilinməməlidir.

Hicab və örpəyə riayət edən, naməhrəmlər qarşısında nazlanmayan qadın, öz iffət, ismət və analıq ləyaqətini qorumağa qadirdir. Qadın öz əri üçün bəzənməli, ona işvə-naz etməli və öz gözəlliyini ərinin ixtiyarında qoymalıdır. Hicab və iffətə riayət etməyən qadın, Allahı özündən narazı etmiş və özünü əzaba layiq bilmişdir.

Kamil örpək:

*Baş, saçların görünmədiyi şəkildə sadə, sıxma-boğmaya salınmadan münasib baş örtüyü ilə (yadları yamsılayan şəkildə deyil!) müsəlman qadına yaraşan şəkildə, boyun və qulaqlar açıq qalmayacaq həddə örtülməlidir.

*Bədəni örtən örpək bədənin çıxıntıları sezilməyəcəyi qədər gen olmalıdır.

*Eyni zamanda, libasın rənginə, tikiliş formasına, biçim və dəbinə diqqət edilsin ki, naməhrəmi cəlb etməsin.

*Bədənə geyilən paltar dar olmamasından əlavə, çox nazik də olmamalıdır.

*Həmçinin, geyim şöhrət geyimləri – "həddindən artıq bahalı, barmaqla göstərilən, lovğalıq və təkəbbür gətirən, özünü göstərmək üçün olan", geyimlər qismindən olmamalıdır.

*Həmçinin, boyalanıb çölə çıxmaq da örpəksizliyin başqa bir növündən hesab olunur.

Əziz bacı, Allahın sözünü əzizlə ki, sənin özünü dünya və axirətdə əzizləsin. Onun itaəti yolunda heç bir danlaq və tənqiddən çəkinmə, səbir və mücahidə et. Son aqibət və xeyirli sonluq təqvalılarladır.

«فاصبر إنّ العاقبة للمتقین»

"Səbr et ki, (həqiqətən gözəl və xeyirli) aqibət pərhizkarlarındır".[ "Əraf" surəsi, ayə:128; "Hud" surəsi, ayə:49; "Qəsəs" surəsi, ayə:83.  ]

 

Seyid Əliəkbər Hüseyni

Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 890 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]