«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 0:18 AM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2013-06-18, 8:36 AM
Yaşlı qadınların hicabı

"Evlənmək meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir”. ("Nur” 60).


Qurani-Məcid bu həssas mövzuya incə şəkildə toxunur və buyurur ki, yaşlı qadınlar zinət və bəzəklərini göstərə bilərlər. Ancaq iffətli olmaq və hicabı çıxartmamaq bir qadın üçün daha yaxşı və daha layiqlidir.

Bir qadının hicabı - daxili iffətinin nişanəsidir. Ancaq bu o demək deyildir ki, o qadının ki, hicabı var, iffət və imanı kamildir.

Quran ayələrindən başa düşmək olur ki, bir qadın üçün hicab o deməkdir ki, başqalarını təhrik etmək məqsədi daşımasın. Ona görə də yaşlı qadın başqalarının nəzərini cəlb etmədiyinə görə Quran ona bu sərhədləri bəzən qorumamağa icazə verir. Ancaq bu qadının da şərtləri vardır. Gərək bu yaşlı qadın evliliyə meyl etməsin və başqalarının nəzərini cəlb etmək məqsədilə hicabını açmağa çalışmasın. Yəni, niyyəti xalis və ixlaslı olmalıdır. Əks halda bu əməl ona günah qazandırar. Belə bir qadın öz gözəlliyini itirmiş bir qadındır. Ancaq bəzən bu cür qadınların örtülməsi, hicabsız gəzməyindən daha məsləhətlidir.

Yuxarıdakı ayədə Allah Təala iki şərt qoyur:

1. Elə bir yaşa gəlib çatmalıdır ki, evlənməyə ümid etməməlidir.

2. Hicabını açan zaman zinət taxmamalı və özünü bəzəməməlidir.



İmam Sadiqə (ə) bu ayə haqqında sual verirlər: "Hər kəsin qarşısında? Buyurur: "Hər kəsin yanında olsun, ancaq özünü bəzəməsin və zinətlənməsin”.

Ancaq hər bir halda bu, elə bir hökmdür ki, zəruri deyildir. Bəlkə bu qadınlar da başqa qadınlar kimi hicaba riayət etmələri daha üstündür. Bunu, ayənin özü də sonda vurğulayır.



(Tebyan/ Deyerler.org)
Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 1042 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]