«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2017-08-23, 1:33 AM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2013-06-18, 8:37 AM
Nə edək ki, qızımız hicaba riayət etsin?

Mömin valideynlər yaddan çıxartmamalıdır ki, övladlarına verə biləcəkləri ən yaxşı tərbiyə yolu - əməli tərbiyədir. Övladlarımız eşitməklə deyil, görməklə tərbiyə alarlar. Psixoloqların nəzərinə görə, uşaq tərbiyənin 75%-ni gözlə və 25%-ni başqa hiss orqanları ilə qəbul edir. Ona görə də əgər valideynin özü bu məsələlərə riayət edirsə, övladı da əməl edəcəkdir.


Övladlarımızın düzgün tərbiyə alması üçün bir neçə məsələni bilməyimiz zəruridir.



1. Valideynin dini əmrlərə qəlb etiqadının olması və onu əməldə həyata keçirməsi.

Bəzən valideynlər belə bir sual verirlər ki, mən özüm hicaba riayət edirəm və atası isə naməhrəmlərə qarşı ədəbə riayət edəndir. Bəs niyə bizim qızımız hicaba riayət etmir?

Belə cavab vermək olar ki, bədhicablığın kökündə özünü nümayiş etdirmək durur. Əgər valideyndə bu əxlaqi çatışmamazlıq olarsa, uşaqları özlərini nümayiş etdirməyi sevəcəklər. Özünü nümayiş etdirməyin bir çox səbəbləri ola bilər ki, o cümlədən: təmtəraqa meyl, paxıllıq, lovğalanmaq, sərvət, ictimai, siyasi məqam... Bu fəzada tərbiyə alan qızlar valideynlərinin özünü nümayiş etdirmək hissini bədhicabla büruzə verirlər. Ona görə də ananın kamil hicabda olması və atanın ədəbli olması bu məsələnin həllində kifayət etmir. Özünü nümayiş etdirmək hissi kökündən kəsilməlidir.



2. Qızımıza hicabın fəlsəfəsini başa salaq.

Qızların hicaba riayət etməməsinin səbəblərindən biri valideynin onu bu sahədə kifayət qədər maarifləndirməməsindən irəli gəlir. Hədisləri təfsir etmədən qızlarımıza deməyimizin faydası olmaz. Övladımız əgər bu mövzuya agahlıq əldə etməsə? ona tərəf cəzb olunmayacaqdır.

Yaxşı olar ki, övladımıza öyrədək ki, geyimimiz - bizim ilk danışanımızdır. O insan tərifə layiqdir ki, tərifə ehtiyacı olmasın. O kəsin ki, gözəl düşüncəsi var, gözəlliyini nümayiş etdirməz. Çünki hörümçək toruna və böcəklərin hücumuna məruz qalar. Göyərçinin iki qanadı heç bir zaman hörümçək toruna ilişməz. Bahalı mirvari şəhər ətrafında olan çaylarda olmaz. Gərək dənizə dalasan və təhlükə qarşısında qalaraq bu mirvarini çıxardasan. Hicabı kənara çəkmək və həya pərdəsinə ləkə vurmaq sənə zərər vurar.

Bunu yaddan çıxartmaq lazım deyil ki, şeytan öz zahiri gözəlliyinə görə Allahın qarşısına çıxır. Ona görə də qovulur. Cismi ilə öyünmək şeytandan başlamışdır. Deyir ki, mən atəşdənəm, Adəm torpaqdan. Nurani bir atəş torpağa səcdə etməməlidir.

Yaxşı olar ki, qızlarımıza deyək ki, idman meydançasına daxil olanda ora uyğun paltar geyinirsən. İslam meydançasına daxil olan zaman da gərək onun qaydalarına riayət edəsən.



3.Yaxşı insanlarla oturub-durmaq.

Övladlarımızın dini dəyərlərə sadiq olmasına yardım edən amillərdən biri də oturub-durduğumuz insanlardır. Hətta evliliklər belə bu məsələyə təsir qoyan böyük amillərdəndir. Əgər qohumlarınız hicaba riayət etmirsə, övladlarınızın onlarla çox ünsiyyət bağlamasına şərait yaratmayın.



4. Qızla oğlan uşağının arasında fərq qoymaq.

Qızların şəxsiyətini təhqir hesab edilmiş hiss etməsi və bundan çıxış yolunu özünü nümayiş etdirməkdə görməsi ailədə olan ayrı-seçkiliyə görə ola bilər. Çünki özünə qarşı hiss etdiyi az məhəbbətin bu cür yerini doldurmaq istəyir.



5. Ruzinin halal olmaması.

Bunu yaddan çıxartmayaq ki, yediklərimizin mənəviyyatımıza birbaşa təsiri vardır. Allah buyurur: "Zahiri yemək və saleh əməl bir yerdədir”. Ona görə də valideyn çalışmalıdır ki, övladına yedizdirdiyi yeməklər və qazandığı ruzi halal olsun.



6. Ətraf mühit.

Məhəllə, məktəb, yaşadığınız binanın insanları övladınıza qeyri-müstəqim tərbiyə verir. Çünki ətraf mühit insanın fikir və tərbiyəsinin formalaşmasına təsir qoyan amillərdəndir.



7. Dərsdə və cəmiyyətdə müvəffəqiyyətsizlik.

Bəzən dərsdə aşağı qiymət almaq və cəmiyyətdə qəbul olunmamaq bədhicablığa gətirib çıxardır. Bu zaman valideynin agah rabitəsi ilə bu mələsəni həll etmək olar.



8. Yersiz nəsihət.

Valideyn övladına nəsihət verməyi sevir və bu məsələni dəfələrlə təkrar edir, ancaq bir nəticə almır. Əgər övladınızla nəsihət vermək yerinə dərdləşsəniz, daha faydalı nəticə almış olarsınız. Yox, əgər bu da yardım etmirsə, din alimlərindən məsləhət alın.



(Tebyan/ Deyerler.org)
Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 482 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]