«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 0:18 AM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » İKİNCİ FƏSİL FATİMƏNİN (S) BƏZİ FƏZİLƏTLƏRİ

2011-02-03, 7:03 AM
Nümunəni tanıtma
Hər bir məktəb və məram ərsəyə çatdığı zaman ümumi diqqəti cəlb etməyə səy göstərir və öz hədəfinə çatmaqdan ötrü müxtəlif üsullardan faydalanır. Peyğəmbər məktəbi, başda Quran və islam olmaqla insanların pak fitrətlərinə uyğun maarif və əqidə ərməğan (hədiyyə) gətirdiyindən sağlam insanlarda yaşanmağa nail olur. Ona görə də ümumi fikir cəlb etmək üçün nümunələrin, nurlu çöhrələrin tanıtdırılması üsulundan istifadə edilir. Eləcə də batil yoldan çəkindirmək üçün çirkin və fəsad dolamalar işıqlandırılır. Qurani-kərim öz mübarək ayələrinin böyük bir hissəsini təkallahlığı və sabitqədəm kişilərin, qadınların tanıtdırılmasına həsr etmişdir. Onlar müxtəlif şəraitlərdə mehvər olma haqlarını hifz etmiş, doğru yoldan sapınmamışlar. Məryəm (s), Fironun zövcəsi, Musanın (ə) anası və bacısı, Şüeybin (s) qızları kimi pak qadınlar müsəlman qadınlara nümunə olmaqla Quranda təriflənmişlər. Əməli-salehlərin tanıtdırılması üçün layiq insanlar nümunə göstərilmişdir.

Nə üçün nümunə tanıtdırılmalıdır?
Kamil insanların tanıtdırılmasında Qurani-kərimin təkidləri tarixin bəyanı üçün deyil. Çünki Quran tarix kitabı yox, hidayət və nur kitabıdır. İlahi simaların təqdimində məqsəd başqalarının nümunə götürülməsidir. Onların yolu, üsulu öyrənilməklə təkamül yolu tapılmalıdır. Quran kamil insanın simasını təsvir edir və bu təsvirin fəlsəfəsini buyurur: Nümunəni tanıtma kamil insan xarakterinə uyğunlaşma üçündür. İnsan onu nümunə götürməklə doğru yoldan azmamalıdır. Qurani-kərim Peyğəmbər (s) və onun zümrəsindən olan Zəhra (s) simasını işıqlandırmaqla onları kamal qülləsinə ucaldaraq, son məqsədə yönəldəcək səbəb bildirir. Qırılmaz ipə sarılmaqla özümüzə cəhalətdən nicat vermək, haqq yola çıxmaq bizim öhdəmizə düşür.
İndi siz əzizlərlə birgə fəzilət dünyasının kənarında «Ümmül-əimmə»nin (imamlar anasının) simasının tamaşasına əyləşirik. Ümid edək ki, Zəhra (s) ulduzunun nuru qaranlıq və xəstə könüllərimizi işıqlandırıb şəfa verəcək, cəmiyyətimizin qadın və kişiləri üçün nümunə olacaq.

Fatimənin (s) iman və ibadəti
İbadət nədir? İbadət məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. İbadət qadir, əziz, kamil və mütəal Yaradan müqabilində zəlil və zəif mövcudun acizanə səcdəsidir. Naqis mövcudların təkamül yolu ibadətdir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. İbadətdə sabitlik və keyfiyyət imana möhkəmlik verir, yəqinliyi gücləndirir. «Ölənəcən Allahına ibadət et.» ("Hicr" ayə 99)
İbadət məqsəd deyil, yoldur. Çünki məqsəd kamala çatmaq, Allaha yaxınlaşmaqdır. Din və şəriətə uyğun ibadət məqsədə doğru bir yoldur. Əgər Quran «sizi yalnız ibadət üçün yaratdım» deyə buyurursa, bu ibadətin məqsəd olması demək deyil. İbadət yol, abid yolçu və məqsəd Allaha çatmaqdır. Buna görə də din insanı məqsədə çatıracaq doğru yoldur. ("Siratəl-Mustəqim")

İbadət kamala çatmaq yoludur
Kamala çatmağın yeganə yolu ibadət və xalisanə bəndəlikdir. Naqis və aciz insan bu yolu getməklə haqq sifətlərinin, qüdrət və izzətin zühur məhəlli olur. Bütün nemətlər Allahdandır. Bu nemətlərdən faydalanmağın şərti nemət sahibinə, kamillik məbdəsinə diqqət göstərilməsidir. «Nəhl» surəsinin 53-cü ayəsində buyurulur: «Sizə gələn hər bir nemət Allahdandır.» Bütün qismətlər, ibadətlər, paklanmalar Onun fəzl və ehsanındandır. «Nur» surəsinin 21-ci ayəsində buyurulur: «Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizlərdən kimsə pak olmazdı.»
Kamillik məbdəsi olan Allaha daimi diqqət etdikdə insanın nəsibi «xəlifətullah» məqamı, doğru yol olur. Ona görə də hər bir kamilliyi onun məbdəsində axtarmaq lazımdır.
Müvəhhidlik – məhz tək Allaha təslim olmaq kamilliyin, qüdrətin məbdəsi olmaqla insanın təkamül yolunu hamarlayır. Çünki kamala çatmağın yolu mərifət və ibadətdir. Mərifət nə qədər çox olarsa, xüzu və xüşu (təvazö) da bir o qədər çox olar. Həqiqəti tanıdıqca insanın acizliyi daha da aşkarlanır, insan özünü möhtac və borclu bilir. Elə bu səbəbdən də övliya və peyğəmbərlərin ah-naləsi uca, yandırıcı olur, daim zikr, ibadətdə olurlar. Kamil insanlara yüksək məqama çatmaq üçün gecə namazına durmaq göstərişi verilir. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecənin bir vaxtı qalxıb, ancaq sənə xas olan namazı qıl. Olsun ki, Rəbbin səni həmd olmuş bir məqama göndərə». Bu namazın məhz Allaha diqqət olan həmd olmuş məqama çatmanın fəlsəfəsi «Muzəmmil» surəsində belə bəyan olur: «Şübhəsiz ki, gecə söz demək üçün daha əlverişlidir». Nəfsə səfa verən, ruhu ilahi feyzlərin qəbuluna hazırlayan gecə namazlarıdır. Qurandan feyz almaq üçün gecələr qalxmaq zəruridir. Elə ki, gecə qaxmaq həqiqətə çevrildi, ruh qəbul üçün hazırlandı, o vaxt ilahinin gecə feyzi nazil olar. Qısası, ilahi övliyalar gecə yarı nalələri, göz yaşları hesabına nəsibinə çatdı.

Fatimə (s) mehrabda
İbadət mehrabından Zəhraya (s) elə kamilliklər nəsib oldu ki, onları nəzərə almaqla onun gecələr oyaq qalması nümunə olmalıdır.
Fatimənin (s) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Bəhar» da deyilir: Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, əvvəl qonşulardır.
O xanım mehrabda o qədər dayanar, namaz qılardı ki, mübarək ayaqları şişərdi.

Fatimənin (s) ibadətinin həqiqəti
Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mənalı və xalis idi. Belə ibadət ruhun təkamülünə bais olur. Qurani-kərim xalis ibadəti tərif edir. «Möminun» surəsində buyurulur: «O kəslər ki, namazlarında müti olub, boyun əyərlər». İlahi hüzurda xalisliklə, qəlbin iştirakı ilə müşayət olunan ibadət tərifə layiqdir. Demək, ibadətin ruhu, keyfiyyəti əhəmiyyət daşıyır. Zəhra (s) mehrabda dayananda təlatümdə olar, ilahi qorxu vücudunu bürüyər, göz yaşlarında qərq olardı. ("Bəhar" c. 43)

İxlas və isar
Zəhranın (s) övladları Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s) Fatimənin (s) evində idi. Həzrət buyurdu ki, əgər onların şəfası üçün nəzr etsəniz, münasibdir.
Əli (ə) və Fatimə (s) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-təala onlara şəfa əta etdi. Nəzrə görə oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin qapını döyüb kömək istədi. Əvvəlcə Əli (ə), sonra Fatimə (s), daha sonra Həsən, Hüseyn (ə) və Fizzə öz çörək paylarını miskinə verdilər. Səhəri gün nəzrə görə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Əvvəlki günü əhvalatı yenə də təkrar oldu, beş çörəyin beşini də yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib, kömək istədi. Yenə öz çörəklərini əsirə verdilər. Beləcə peyğəmbər ailəsi öz orucunu ac qarın, solğun çöhrəylə başa vurdu!
(İsar – öz ehtiyacın olan bir şeyi başqa ehtiyaclıya verməkdir).
Allah-təala vəhy ailəsinin xalisliyini, isarını tərifləmiş, onların şəninə Quranda ayələr nazil etmişdir, onları başqalarına nümunə seçmişdir. İnsanlar bu ailəyə, «Ürvətül-vüsqaya» (qırılmaz ipə) bağlanmaqla zülmət quyularından azadlığa çıxmalıdırlar. «Dəhr» surəsində buyurulur: «Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedizdirdilər».
Onlar öz peymanlarına vəd edər, qiyamət gününün şərindən və əzabından qorxar, isar göstərərlər. Onların əməllərinin dəyəri xalislikdir. Quranda buyurulur: «Biz sizi ancaq Allah rizasından ötrü yedizdirdik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik». ("Dəhr" surəsi, ayə 9) «Həşr» surəsindən bir ayə: «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin xəsisliyindən qorunan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» Bunlar Zəhra isarı, ixlası və ibadətinin nümunləridir. Bu bütün vücudu Allah eşqi ilə dolu olan Zəhradır. Peyğəmbər (s) onun haqqında buyurur: «Fatimənin bütün vücudu, onun qəlb imanı yəqinliklə doludur». ("Bihar" c. 43) Fatimənin iman və qorxu məqamından onun mərifəti də işıqlanır. Çünki ilahi məqama dərin mərifət olmadan iman və qorxu müyəssər deyil. «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.» ("Fatir" 28)
Burada bir məsələnin də yada salınması münasib görülür ki, bəzi alimlərin buyuruqlarına əsasən Əhli-beyt məqamından bir dərəcəsinə xadimə Fizzə kimi nail olmaq olar. Eyni halda bəzi dərəcələr yalnız əhli-betyə məxsusdur və adi adamlar o məqama müvəffəq ola bilməzlər. Qarşıda bu barədə inşəallah danışacağıq.

Fatimənin (s) mələklərlə söhbəti
Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müti bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət» surəsində buyurulur: «...Düz olan kəslərə mələklər nazil olub, belə deyəcəklər: Qorxmayın və kədərlənməyin...»
əlbəttə, mələklərin nazil olub, şəriət xəbəri gətirməsi peyğəmbərlərə aiddir və son peyğəmbərin risaləti ilə sona çatıb. Amma Quran qeyri-peyğəmbərlərə də mələklərin nazil olduğunu xəbər verir və həzrət Məryəm (s) barədə buyurur ki, mələk Məryəmə nazil olub, onunla danışdı. ("Məryəm" 17)
Fatimə (s) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də Fatimə (s) «Mühəddisə» (hədis söyləyən) adlandırılıb. ("Bəhar" c. 43)
Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi». («Bəhar» cild 43).
Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s) ibadətinin təcəllası idi.
«Bəhar»da nəql olunur: Əli (ə) otağa daxil olanda Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s) namaza məşğul idi. Kənarda üstü örtülü qab vardı. Fatimə (s) namazını bitirib, tabağın üstünü açdı. Orada qeybi ruzilər vardı. Əli (ə) bunların haradan gəldiyini soruşdu. Fatimə (s) cavab verdi ki, Allah istədiyi kəsə hesabsız ruzi verər.
Bəli, bütün bunlar Fatiməyə (ə) uca məqam bəxş etmiş mehrabın bərəkətləridir.

Fatimə (s) Məhəmmədin (s) kövsəridir
Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir.
«Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik». ("Kövsər" surəsi, ayə 1)

Fatimə (s) isməti
İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin dəvəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, möminlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Quran ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi (s) bu zümrədən bilir. «Məryəm» surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». («Təhrim» surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur». ("Ali-İmran" surəsi, ayə 42)

Quran Fatimə (s) ismətinin sənədi
Qurani-məcid qadınlar arasında Fatiməni məsum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir». ("Əhzab" ayə. 33) Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə hətta xalq arasında Əhli-beytdən hesab edilənlər də bu məqamda deyillər. Ayə əli, Fatimə və onların övladlarına şamil edilir. Xalq arasında Peyğəmbər (s) ailəsi hesab olunan zövcələr də rəvayətlərə əsasən ayədə nəzərdə tutulmayıb. Bir neçə rəvayəti yada salırıq.

Rəvayətlər və Fatimənin (s) isməti
İmam Baqir (ə) buyurur: «Peyğəmbər, əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır».
O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, xeyr və səadətdəsən». Diqqət edin, ürfən el gözündə Əhli-beytdən olan qadın əslində onlardan deyil. Aydın olur ki, bu xüsusi məqama hər kəsdə ləyaqət yoxdur.
Bəzi rəvayətlərdə nəql olunub: Ümmi-sələmə onlara qatılmaq istəyəndə həzrət Peyğəmbər (s) onda bu ləyaqətin olmadığını anlatdı. Demək, bu ayədə yalnız xüsusi adamlar nəzərdə tutulurlar: əli, Fatimə, Həsən, Hüseyn və onların doqquz övladı (s).
Sünni əhlindən bir-neçə rəvayət:
Süyutidən iki yönümdə müxtəlif rəvayətlər nəql olunub. Bir qurup rəvayətə görə bu ayə beş nəfərə aiddir və peyğəmbərin zövcələrinə də şamil olunmur. Rəvayətlərə görə həzrət Peyğəmbər (s) onlara qatılmaq istəyən Ümmül-sələməyə icazə verməmişdir. O da nəql edir ki, paklanma-təthir Əhli-beyt ismətinə aiddir.
Maraqlı budur ki, həzrət Peyğəmbər (s) bu məsələyə o qədər əhəmiyyət verməmişdir ki, bu ayə nazil olduqdan sonra altı ay ardıcıl sübhlər Fatimənin evinə gəlmiş, ayəni oxuyub, geri qayıtmışdır.

Əhli-beytin xüsusi məqamı
Bu xüsusi məqam Əhli-beytə məxsusdur və onu təsdiq edən sənəd Qurandır. Onlar kimsənin müvəffəq ola bilməyəcəyi bir ismət dərəcəsinə çatmışlar. Bu sbəbdən də Əhli-beytə itaət əmr olunmuşdur. Quranda buyurulur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özümüzdən olan ixtiyar sahiblərinə itaət edin!» ("Nisa" ayə 59) Yalnız ömür boyu günah və xəta etməmiş şəxslərə mütləq itaət doğrudur.
Əlbəttə, Fatimənin (s) ismətinə başqa dəlillər də var. Fatimənin (s) peyğəmbərlərdən üstün olduğunu təsdiq edən hədislər növbəti fəsildə deyiləcək.

Həqiqətə məhəbbət
Məhəbbət aşiqi məşuqa tərəf çəkən daxili bir cazibədir. Məşuq cilvələnmiş gözəllikləri ilə aşiqi cəzb edir. Varlıq aləminin bütün yaranmışlarının daxilində həqiqətə məhəbbət mövcuddur. Hamı onun gözəlliklərinin aşiqidir, hamı ona doğru hərəkətdədir. Buna əsasən, insana güc verən, onu hərəkətə gətirən məhəbbətdir. Varlıq aləminin hər parçasında haqqın cilvələnən camal və gözəllikləri bütün aşiqləri bihuş edir, kəməndə salır. Məşuq bir gözəllikdirsə, aləm bir məhəbbətdir. Əgər bir cövhərin hərəkəti maddəni əhatə edirsə, eşq hərəkəti varlıq nizamını bürüyür. Əgər aləm bir qaynar həyatdırsa, bu qaynarlığın səbəbi ilahi eşq və məhəbbətdir.
Yalnız həqiqi məhəbbət ört-basdır edilə bilmir. Daxilində elə qığılcımlar parlayır ki, iç dünyası açılır, izhar olur və məşuqunun eşq ahəngində dilə gətirir. «Elə bir şey yoxdur ki, Allaha tərif deyib, Ona şükr etməsin.» ("İsra" ayə 44) Gözəlliklər və kamilliklərə məhəbbəti yaradan səbəb aşiq nəzərində cilvənən məşuqdur.

Məhəbbətin ardınca
İstər həqiqi, istər fani məhəbbətin nəticəsi məşuqa itaətdir. Məşuqə itaətsizlik mümkünsüzdür. Yox, əgər itaət yoxdursa, məhəbbətin həqiqiliyinə şəkk edilməlidir.
Qurani-kərim haqqa məhəbbətin ölçüsünü ona itaətdə görür və buyurur: «De ki, Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin». ("Ali-İmran" ayə 31) Əgər Allahı sevirsinizsə, onun Peyğəmbərinə itaət edin. Peyğəmbərə itaət Allaha itaətdir. «Nisa» surəsində buyurulur: «Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin». Mümkün deyil ki, Allahı sevən kəs Onun peyğəmbərinə itaət etməsin. Əgər itaət etmirsə, demək imanında şəkk var. Çünki iman məhəbbətdən ayrı deyil. «Batil ona yol tapa bilməz». ("Fussilet" 42)
Məhəbbətin əhəmiyyəti ora qədərdir ki, vəhy ona istiqamət versin və məhbubun seçilməsində aşiq səhv yol getməsin. Haqq aşiqinin yol göstərəni peyğəmbərlərdir. Peyğəmbərlər əql sahiblərinə xatırladırlar ki, məşuq seçərkən səhv etməsinlər. Onların gəlişində məqsəd xalqı həqiqi məşuqa tərəf istiqamətləndirməkdir.

Haqqın ifadəsinə (məzhərinə) itaət
Haqqın ifadəsinə məhəbbət haqqa məhəbbətdən ayrı deyil. Mümkün deyil ki, Allahı sevən kəs onun məzhərini, ifadəsini sevməsin. Çünki həqiqət bir şəxsdə ifadə olunanda, onun bütün həyatı həqiqətə köklənəndə, ilahi yardımla ismət məqamına çatmaqla hərəkəti, duruşuğu, rəftarı, danışığı, sükutu, fəryadı haqq olanda, belə bir şəxsə məhəbbət həqiqətə məhəbbətdir. Ona itaət haqqa itaət hesab olunur. Bu səbəbdən də Peyğəmbərin (s) ismət məqamlı Əhli-beyti haqdır. Batil Qurani-kərimdə yer tapmadığı kimi Əhli-beyt həyatına da yaddır. Bəli, «batil ona yol tapa bilməz.»
Quran və Əhli-beyt eyni həqiqətdir və batil onlardan uzaqdır. Bu həqiqət təkcə Əliyə (ə) yox, bütün Əhli-beytə aiddir. Həqiqət olduqları üçün də bəndələrə doğru yol və ölçüdürlər. İmam Rzadan (ə) nəql olunub: «Xalqın əməllərini dəyərləndirmək üçün Allahın mizanı əlidir. Mizana qarşı qiyam etməmək dedikdə imamın əmrinə qarşı çıxmamaq nəzərdə tutulur.» ("Əl-Qədr" "Nurus-Səqəleyn")

Müəllif: Həbibullah Əhmədi 

Category: İKİNCİ FƏSİL FATİMƏNİN (S) BƏZİ FƏZİLƏTLƏRİ | Added by: IslamQadini
Views: 1219 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]