«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 9:12 AM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » Qeyd (sual) ve Cavab

2009-10-28, 4:51 PM
Qeyd (sual)

Ötən mövzulara diqqət edərkən belə bir sual yarana bilər ki, islam məktəbində təkamül yolu ibadətdir və insan bəndəlik yolu ilə yüksəlir. İbadət yolu isə islamın insanlara təqdim etdiyi hökmlər və vəzifələrdən ibarətdir. Qadın və kişinin vəzifələrində isə xeyli fərqlər vardır. Qadın ayda neçə gün ibadətlərin üstünü olan namazdan məhrumdur. Həmin günlərdə Ramazan ayının fəzilətli oruclarına da nail olmur. Eləcə də ədalətin qələbəsi üçün cihaddan da məhrumdur. Qısası, çox hökmlərdə qadın və kişinin vəzifələri fərqlənir. Necə olar ki, təkamül yolu qadın və kişi üçün eyni olsun?


Cavab
           Bu və buna oxşar sualların cavabında belə demək olar: Söhbət təkamül yolunu keçməkdən gedir, vəzifələr isə ayrı bir məsələdir. Vəzifələrdəki fərq uyğun eyniliyə nöqsan gətirmir. Çünki zəruri fərqlər əsasında tənzimlənən vəzifə fərqləri qadın və kişinin insani həqiqətinə, ruhuna aid deyil (bu barədə sonra danışılacaq). Vəzifə dəyişikliyi fəzilətlərdən məhrumluğa dəlalət etmir. Məsələn, qadın adətən (aybaşı) günlərində namaz qılmaqdan məhrum olursa, onun əvəzində Allahını zikr etməklə təkamül yolunu davam edir. Rəvayətdə deyilir ki, əgər qadın namaz vaxtı dəstəmaz alıb, üzü qibləyə öz səccadəsi üstə oturarsa, namazı qədərində Allahı zikr edərsə, mükafatlandırılar.[Vesail. 2-ci cild] Namazın həqiqəti, ruhu Allahı zikr etməkdir. Zikr edən qadın məhrum deyil. Demək, sözümüzün canı fiqhi vəzifələr yox, kamal və haqqa qovuşmaq yolunu adlamaqdır. Ramazan ayında bir neçə günün orucundan məhrum olan qadın sonradan qəza orucları tutmaqla onun əvəzini çıxır. Allah yolunda cihaddan məhrum olan qadın bunun əvəzində kişinin cihadına bərabər olacaq cihad edir (sonra izah olunacaq).
        Əlavə olaraq qadın altı il kişidən qabaq dini vəzifələrə məsul olur. Kişilər şəri vəzifələr yaşına çatanadək qadın artıq təkamül yolunun xeyli hissəsini keçir. Buna görə də ilahi yol nəticədə hər iki cins üçün eyni olur. Hansı ki, vəzifələrdə fərqlər mövcuddur.
         Maraqlı burasıdır ki, bu sayaq suallar təzə şey deyildir. Buna oxşar sualları islamın əvvəl vaxtlarında qadınlar Peyğəmbərə (s) ərz etmiş və kamil, qənaətbəxş cavab almışlar.

Category: Qeyd (sual) ve Cavab | Added by: IslamQadini
Views: 810 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]