«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:38 AM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-02-03, 10:40 AM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ 
(4-5)

4) Ummul Həsən Nəxiyyə

     Ummul Həsən Nəxiyyə, hədis söyləyən qadınlardan olub. O, məşğuliyyət və qazanc haqda Əlidən (ə) belə bir rəvayət nəql edib. Deyir ki, bir gün Əmirəlmöminin (ə) yanımdan keçərkən soruşdu: «Ey Ummul Həsən, nə düzəldirsən?» Dedim: «Sap». Buyurdu: «Həqiqətən, sənin işin ən halal qazanclardandır». 
     
5) Ummul Xeyr

     Ummul Xeyr mütəfəkkir, gözəl nitq qabiliyyətinə malik, bəlağət elminə vaqif, Əlinin (ə) ixlaslı şiələrindən olmuş kufəli bir qadındır. Əmirəlmömininə (ə) böyük məhəbbəti olan bu qadın «Siffeyn» müharibəsində o Həzrətə (ə) çox kömək etmişdi. Ummul Xeyr həmin müharibədə külrəngli bir dəvəyə minərək, əlində qamçı tutaraq mühacirləri və ənsarı səbrə, Müaviyəyə qarşı mübarizəyə dəvət edərək demişdir: 
     «Ey camaat, təqvalı olun, həqiqətən, Qiyamətin zəlzələsi çox böyükdür. Həqiqətən, Allah, haqqı sizin üçün müəyyən, dəlil-sübutu aşkar və haqqın yolunu aydın etdi. Haqqın bayrağını göyə qaldıraraq, sizi səhvlərə aparan korluqda qərar vermədi. Allah sizə rəhm etsin, hara qəsd etmisiniz və hara gedirsiniz? Əmirəlmöminin Əlidən (ə) qaçırsınız, yoxsa döyüş meydanından? Bəlkə İslama rəğbətiniz yoxdur, bəlkə Haqqdan üz döndərib kafir olmusunuz? 
     Adil imama (Əli ibn Əbu Talib), Allahın rizayəti olan sədaqətli və təqvalı şəxsiyyətə, layiqli vəsiyə tərəf gəlin. Ey İslam ordusu, küfrün sərkərdələri ilə vuruşun, bunların peymanı yoxdur. Bəlkə sizin hücum etməyinizlə iman gətirərlər. Ey mühacirlər və ənsarlar, səbir edin, döyüş meydanında gözü açıqlıqla, dininizdə möhkəm və sarsılmaz olmaqla vuruşmağa davam edin. Mən sanki sizin Şam ordusu ilə döyüşünüz zamanı onların şirdən hürkən goreşənlər kimi qaçdıqlarını görürəm».
     (ardı var...)
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 752 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]