- HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:47 AM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-02-03, 10:42 AM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ 
(6)
Əmamə binti Əbil As

Əmamə Əmirəlmöminin (ə) həyat yoldaşı və Fatimeyi-Zəhranın (ə) bacısı qızı (Zeynəbin qızı) idi. O, Peyğəmbərin (s) dövründə dünyaya gəlmiş və Peyğəmbərin (s) ailəsinə yaxın bir şəxs olmuşdu.
     Buna görə də Fatimeyi – Zəhra (ə) vəfat edərkən Əliyə (ə) vəsiyyət etmişdi ki, ondan sonra Əmamə ilə izdivac etsin. O xanım (ə) buyurmuşdu: «Əmamə övladlarım üçün mənim kimi olacaqdır». Əli (ə) Fatimənin (ə) vəsiyyətinə əməl etdi və xanım Fatimə (ə) dünyadan gedəndən sonra Əmamə ilə evləndi».
     Bu alicənab qadın həmişə Əlinin (ə) tərəfdarlarından oldu və o Həzrət (ə) dünyadan gedərkən Muğeyrə ibn Nofələ buyurdu: «Məndən sonra Əmamə ilə evlən». (Çünki Əli (ə) Müaviyənin onu özünə arvad etməsindən qorxurdu.) Ona görə Muğeyrə həzrət Əlinin (ə) şəhadətindən sonra onunla izdivac etdi. Əmamə Muğeyrənin sağlığında vəfat etdi. Onun nə Əlidən (ə), nə də Muğeyrədən övladı olmadı».
     
     
İmamın (ə) duası və Əmamənin şəfa tapması

     İshaq ibn Əmmar Əmamədən nəql edir: «Mən dəri xəstəliyinə (ekzema) tutulmuşdum. Əmirəlmöminin (ə) mubarək əlini yara olan yerə qoydu və dua etdi. Əlini çəkəndə gördüm ki, xəstəliyim yox olub və mən şəfa tapmışam». Sonra İmam (ə) buyurdu: «Ey Həbabə, heç kəs bizdən və şiələrimizdən başqa İbrahimin hənif dinində deyil. Başqaları bu dindən uzaq və ayrıdırlar».
     
     (ardı var...)
     
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 436 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]