- HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:50 PM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-02-03, 10:47 AM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
(9)
Ummu Sənan binti Xisəmə

Xisəmin qızı Ummu Sənan da imam Əlinin (ə) dostlarından və o Həzrətin (ə) ordusunun şairlərindən olub.
     Bir gün Ummu Sənan Mərvandan şikayət etmək məqsədilə Müaviyənin yanına gedir. O, Müaviyənin diqqətini cəlb etmək üçün əvvəlcə şikayətini yox, Müaviyəyə xoş gələn bəzi məsələləri söylədi. Belə etməsəydi, Müaviyə onu dinləməzdi. Sonra sözünə davam edərək belə dedi: «Ey Əmirəlmöminin! Sənin ətrafındakılar müsəlmanların ürəyinin sənə qarşı kin və narazılıqlarla dolmasına səbəb olur. Onları ətrafından uzaq et. Əgər bunu etsən, Allaha yaxın olarsan və möminlərin ürəyində sənə qarşı məhəbbət artar». Müaviyə dedi: «Mənim haqqımda dediyin sözlər, həqiqətənmi öz sözlərindir?» Ummu Sənan cavab verdi: «Subhanallah, sənin kimisinə yalan mədh deyilməz və yalan demək üzürlü sayılmaz. Əlbəttə, sən bizim fikrimizi, əqidəmizi bilirsən. Amma qoy, sənin haqqında fikrimi deyim». Və belə söylədi: «Allaha and olsun, Əli ibn Əbu Talib (ə) bizə səndən daha sevimli və daha yaxındır. Sən də bizə başqasından daha yaxınsan». Müaviyə soruşdu: «Başqası» deyəndə sən kimi nəzərdə tutursan?» Dedi: «Mədinənin valisi Mərvan ibn Həkəmi və Səid ibn Ası». Müaviyə soruşdu: «İndi sən nə istəyirsən?» Ummu Sənan Mərvan ibn Həkəmin ədalətsizliyindən və zülmündən bəzi mətləbləri söylədi və axırda dedi: «O, oğlumun övladını günahsız yerə həbs edib, onun azad olunmasını istəyirəm». Müaviyə dərhal Ummu Sənanın nəvəsinin azad edilməsi barədə Mərvan ibn Həkəmə məktub yazılmasına dair göstəriş verdi. Sonra ona beş min dirhəm pul verdi ki, ata minib Mədinəyə getsin. 
     Bəli, Əlinin (ə) vəfalı dostları qorxunc və qüvvətli düşmən qarşısında əsla haqqı deməkdən əl çəkmirdi. Hətta Əlinin (ə) ən böyük düşməni olan Müaviyənin qarşısında belə İmamın (ə) hər kəsdən üstün və fəzilətli olduğunu deməkdən çəkinmir, cəsarətlə onu müdafiə edirdilər.
     
     (ardı var...)

     
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 393 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]