«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 5:23 AM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-11-18, 3:27 PM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
(15)
Zərqa binti Ədd ibn Qalib


     Ədd ibn Qalib ibn Qeys Həmədaninin qızı Zərqa Kufənin şairə xanımlarından idi. Bu şir ürəkli, qorxmaz qadın, ömrünün son dəqiqələrinə kimi Əliyə (ə) sevgi bəsləmiş və ona sədaqətli olmuşdur. Siffeyndə İmamın (ə) ordusunu Müaviyəyə qarşı müharibəyə təşviq edən xanımlardan biri idi.
     Bu xanım Əlinin (ə) şəhadətindən sonra Müaviyənin sarayına çağırıldıqda, o, Müaviyə və dostlarının qarşısında cəsarətlə dayanmış və azacıq da olsa, qorxmamışdır.
     Zərqa ilə Müaviyənin görüşü
     Muhəmməd ibn Əbd Rəbe nəql edir ki, bir axşam Müaviyə yaxınları ilə (Əmr As, Otbə, Vəlid və Səidlə) Siffeyn müharibəsi haqda söhbət edirdi. Söhbət əsnasında Zərqa və onun müharibədəki təhrikedici sözləri xatırlandı. Müaviyə soruşdu: «Sizlərdən hansınız Zərqanın sözlərini xatırlayırsınız?
     Dedilər: «Əlinin (ə) qoşununu bizimlə müharibəyə qızışdıran sözlərini hamımız yaxşı xatırlayırıq». Müaviyə yenə soruşdu: «Fikriniz nədir, onunla nə edək?» Dedilər: "Bizim fikrimizcə, öldürülməlidir”.
     Müaviyə günahsız insanları öldürtməkdən çəkinmirdi, ancaq indi siyasət işlədərək, onların fikrini rədd edib dedi: «Onun haqqında pis fikirdəsiniz. Camaat buna nə deyər? Deyərlər ki, Müaviyə elə ki, hökümətə gəldi, əlini bir qadının qanına bulaşdırdı. Onun günahı isə mövlası Əliyə (ə) sədaqətli olması idi».
     Müaviyə Zərqanı çağırıb onunla söhbət etmək qərarına gəldi. Ona görə də əmr verdi ki, Kufənin hakiminə məktub yazılsın və o, Zərqanı böyük ehtiramla, bir neçə nəfər ailəsinə yaxın və şücaətli adamlarla Şama göndərsin. Həmçinin yolda rahat və zərər görmədən gedə bilmələri üçün onlara yaxşı minik vasitəsi də verilsin».
     Kufənin hakimi Müaviyənin məktubunu alandan sonra Zərqanı Müaviyənin əmrindən xəbərdar etdi. Zərqa dedi: «Əgər Müaviyə ixtiyarı mənim öhdəmə qoyubsa, əsla bu səfərə getmək istəmirəm. Əgər əmrdirsə, səfərə hazıram». Kufə hakimi yaxşı və rahat bir kəcavə hazırlayıb Zərqanı Müaviyənin əmr etdiyi kimi, yaxın adamların müşayiəti ilə Şama tərəf yola saldı. Müaviyə onları mehribanlıqla qarşıladı, onların halını soruşdu və sual etdi ki, səfəriniz necə keçdi?
     Zərqa cavabında dedi: «Halım yaxşıdır, yolu soruşursansa, insan evdə, uşaq beşikdə necə olarsa, yol bizim üçün o cür oldu».
     Müaviyə dedi: «Mən əmr verdim ki, sizi Şama yaxşı və rahat gətirsinlər. Bura niyə çağırıldığını bilirsənmi?” Zərqa söylədi: "Məgər Allahdan başqa bir kəs ürəklərdən xəbərdardır?» Müaviyə dedi: «İstəyirdim biləm ki, sən o qadınsanmı Siffeyndə qırmızı tüklü dəvəyə minərək Əlinin ordusunda səflər arasında dolaşıb, müharibə atəşini alovlandırır və Əlinin qüvvələrini mənim qoşunuma hücum etməyə təşviq edirdin?»
     Zərqa cavab verdi: «Bəli, o mən idim. Ey Müaviyə, onu bil ki, bizim sərkərdəmiz və başçımız öldürülmüşdür. Onun işləri yarıda qırılsa da, etdikləri qalmışdır. Axar su geri gayıtmaz. Ancaq bil ki, dövran dəyişir, hadisələr də çox dəyişkəndir. Düşünmək və ayıq olmaq lazımdır. Bu gün sən kama çatırsan, sabah başqası».
     Müaviyə dedi: «Doğru dedin, ancaq sənin yadındadırmı, Siffeyn müharibəsində nə deyirdin?» Zərqa cavab verdi ki, xeyr yadımda deyil, unutmuşam. Müaviyə dedi: «Amma sənin Siffeyndə çıxış etdiyin gün mənim yadımdadır. Sən deyildinmi ki, dedin: Ağıllı olun, özünüzə gəlin, sözlərimi eşidin, batil yoldan qayıdın. Siz fitnə-fəsad içindəsiniz, gözünüzü qaranlıq və zülmət bir pərdə örtmüşdür. Siz həm də lal və kar olmusunuz, nəsihət dinləmirsiniz. Fitnə sizi haqqa itaət etməyə qoymur. Ey camaat, günəş varsa, başqa çıraq işıqlandırmaz, ulduz ayın qabağında işıq saça bilməz, dəmiri dəmirdən başqa heç nə kəsməz. Kim hidayət istərsə, biz onu hidayət edərik, kim bizdən agahlıq istərsə, biz onu agah edərik. Haqq öz itmiş tələbinizdədir. Odur ki, ey mühacir və ənsarlar, pərakəndəliyin qarşısını almaq, ədalətin yayılması və batil üzərində haqqın zəfər çalması üçün səbirli olun və səy edin. Məbada cəhalət sizə əngəl ola və məbada bir kəs deyə: «Allahın vədəsi nə zaman gerçəkləşəcək?» Bilin ki, həna qadının zinətidir. Ancaq kişinin hənası qandır. Səbir və dözümün, hədəfə doğru düzgün istiqamətin sonu qələbə olacaqdır».
     Zərqa dedi: «Bəli, bunlar hamısı mənim o gün dediyim sözlərdir». Müaviyə üzünü ona tutub dedi: «Buna görə də, Allaha and olsun, ey Zərqa, Əlinin tökdüyü qanlara sən də şəriksən». Zərqa dedi: «Mənə necə gözəl müjdə verdin. Allah səni salamat etsin, yaxşı xəbərlər eşidəsən, məni şadlandırdın».
     Müaviyə dedi: «Mənim bu sözlərimdən çox xoşhal oldun?»
     Zərqa dedi: «Allaha and olsun, çox sevindim. Belə bir səadət nəsibim oldu ki, ağam Əlinin (ə) işlərinə şərik olam?» Müaviyə gülüb dedi: «Allaha and olsun,ölümündən sonra siz Əli tərəfdarlarının ona olan sədaqəti həyatda ikən bəslədiyiniz sevgidən daha təəccüblü, daha heyranedicidir». Sonra dedi: «Ey Zərqa, hacətini söylə». Zərqa dedi: «Mən özümlə əhd etmişəm və and içmişəm ki, əleyhinə olduğum əmirdən heç nə istəməyim. Ancaq sən elə bir adamsan ki, soruşmadan hədiyyə edirsən, istəməsələr də çoxlu ənam verirsən».
     Müaviyə əmr etdi ki, Zərqaya 10 min dirhəm qiymətində ev, ona və yoldaşlarına sovqat verib, onları ehtirmla yola salsınlar.
     
     
     HƏZRƏT ƏLİNİN (Ə) DİGƏR QADIN SƏHABƏLƏRİ
     
      1 - Amənə bint Sərid
     
      2 - Omeys Xəsəmiyyənin qızı Əsma
     
      3 - Ummul Bəra
     
      4 - Ummul Həsən Nəxiyyə
     
      5 - Ummul Xeyr
     
      6 - Əmamə binti Əbil As
     
      7 - Ummu Rələ Qəsiriyyə
     
      8 - Ummu Zərih Əbdiyə
     
      9 - Ummu Sənan binti Xisəmə
     
      10 - Əbu Uməyyənin qızı Ummu Sələmə
     
      11 - Ummu Muslim ibn Abdullah Cəhəni
     
      12 - Bekarə Həlamiyə
     
      13 - Ummu Hisəm binti Əsvəd
     
      14 - Cərda binti Səmir
     
      15 - Zərqa binti Ədd ibn Qalib 

kovser.az

Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 1023 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]