«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 3:22 PM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:17 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar (1)
İslam tarixinin ilk şəhid xanımı - Süməyyə

İslamın ilk dövrlərində Əmmarın atasını, yəni Süməyyənin əri Yasəri İslamı qəbul etdiyinə görə, şəhid edirlər. Onu şəhid edənlərin ürəkləri bununla soyumur. Onlar Süməyyəni də hədələyirlər: «Əgər Muhəmmədi inkar etməsən, ayaqlarının hər birini bir dəvəyə bağlayıb, iki tərəfə çəkərək səni şaqqalayacağıq». Ancaq bütün vücudu «Allah» – deyən Süməyyəyə, onların bu hədə-qorxusu təsir edərdimi?! Elə hey Peyğəmbərin (s) sözü qulağında cingildəyirdi: «Yasərin ailəsi! Səbr edin, sizin yeriniz cənnətdir».
     Nəhayət, qana susamış düşmənlər ona ağır işgəncə verməklə öz qəzəblərini yatırtmaq qərarına gəlirlər və onu şəhid edirlər. Beləliklə, onun adı, İslam uğrunda canını qurban verən ilk şəhid xanım kimi, tarixin səhifələrinə yazılmış olur.
     Digər bir neçə qəhrəman qadın
     1. «Lubəynə» bəni-Muməl tayfasının kənizi idi. Ömər ibn Xəttab, İslamı qəbul etməmişdən öncə, ona çox işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmayıb və İslam dinindən dönməyib.
     2. «Zinnirə» bəni-Məxzum tayfasından idi. Əbu Cəhl, müsəlman olduğuna görə ona olmazın əziyyətlər versə də, onu əqidəsindən döndərə bilməyib.
     3. «Nəhdiyyə» bəni-Nəhd tayfasının kənizi idi. Nəhdiyyə, İslamı qəbul etdiyinə görə, (bəni-Əbduddar qəbiləsindən olan) öz xanımının ağır işgəncələrinə məruz qalsa da, əqidəsindən dönməyib.
     4. Belə xanımlardan biri də Cabir ibn Həkimin qızı, «Qəziyyə» kimi tanınan, Ümmü Şərik Əsədi idi. O, Qüreyş tayfasının bəni-Amir qəbiləsindən idi. İslamın ilk dövrlərində müsəlman olan bu xanım, bütün bacarığı ilə dinin təbliği üçün çalışmışdı. O, gizlin və aşkarda insanları (əsasən də qadınları) İslama dəvət etdiyi üçün, ağır işgəncələrə məruz qalıb, hətta bir dəfə onu palansız dəvəyə mindirib, üç gün ac-susuz vəziyyətdə saxlayıb, sonra isə əl-ayağını bağlayıb, qızmar günəşin altında yolun üstünə atıblar. Əgər Allahın lütf və mərhəməti olmasaydı, şübhəsiz ki, o, tələf olardı.
     5. Xənsa bəni-Səlim tayfasından idi. Onun təbliği nəticəsində, bütün qəbiləsi müsəlmanlığı qəbul etmişdi. Bəzən Xənsa, özünün şer və şüarları ilə müsəlmanları kafirlərin əleyhinə qaldırardı. Bütün bu etdikləri ilə kifayətlənməyən Xənsa, Qadisiyyə döyüşündə oğlanlarının hər dördünü döyüş meydanına göndərmiş və onların hər dördü bu döyüşdə şəhid olmuşlar (bu barədə bir qədər sonra qeyd olunacaq).
     6. «Ümmü Ziyad Əşcəiyyə» Xeybər döyüşündə iştirak etmiş beş qadından biridir. Peyğəmbər (s) onların gəlişinin səbəbini soruşduqda, onlar cavabında: «Yaralılara tibbi yardım göstərməklə sizə kömək etmək istəyirik» – deyiblər.
     Rəsuləllah (s) onların qalıb, yardım etmələrinə icazə verib. Xeybər qalası fəth ediləndə Rəsuləllah (s) döyüşdə əldə edilmiş qənimətlərdən onların da payını ayırıb.
     7. Şücaətli xanımlardan, şəhid vermiş analardan biri də, Peyğəmbərin (s) kənizi «Ümmü Əymən» olub (onun adı Bərkə idi). Həzrət Peyğəmbər (s) onu kənizlikdən azad edərək Übeydə Xəzrəci ilə evləndirmiş və onların bu izdivacdan «Əymən» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymənin əri vəfat edəndən bir müddət sonra Peyğəmbər (s) onu Zeyd ibn Haris ilə evləndirmiş, bu izdivacdan da «Üsamə» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymən çox qoçaq və şücaətli bir xanım idi. O, yaralılara tibbi yardım göstərmək üçün Ühüd döyüşündə iştirak etmiş və döyüşün qızğın anında bir dəstə müsəlmanın fərariliyini görəndə ovcunu torpaqla doldurub onların üzlərinə ataraq demişdi: «Kişi döyüşdən qaçmaz. Siz arvad kimi hərəkət edirsinizsə, gedin arvad cəhrəsi arxasında da oturun. Vay olsun sizə!» Ümmü Əymən bununla da kifayətlənməyib, əlinə qılınc alaraq İslam və Peyğəmbərimizin (s) müdafiəsinə qalxmışdı.
     Onun fəziləti, cəsurluğu barəsində çox yazmaq olar. Ümmü Əymən Rəsuləllahdan (s) sonra da əqidəsində möhkəm qalmış və həmişə Həzrət Fatimeyi-Zəhra (ə) və Əhli-beytlə (ə) birgə olmuşdu. Bu fəzilətli qadin haqqında bunu demək kifayətdir ki, onun oğlu Əymən, Hüneyn döyüşündə misli görünməmiş qəhrəmanlıq göstərərək şəhid olmuş, digər oğlu Usamə isə hələ 17-20 yaşında ikən sərkərdə məqamına kimi yüksəlmişdi.
     8. İslam tarixində ağır döyüşlərdən biri sayılan Ühüd döyüşündə Mədinə müsəlmanlarının bir çoxu şəhid vermişdilər. Maraqlıdır ki, xanımlar öz övladlarının, ərlərinin və qardaşlarının halını xəbər almazdan öncə, Peyğəmbərin (s) halını soruşardılar.
     Qeysin qızı Suda da belə xanımlardan biri idi. Ühüd döyüşündə o, övladlarının şəhid olduqlarını bilsə də, onlar haqqında xəbər almazdan öncə, «Peyğəmbərdən (s) nə xəbər var?» – deyə soruşmuşdur.
     Ona «Peyğəmbər (s) sağdır» – deyiləndə, dərhal özünü Rəsuləllaha (s) çatdırmış və onun sağ-salamat olduğunu gördükdə demişdir: «Başıma gələn müsibətlər mənə asanlaşdı. Təki siz salamat olasınız, daha heç bir qəmim yoxdur».
     Bu, möhkəm iradəli xanım, döyüş meydanından oğlanlarının cənazəsini tapıb dəvənin belinə yükləyərək Mədinəyə tərəf yollanarkən, yolda rastlaşdığı insanlar ondan Peyğəmbəri (s) soruşduqda: «Peyğəmbər (s) sağ-salamatdır» – deyib.
     Rastlaşdığı insanlardan biri də Aişə idi. Aişə ondan: «Dəvənin belindəki yük nədir?» xəbər alanda, Suda belə cavab verib: «Ürəyimin parası iki oğlanlarımdır. Onlar Allah yolunda qəhrəmanlıq göstərərək şəhid olublar. Onları torpağa tapşırmağa aparıram».
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 984 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]