«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 4:37 PM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:18 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış
qəhrəman qadınlar
 (2)
Bir şəhid anasının bizə öyrətdiyi ibrət dərsi
Süraqənin oğlu Harisə, Bədr döyüşündə boğazından yaralanaraq, şəhid olub. Onun şəhid olma xəbəri Mədinəyə çatdıqda, anası (və bacısı) ətrafına toplaşanlara belə deyib: «And olsun Allaha! Oğlumun cənnətdə, ya cəhənnəmdə olduğunu Peyğəmbərdən (s) soruşmayınca, ağlamayacağam. Əgər Peyğəmbər (s) oğlumun cəhənnəmdə olduğunu desə, göz yaşlarım cəhənnəmin odunu söndürənə qədər, ağlayıb nalə çəkəcəyəm. Əgər oğlumun cənnətdə olduğunu buyursa, heç vaxt ağlamayacam. Əksinə, çox sevinəcəyəm».
     Bədr döyüşündən sonra Peyğəmbər (s) Mədinəyə qayıdır. Harisənin anası o Həzrətin (s) hüzuruna gəlib deyir: «Ey Allahın Rəsulu! Mənim Harisəni çox istədiyimi yaxşı bilirsən. O, mənim gözümün işığı idi. Onun şəhidlik xəbəri mənə yetişəndə, onun cənnətdə, ya cəhənnəmdə olduğunu sizdən soruşmayınca, ağlamadım? Əgər cəhənnəm odundadırsa, ağlayıb nalə edəcəyəm».
     Peyğəmbər (s) ona buyurdu: «Cənnət bir neçə mərtəbədən ibarətdir. Sənin oğlun «firdovsi-əla»da, cənnətin ən yüksək məqamındadır».
     Bunu eşidən ana Peyğəmbərə (s) dedi: «Mən onun üçün heç vaxt ağlamayacağam».
 
Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 821 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]