«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 0:53 AM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:26 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar
 (9)
Yaralılara tibbi yardım göstərən şücaətli qadınlar

Cihad müəyyən səbəblərə görə qadınlara vacib olmasa da, onlar yaralıları döyüş mərkəzindən uzaqlaşdırmaq, onların yaralarını sarımaq, onlara su vermək və bu kimi işləri yerinə yetirmək baxımından cihadda iştirak etmək hüququna malikdirlər. Qeyd etdiklərimizə misal olaraq, aşağıdakı bir neçə nümunəni nəzərinizə çatdırırıq:
     1) «Ümmü Sənan Əslamiyyə» cəsur qadınlardan biri idi. Bu xanım həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənə qarşı döyüşmək arzusunda olub. O, Xeybər döyüşü zamanı Həzrət Rəsuləllahın (s) hüzuruna gələrək buyurub: «Mən yaralılara tibbi yardım göstərmək, mücahidlərə kömək etmək, onların əşyalarını qoruyub susuzlara su vermək üçün döyüş meydanına getmək istəyirəm».
     Əziz Peyğəmbərimiz (s), ürəyi İslam üçün çırpınan, bu xanımın xahişini rədd etmir və ona, həyat yoldaşı Ümmü Sələmə ilə birgə, döyüş meydanına getməyə icazə verir.
     2) «Ümmü Əmmarə» də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək məqsədilə cəbhədə iştirak etmiş xanımlardan biri olub.
     3) İmam Baqir (ə) buyurur: «Ühüd savaşında İmam Əli (ə) altmış yerdən yaralanıb. Peyğəmbər (s) «Ümmü Səlim» və «Ümmü Ətiyyə» adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırıb. Onlar, yaraların çoxluğundan, onları bağlamaq mümkün olmadığını Peyğəmbərə (s) xəbər veriblər».
     4) Müfəzzəl İmam Sadiq (ə)-ın belə buyurduğunu deyir: «Həzrət İmam Məhdi (ə) ilə birlikdə əlli qadın olacaqdır. Həzrət Rəsuləllah (s) dövründə olduğu kimi, bu qadınlar da, yaralıları müalicə edib, onlara tibbi yardım göstərəcəklər».
     5) Həzrət Rəsuləllahın (s) zamanında, yaralılara tibbi yardım göstərməklə, döyüşlərin bir çoxunda yaxından iştirak etmiş qadınlardan biri də, Muəvvəz ibn Əfvanın qızı Rəbiyyə olmuşdur.
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 691 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]