«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 4:53 PM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:11 AM
 
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar 
(4)
İbrahim Xəlilin (ə) anası
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) «Buna» və yaxud «Nuna» adlı anasının da başına gəlmişdir. Nəmrudun gördüyü yuxuya əsasən (və ya kahinlərin verdiyi xəbərə görə) Nəmrud gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də Nəmrud, saysız-hesabsız oğlan uşaqlarının qətlinə əmr verərək bir çox evləri matəmə bürüyür. Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşağı öldürtdürüb. İbrahimin (ə) cəsur anası belə bir ağır və gərgin vəziyyətdə, şücaətlə özünü Nəmrudun casuslarından gizlətmiş və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda idi) şəhərdən çıxıb bir mağaraya sığınmışdı və İbrahim (ə) həmin mağarada dünyaya gəlmişdi. Bu yorulmaz ana, 13 il casusların gözündən uzaq, bəzən sübh çağları, bəzən də gecə yarısı mağaraya gedərək oğluyla görüşərdi. Belə anlarda qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət, on üç ildən sonra o, İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirə bilir.
 
Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 780 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]