- İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:47 AM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:16 AM
 
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar
 (9)
Həlimə Sədiyyə

Sevimli Peyğəmbərimiz (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Abdulla dünyasını dəyişmiş və onun iki, ya altı yaşı olmamış anası da vəfat etmişdi. Körpə hər qadının südünü qəbul etmədiyindən Əbdülmütəllib körpə Muhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarır və təsadüfən, Məkkəyə süd vermək üçün uşaq axtarmağa gələn, köçəri bir qadını görür. Əbdülmütəllib ondan kimliyini soruşduqda, qadın: «Adım Həlimədir, Bəni-Səd tayfasındanam» – cavab verir.
     Əbdülmütəllib: «Bəh-bəh! Səndə «səadət və helm» kimi dünya və axirətin iki gözəl xisləti vardır».
     Əbdülmütəllib Həliməni uşağın yanına aparır və körpə Muhəmməd (s) onun südünü götürür. Bundan sonra Həlimə Muhəmmədi (s) özüylə yaşadığı yerə aparıb onun süd anası olur.
     Maldarlıqla məşğul olan köçəri bir qadının – ismət, həya və fəzilət kimi – müsbət əxlaqi xüsusiyyətlərə malik olması nəticəsində necə dəyər tapdığının şahidi oluruq.
     Məhz bu xüsusiyyətlərinə görə Əbdulmütəllib onu bəyənmiş və gələcək Peyğəmbərimizin (s) süd analığı olaraq onu qəbul etmişdir.

Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 382 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]