«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 5:32 PM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:39 AM
 
İslam Peyğəmbərinin (s) anası Həzrət Aminə

Məkkə şəhərində Əbdul-Mənafın ailəsində yaşayış tərzi orta səviyyədə olan evdə, pak bir qız yaşayırdı. Onun paklığı və nuraniliyi hələ uşaqlıq və cavanlıq dövründən məsum çöhrəsindən hiss olunurdu. Heç kəs bilmirdi ki, o yaradılış aləminin ən böyük şəxsiyyətinin, yəni Muhəmmədin (s) anası olmağa layiq görüləcək.
     Əbdullah – əziz Peyğəmbərin (s) atası – Əbdul Mutəllibin övladlarından biri idi. O, mehriban üzlü, gözəl əxlaqlı misilsiz bir gənc idi. Xüsusilə nübuvvət nuru onun sülbündə yerləşdirildiyi vaxtdan alnında qeyri-adi parlaqlıq olardı. O dövrdə şərafətli ailələrin qızları Əbdullahın həyat yoldaşı olmağı özləri üçün iftixar bilirdilər. Amma pak, elmli və təcrübəli olan Əbdul-Mutəllib onların arasında təmiz və ağıllı Vəhəb ibni Əbdul-Mənafın Aminə adlı qızını Əbdullah üçün gözaltı etmişdi.
     Vəhəb və həyat yoldaşı orta səviyyədə yaşayan və cəmiyyətdə tanınmış olmayan şəxslər idilər və belə bir iftixarın onlara nəsib olacağını güman belə etmirdilər. Amma Əbdul-Mutəllib Vəhəbin evinə getdi və onun qızı olan Aminəni öz oğlu Əbdullah üçün istədi. Onlar bunu böyük iftixarla qəbul etdilər. (Bu hadisədən sonra bəziləri Aminəyə həsəd apardılar. Hətta bir neçə qadın Aminəni öldürmək istədilər.)
     Sonra Aminə Əbdul-Mutəllibin evinə gəlin köçdü. Bu pak və şücaətli ata-anadan dünyanın ən üstün insanı – Muhəmməd (s) dünyaya gəldi. Bəli, Aminə elə bir qadın idi ki, Həzrət Muhəmmədin (s) anası olmağa layiq görülmüşdü.
     Əziz peyğəmbərin anası Həzrət Aminənin həyatdan nə vaxt getməsi haqqında fikirlər müxtəlifdir. Amma ən çox qəbul edilən fikir budur ki, Peyğəmbərin (s) 6 yaşı olanda ana itkisi ilə üzləşdi. Həmin zaman Aminə öz qohumlarını görmək üçün Məkkədən Mədinəyə getmişdi. Peyğəmbər (s) də həmin səfərdə anasının yanında idi və onunla birlikdə bir ay Mədinədə qaldı. Onlar orada atası Əbdullahın qəbri üstünə gedib onu yad etdilər. Ancaq qayıdan zaman əziz anası xəstələndi və Əbva kəndində (Məkkə və Mədinə arasında olan yer) dünyasını dəyişdi. Aminənin müqəddəs qəbri də həmin yerdədir.
    

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 890 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]