«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 2:03 PM
Main » Articles » Sual-cavab

Sual-cavab
Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?

İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur

 «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir.

Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar» .

Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm» .

Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.
Category: Sual-cavab | Added by: IslamQadini (2012-07-14)
Views: 2630 | Comments: 13 | Rating: 2.7/7
Total comments: 13
0  
13 Vivi_m   (2014-09-01 0:26 AM) [Daxil ol]
Salam Aleykum Zilhicce ayi ne vaxt bawliyacx ilk 10nu bilmk istyrem

0  
12 Pelin   (2014-08-26 7:07 AM) [Daxil ol]
Xaiw edirem sualima cvb yazardiz

0  
11 Pelin   (2014-08-26 6:15 AM) [Daxil ol]
Salam menim niwanlim namaz qilmax istiyir oda mende wiyeyik amma o hec vax wiye namazi qilmayib uzax olkede olduguna gorede wiye namazini oryene bilmir sizce bir wiyenin sunnu namazi qilmagi ne derecede duzgundu xaiw cvb yazardiz evvelceden tewekkur smile

0  
10 __GUNAY__   (2014-08-23 10:04 PM) [Daxil ol]
qesey,celbedici,sakidlesdirici bir xususi ozelliyi var bu saytin,bele movzular da hemcinin

0  
9 Seyran   (2014-07-12 3:40 PM) [Daxil ol]
salamlar hamiya allahin salimi ustuzde olsun

0  
8 Gulay   (2014-05-03 11:35 AM) [Daxil ol]
salam

0  
7 suna   (2014-04-11 10:16 PM) [Daxil ol]
salam aleykum allah sizden razi olsun

0  
6 IslamQadini   (2012-07-24 2:29 PM) [Daxil ol]
Sehri Aleykum salam. Bəli, Azan vaxtları İyul ayınındır və bu da təqvimə əsasən yazılıb. Namaz vaxtları Bakı üzrədir. Bölğələrdə isə fərq aşağıdakı kimidir:
Ağdam+12, Ağdaş+10, Gəncə+14, Qazax+18, Quba+6, Lənkəran+3, Naxçıvan+17, Sabirabad+5, Şabran+3, Şamaxı+5, Zakatala+14, Şəki+11.
Allah qəbul eləsin.

0  
5 Sehri   (2012-07-24 1:34 AM) [Daxil ol]
Salam aleykum...men burda yeniyem ve bilmek isterdimki bu ay ucun yazilan azan vaxtlari duzdu?evvelceden tewekkurler.Allah haminizdan razi olsun

0  
4 IslamQadini   (2012-07-21 10:37 PM) [Daxil ol]
sehla Aleykum salam. Əgər qız üçün şər᾽ən və ürfən özünə uyğun bir oğlan tapılar, onunla ailə qurmaq istədiyi bir vəziyyətdə valideynləri mane olar və ya bu işi çətinləşdirərlərsə, belə olan surətdə onların icazəsi lazım deyildir. Bir qızı özünə uyğun bilən oğlan və ya bir oğlanı özünə uyğun bilən qız, valideynlərinin razılığı olmadan İslamın icazəsi, Haqqın razılığı ilə ailə qura bilərlər.

0  
3 sehla   (2012-07-21 10:58 AM) [Daxil ol]
salam, men nisanlimla kebin kesdirmek isteyirem, lakin onun anasi dini meselelere biganedir, raziliq almaq fikrimce mumkun olmaz, yalniz bizim ailenin raziligi ile kebin kesdirmek mumkundur? evvelceden tesekkurler

0  
2 IslamQadini   (2012-07-19 5:13 PM) [Daxil ol]
Blonde29 Salam aleykum. islamqadini@box.az ünvanına yaza bilərsiniz.

0  
1 Blonde29   (2012-07-19 11:53 AM) [Daxil ol]
Menim bir sualim var amma burada yazmaq istemirem olar ki sehifenin admini ile danishim uygun bir yerde? Sehifeye yeni daxil olmusham qaydalari bilmirem amma meni maraxlandiran chox vacib bir sual var o haqda danishmaq isteyirem zehmet olmasa hara yazim mene deyerdiz? sad

Only registered users can add comments.
[ Registration | Login ]