«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 2:44 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Həcc

Həcc
Mizanul-hikmət 
88. Həcc
442. Həcc
Quran: 
      «Allah-Taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir». (Ali-İmran surəsi, ayə97)
     Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər». (Həcc surəsi, ayə 27)
     Hədis: 
     1377. İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək». (Nəhcül-bəlağə, məktub 27)
     1378. İmam Əli (ə): «Həcc hər bir zəifin cihadıdır». (əl-Xisal, səh.620, hədis 10)
     1379. İmam Əli (ə): «Həcc yolunda xərclənən bir dirhəm (onun savabı) min dirhəmə bərabərdir». (əl-Xisal, səh.628, hədis 10)
     1380. İmam Əli (ə): «Həcc və ümrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər». (əl-Xisal, səh.635, hədis 10)
     443. Həccin fəlsəfəsi 
     1381. İmam Əli (ə): «Allah-Taala insanların qibləsi olan öz evinin ziyarətini sizə vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil olar və (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz tutarlar. Allah-Taala o evi xalq üçün Öz əzəməti qarşısında itaət, Öz qüdrətinə və izzətinin e‘tirafının nişanəsi etmişdir». (Nəhcül-bəlağə, xütbə 1)
     1382. İmam Səccad (ə): «Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz artsın, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz».(Səvabul-əmal, səh.70, hədis 10)
     1383. İmam Baqır (ə): «Həcc qəlblərə rahatlıq bəxş edər». (Əmali, Tusi, səh.296)
     1384. İmam Sadiq (ə): «Allah-Taala bu evin vasitəsilə öz yaratdıqlarını ibadətə vadar etmişdir ki, orada olmaları ilə onların itaətini sınağa çəksin. Buna gürə, onları öz hərəminin ehtiramını saxlamağa və onu ziyarət etməyə həvəsləndirmiş, oranı peyğəmbərlər məkanı, namaz qılanların qibləsi etmişdir. Bu ev, Allahın Cənnət və razılığın bir budağı, sonu bağışlanmaq olan, kamal təməli üzərində qurulan və əzəmətin mərkəzi olan bir yoldur». (Əmali, Şeyx Səduq, səh.493, hədis 4, ət-Tohid, səh.253, hədis 4)
     1385. İmam Sadiq (ə): «Allah yanında can atılan yer qədər əziz bir məkan yoxdur. Çünki, orada hər bir təkəbbürlü və itaətdən boyun qaçıran xar və zəlil olar». (Biharul-ənvar, c.9, səh.45, hədis 34)
     1386. İmam Rza (ə): «Həcc nəyə görə əmr olunmuşdur?» soruşulduqda cavabında deyilməlidir: «Bunun səbəbi Allaha yaxınlaşmaq və ondan (nemətlərin) artımını istəmək, eləcə də, dini məsələlərdən agah olmaq və İmamların (ə.s.) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır». (Uyuni əxbari Rza (ə), c.2, səh.119, hədis 1)
     444. Həcc yoxsulluğu aradan götürər
     1387. Allahın Peyğəmbəri (s): «Həcc yoxsulluğu aradan götürər». (Tuhəful-uqul, səh.7)
     1388. İmam Sadiq (ə): «Hər kim üç dəfə Həcci yerinə yetirərsə heç vaxt yoxsulluğun üzünü görməz». (əl-Xisal, səh.117, hədis 101)
     1389. İmam Sadiq (ə): «Bu evin davamlı ziyarəti qədər tez var-dövlət gətirən və yoxsulluğu aradan götürən, ikinci bir şey görmədim». (Əmali, Tusi, səh.694, hədis 1478)
     1390. İmam Sadiq (ə): «Mən, hər il özümü Həccə getməyə və ya ailəmdən bir nəfəri öz xərcimlə Həccə göndərməyə hazırlamışam» deyə müraciət edən İshaq ibn Əmmara- «Bu qərarında ciddisən?» deyə soruşdu. İshaq ərz edir: «Bəli». İmam buyurur: «Bu işi görsən, var-dövlətinin artacağına əmin ol və sənə imkanlı olmağın mücdəsini verirəm».(Səvabul-əmal, səh.70, hədis 4)
     445. Həcci tamamlayan və kamilləşdirən şey
     Quran: 
     «Həcci və ümrəni Allah üçün kamil yerinə yetirin». (Bəqərə surəsi, ayə 196)
     Hədis: 
     1391. İmam Əli (ə): «Allahın evinin ziyarətinə getsəniz, Allahın Peyğəmbərini (s) ziyarət etməklə həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) ziyarətini tərk etmək, ona zülm etmək deməkdir. Sizə bu iş əmr olunmuşdur və öz həccinizi ziyarəti, haqqı Allah tərəfindən sizə lazım buyurulmuş qəbirləri ziyarət etməklə Həccinizi kamala çatdırın və bu qəbirlərin yanında Allahdan ruzi diləyin». (əl-Xisal, səh.616, hədis 10)
     1392. İmam Baqir (ə): «Həcc, imam ilə görüşməklə kamala yetər». (Uyuni əxbari-Rza (ə) c.2, səh.262, hədis 29)
     1393. İmam Baqir (ə): «Xalqa, gəlib bu qəbrlərin ətrafına dolanmağa, sonra yanımıza gəlib bizə olan məhəbbət və vilayətlərini, bizə havadar olduqlarını bildirməyə əmr olunmuşdur». (Uyuni əxbari Rza (ə), səh.262, hədis 30)
     446. Həcci tərk etməyin aqibəti
     1394. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək müxtəlif bəhanələrlə Həccdən boyun qaçırarsa, Qiyamət günü Allah-Taala onu yəhudi ya xristian kimi dirildər». (Biharul-ənvar, c.7, səh.58, hədis 3)
     1395. İmam Əli (ə): «Dünyəvi çətinliyə, ehtiyaca görə həcci tərk edənin ehtiyacı və çətinliyi hacıları görənədək (yəni hacılar Həccdən qayıdana qədər) aradan getməz».(Səvabul-əmal, səh.281, hədis 1) 
     447. Həccə son qoymaq
     Quran: 
     «Allah-Taala Kəbəni, Beytul-Haramı (hörmətli evi) insanlar üçün (mənəvi və maddi) dayaq və pənah yeri etdi». (Maidə surəsi, ayə 97)
     1396. İmam Sadiq (ə)- Əbdürrəhman adlı bir nəfər «Bəzi adamlar deyirlər ki, əgər bir dəfə Həccə gedən şəxs (təkrar olaraq Həccə getməyin əvəzinə) sədəqə versə, ya qohumlarına baş çəkib, kömək etsə bu daha yaxşı iş görmüş olar». deyə ərz etdikdə - «Yalan deyirlər. Əgər xalq bu cür etsə, Allahın evi boş qalar. Həqiqətən Allah-Taala bu evi insanların işlərinin (mənəvi və maddi) dayağı və pənahı etmişdir».- deyə buyurmuşdur».(İləluş-şəraye, səh.452, hədis 1)
     448. Həqiqi Hacı azdır
     1397. Əbdürrəhman ibn Kəsir: «İmam Sadiqlə (ə) Həccə getmişdik. Yoldan keçəndə, o Həzrət (ə) bir dağa qalxıb yüksəklikdən camaata baxdı və buyurdu: «Nə çox hay-küy, nə az hacı var!» (Biharul-ənvar, c.27, səh.181, hədis 30)
     449. Həccin qaydası
     Quran:
     «Həccin müəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, günah və münaqişə etmək olmaz». (Bəqərə surəsi, ayə 197)
     Hədis:
     1398. İmam Baqir (ə): «Bu evi ziyarət edən kəsdə üç xislət olmasa ziyarətin heç bir dəyəri yoxdur: Günahlardan çəkindirən Allah xofu, qəzəbini cilovlayan helmi (təmkinliyi), yol və söhbət yoldaşı ilə mehriban rəftarı». (əl-Xisal, səh.148, hədis 180)
     450. Ehram bağlamaq qaydası
     1399. Allahın Peyğəmbəri (s): «Haram pulla Həccə gedən şəxs «Ləbbeyk Allahummə ləbbeyk» deyəndə Allah-Taala ona buyurar «la ləbbeykə və la səədeykə» (Həccin özünə qalsın.) (əd-Durul-Mənsur, c.2, səh.63)
     1400. İmam Sadiq (ə): «Həcc iki növdür: Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah-Taala Cənnəti mükafat verər, camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə olar». (Səvabul-əmal, səh.74, hədis 16)
     1401. Malik ibn Ənəs: «Bir il İmam Sadiqlə (ə) Həccə getmişdik. O Həzrətin (ə) atı ehram bağlanan yerdə dayananda, Həzrət (ə) hər nə qədər «ləbbeyk» deməyə çalışsa da, sanki səsi boğazında qurumuşdu və az qalırdı atından yerə yıxılsın. Ərz etdim: «Ey Allahın Peyğəmbərinin (s) oğlu «ləbbeyk» de. Gərək deyəsən». Buyurdu: «Ey Əbu Amirin oğlu! Allahın cavabımda «lə ləbbeykə və la səədeykə» deyəcəyindən qorxduğum halda necə cürət edib, «ləbbeyk Allahummə ləbbeyk deyim?» (əl-Xisal, səh.167, hədis 219, İləluş-şərayə, səh.235, hədis 4)
     1402. İmam Rza (ə): «Xalqa ehram bağlamaq Allahın hərəminə və əmin-amanlıq sahəsinə daxil olmamışdan qabaq qəlblərində xuşu (mütilik) halının yaranması, qəlbin dünya işlərindən, onun zinətlərindən və ləzzətlərindən təmizlənməsindən ötrü əmr olunmuşdur. Bu halda onlar ciddi və çalışqan, məqsədləri Allaha qovuşmaq olmalı və bütün vücudları ilə Ona üz tutmalıdırlar». (Vəsailuş-şiə, c.9, səh.3, hədis 54)
     451. Həcc yolunda ölən şəxsin savabı
     1403. İmam Sadiq (ə): «Kimsə Məkkə yolunda və ya qayıdarkən vəfat edərsə, Qiyamət günü «böyük qorxudan» amanda olacaq». (əl-Kafi, c.4, səh.263, hədis 4)
     1404. İmam Sadiq (ə): «Ehram halında ölən şəxsi Allah-Taala «ləbbeyk» deyən halda dirildər». (Biharul-ənvar, c.7, səh.302, hədis 56)
     452. Qeybə çəkilmiş İmamın (ə.f.) Həcc mərasimində olması
     1405. İmam Sadiq (ə): «Xalq öz İmamını (ə.f.) itirər. O Həzrət (ə.f.) isə Həcc mərasimində olar və xalqı görər, lakin onlar o Həzrəti (ə.f.) görməzlər». (Kəmalud-Din, səh.364, hədis 33)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Həcc | Added by: IslamQadini (2011-05-24)
Views: 1099 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 2
0  
2 IslamQadini   (2014-04-20 7:46 AM) [Daxil ol]
Aleykum salam. Beli, verilir.

0  
1 Tebriz   (2014-03-26 6:32 PM) [Daxil ol]
salam hedislrden goturmeye halallig verilir?

Only registered users can add comments.
[ Registration | Login ]