Nurlu kelamlar - BAĞIŞLANMAQ İSTƏYİ - Nurlu kelamlar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-10, 0:15 AM
Main » Articles » Nurlu kelamlar » BAĞIŞLANMAQ İSTƏYİ

Nurlu kelamlar
 
 
BAĞIŞLANMAQ İSTƏYİ
435–Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu:  Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin.
Biharul-ənvar /6/22.

***
436–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm.
Biharul-ənvar /94/242.

***
437–İmam Baqir əleyhissalam buyurur:  Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu:  O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər.
Xisal /317.

***

438–İmam Sadiq əleyhissalam buyurur:  Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .
Məkarimul-əxlaq /313.

Category: BAĞIŞLANMAQ İSTƏYİ | Added by: IslamQadini (2009-09-19)
Views: 639 | Rating: 3.5/4
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]