«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 6:37 PM
Main » Articles » Ehli-Beyt (e) » Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti

Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti
 
Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti
İmam Əli (ə) dan nəql olunub:

“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Ya aşkardır və ictimaiyyət onu tanıyırlar, ya cəmiyyətin gözündən gizlidir. İlahi Höccətlər Tanrının ayələrinin haqq yolunda davam tapması üçün yer əhlinin idarəçiliyinin nigaranıdır. Ta onların zəhmətlərinin nəticəsi hədər getməsin.
İmam Sadiq (ə) Əli (ə) dan Kufə minbərində oxuduğu xütbəni belə nəql edir:

Ey Pərvərdigar sən özün şahidsən ki, yer əhlinin sənin tərəfindən onları hidayət edəcək Höccəti var. Bu Höccət zahirdə onlara tanlşdır. Amma ondan itaət etmirlər. Yaxut Camaatın gözündən gizlindir. Cəmiyyət zühurun intizarındadır. İctimaiyyət sülh və əmn-amanlıqda olanda əgər Höccət onların nəzərindən ğayib olsa, onun bilik və rəftarı möminlərin ürəklərinə çatar. Onlar da ona əməl edərlər.
İmam Həsən Əsgəri (ə) atalarından nəql olunan,

“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil, Hər kəs ölə və zamanının İmamını tanımaya, cahiliyyət ölümü kimi ölmüşdür”
 hədisin barəsində buyurdu:

Bu məsələ haqdır, necə ki cəhənnəmin od və alovu haqdır. Sonra O həzrətdən soruşdular: Ey Peyğəmbər oğlu! Sizdən sonrakı İmam kimdir? Buyurdu:

“Övladım MƏHƏMMƏD, O məndən sonrakı İmam və höccətdir. Hər şəxs ölsə və onu tanımasa cahiliyyət ölüsü kimidir”.
İmam Sadiq (ə) Əli (ə) dan nəql edir ki buyurdu:

“Bilin yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Amma zülmlərin və camaatın nadanlığının vasıtəsi ilə Allah Onu camaatın müşahidəsindən gizli saxlayır. Əgər yer bir an belə Allahın höccətindən boş olsa qurluşun itirib, öz əhlini məhv edəcək. Amma Allahın Höccəti camaatı tanıyır. Lakin camaat onu tanımırlar. Necə ki Həzrəti Yusif qardaşlarını tanıyırdı və onlar Onu tanımırdılar.
İmam Sadiqin sayəsində

İmam Sadiq (ə) buyurur:

Hər şəxs bizi ziyarət etməyə qüdrəti yoxsa bizim saleh dostlarımızı ziyarət etsin ki bizim ziyarətin savabı onun üçün yazılsın.

Şeytan öz ordusuna dedi: Adəm övladında üç şeyi əməlini çox saydığını, günahını unutduğunu və xodpəsənd oduğunu gördükdə qorxunuz olmasın nə edir. Çünki heç bir əməli qəbul olunmaz.

Atalarınızla xoşrəftar olun, tainki övladlarınız sizinlə xoş rəftarlıq etsinlər. Digərlərinin qadınlarına nisbət iffətli olun, tainki sizin qadınlarınıza qarşı iffətli olsunlar.
Varlqın dürdanəsini tanımaq üçün bəhanə

İslasm Peyğəmbərinin həyatənə üç mərhələdə araşdırmaq olar:

İlkin mərhələ: Uşaqlıq dövranı.

Mötəbər tarixlərin şərhinə görə Peyğəmbərin uşaqlıq dövranında Ondan bir sıra əlamətlər görsənirdi ki Onun böyük və parlaq gələcəyindən xəbər verirdi.

Səkkiz yaşına qədər Peyğəmbərin kəfilliyini babası Əbu talib öhdəsinə götürmüşdü. Ondan sonra Əbdülmütəllibin vəsiyyəti ilə əmisi Əbutalib öz öhdəsinə götürdü. Əbutalib vəfat edənə qədər Onun himayətindən və xidmətindən əl götürmədi.

İkinci qismət: Uşaqlıqdan besətədək.

Bu zamanda O həzrət yüksək əxlaqa, iffətli, təvazökar, səxavətli, əmanətçi, sədaqətli və məşhur bir şəxs kimi həmçinin Əmin Məhəmməd kimi tanınmışdı.

Ərəblərin böyük qəbilələrinin Həcərül-Əsvəd daşını qoymaq üçün yaranmış ixtilaflarında kı, böyük bir dıyüş gözlənilirdi, Hamı yekdilliklə O həzrəti davər və hakim olmasına razılıq verdilər. Nəticədə ixtilaf da həll oldu.

Bu mərhələdə O həzrət qonaqlıq verərdi. Yetimləri saxlayardı. Kasıblara kömək edərdi. Məzlumlara əlindən gələni əsirgəməzdi. 25 yaşında məşhur və varlı olan 40 yaşlı Xədicə ilə evləndi. Xədicə özünün çoxlu sərvət və imkanlarını sədaqətli şəkildə onun ixtiyarında qoydu. O həzrətdə cəmiyyətin daha yaxşı yaşaması üçün kasıblara infaq edirdi. O qədər dövlət və sərvətlə ürəyi xoşkeçirməyə və əyləncəyə meyillənmədi.

Üçüncü mərhələdə: Besətdən Mədinəyə hicrətədək.

Bu dövranda Uca Allah tərəfindən bəşəriyyətə tərəf Peyğəmbərliyə seçildi. Ən böyük və ən məsuliyyətli vəzifəni öhdəsinə götürdü. “Deyin: La İlahə illəllah nicat tapın” nidası ilə İlahi dəvəti başladı. Bütlərin, Şirkin, batil adətlərin, müxtəlif növlü inancların, istismarın və zalımların batil olacağını elan etdi.

Peyğəmbər əziyyətlərin və məsxərəyə qoyulmaqların içərisində dəvətə başladı. Əli ibn Əbutalibdən və həyat yoldaşı Xədicədən başqa hüç bir ümməti yox idi.

Amma Peyğəmbər təkidlə, ardıcıllıqla və cəsarətlə öz dəvətini davam edirdi. Əli və Xədicə Ona kömək edirdilər. Əli evdən xaricdə və Xədicə evdaxili təbliğata başladılar.
Məhəmməd (s) Hikməti

Peyğənbər (s) buyurur:

Yaxşılığı ürəyin nuru, simanın gözəlliyi və işin gücü tapdım. Günahı ürəyin qaralığı, işin süstlüyü və sifətin çirkinliyi tapdım.

Peyğənbər (s) buyurur:

Ey Məsud oğlu! Allaha məğrur olma, və öz ibadət, yaxşılıq, əməl və elminə aldanma.
Müqəddəs bağlılıq

İnsan təkcə yazıq və fağır mövcuddur ki, özünün kamal və inkşaf yollarından biri təklikdən çıxıb cütlüyə qoşulmaqdır. Müştərək yaşayış Tanrının bəndələrinə verdiyi nemətdir. Paklıqvə sağlamlıq yolu bu növ yaşayış tərzində xaliqin bəxş etdiyi böyük hədiyyədir.

Dini təlimlərdən, və mərifət qabliyyətindən və 14 dürdanədən nümunə götürərək bu müqəddəs bağlılığı həmişəlik edə bilərik. Ümumiyyətlə ailə qurmaq insan həyatının vicdanlı və düzgün qanunlarındandır. Tanrı öz bəndələrinə buyurur:

Aranızda olan subay kişiləri və ərsiz qadınları əməlisaleh kölə və cariyələrlə evləndirin. Əgər onlar yoxsuldularsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah mərhəmətli və biləndir. [1]

ازدواج در آيات و روايات
Ayə və hədislərdə evlənmək

Sizin üçün onlarlaünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. [2]

قال رسول الله (ص): «اتخذوا الاهل فإنه ارزق لکم».

Peyğənbər (s) buyurur:

Ailə qurun cünki bu sizin ruzinizi çoxaldar.

قال الصادق (ع) : «من ترک التزويج مخافة الفقر أساء الظن بالله عزوجل إن شاءالله عزوجل يقول ان يکونوا فقراء يغنيهم الله من فضله».

İmam Sadiq (ə) buyurur:

Hər şəxs evlənməyi kasıblıqdan qorxaraq tərk etsə, sanki Allaha suizənn edib. Çünki Allah buyurur: Əgər kasıb olsanız Allah öz fəzlindən və kərəmindən varlı və ehtiyacsız edər.
Xədicəsevər Peyğəmbər

Günlərin birində Peyğəmbər həyat yoldaşlarının yanında Xədicədən yad edərək ağladı. Ayişə dedi: Niyə Bəni əsəd qadınlarının qocalarından olan, qırmızı üzlü və dul qadının arxasınca ağlıyırsız?

Peyğəmbər buyurdu: Sizlər məni inkar edəndə, O məni təsdiqləyirdi. İctimaiyyət kafir olanda Mənə iman gətidi. Mənə övlad verdi, amma siz qısırsız.
Peyğəmbər Əbdül Mütəllibin dilindən

Əbdül Mütəllibin deyirdi:

Ey Əbu talibhəqiqətə bu oğlanın böyük məqamı olacaq. Onu saxla. O təkdir onun üçün mehriban ana kimi ol, ta ona zərər dəyməsin.

Əbdül Mütəllibi öz oğullarına: Mən bu uşaqdan daha pak və gözəl iyli görməmişəm.

Əbdül Mütəllibi camaata müraciət edərək deyirdi:

Mən o günü görürəm ki O sizlərə ağalıq edəcək.
Övladımı buraxın

Adət belə idi ki, Əbdülmütəllib üçün kəbənin kənarında məxsus bi xalça açardılar. Digərləri isə onun ətrafında oturardılar. Onun ehtiram və hörmətini saxlayardılar.

Bəzi vaxtlar Peyğəmbər (ə) (o zamanda kiçik bir oğlan uşağı idi) həmin xalının üstünə gedər və oturardı. Əmiləri onu xalının üstündən uzaqlaşdırmaq üçün tutardılar. Əbdülmütəllib belə mənzərənə şahidi olduqda onlara deyirdi:

Övladımı buraxın. Çünki Onun böyük bir məqanı var. Həmin vaxt Onu öz yanında xalçanın üstündə oturdar və nəvaziş edərdi. Onun rəftar və davranışından şadlanardı.
Vida vaxtı

Əbdül Mütəllibin vəfatı çatanda övladı Əbu talibi çağırdı. O atasının yanına ağlaya-ağlaya gəldi. Bir haldaki Məhəmməd onun sinəsinin üstündə idi. Əbdül Mütəllib oğlunun gəlişindən xəbərdar olduqda dedi:

Ey Əbu talib tək və yalnız olan və ata iyini iyləməyən və ana məhəbbətini dadmayan Məhəmmədi saxla. Onu öz cigərin kimi əziz qoru.

Ey Əbu talib bil ki mən onun halına hamıdan çox xəbərdaram. Əgər ondan itaət etsən və öz mal, can və dilinlə ona kömək etsən Allaha and olsun O sizə ağalıq edəcək.
 
 
-----------------------------------------------------------------------------------------------------


[1] - Nur, 32

[2] - Rum, 21

Category: Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti | Added by: IslamQadini (2009-10-02)
Views: 1384 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]