Dualar - NÜDBƏ DUASI - Dualar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:20 PM
Main » Articles » Dualar » NÜDBƏ DUASI

Dualar
 
NÜDBƏ DUASI

Bu duanı Fitir,Qurban və Qədir-Xum bayramlarında, həmçinin cümə günləri oxumaq müstəhəbbidir


Bismillahir–rəhmanir–rəhim

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun övladlarına olsun. Ilahi,Sənin övliyaların barədə cərəyan edən hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan əbədi ne”mətlər bəxşiş etmisən ki, o ne”mətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb etdin .Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bə”zilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır. Bə”zilərini isə (Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə”zilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin Bə”ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin;
Bəzilərini isə (həzrəti Isa) atasız olaraq dünyaya gətirdin və ona aşkar mö”cüzələr əta edib Ruhul qüdüsla onu tə”yid etdin.
Bunların hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs deməsin ki, "Ey Rəbbimiz, əgər Sən bizə (Ilahi əzabdan) qorxudan bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi, onların əfzəli, e”timad etdiyin bəndələrin ən kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin, Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö”minlərdən qorxması ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan mələklərinlə əhatə etdin ona və”də verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. və oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki, "Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli olub aləmlər üçün hidayətdir, onda aydın nişanələr–Ibrahim(əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda olar” ("Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə) barəsində buyurdun:"Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar versin” (Əhzab-53)
Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, "(Ya Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm”
Həmçinin buyurdun ki, "Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir” və buyurdun ki: "bu iş müqabilində sizdən bir haq, muzd istəmirəm”
Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin razılığna doğru bir məsləkdirlər.
Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad) öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) Ilahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu: "Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. Ilahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!, sSonra buyuru: "Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və buyuru: "Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: "Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: "Mən elmin şəhəri, Əli isə o şəhərin və darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından gəlsin”, sonra buyurdu "Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü "Kövsər” hovuzu kənarında canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən” Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra mö”minlər(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam) peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün hidayət məş”əli, korluq üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu.
Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir kəs ondan (Həzrəti Əlidən)qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu.
Qur”an tə”vili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi.
Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (Ibni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəm(s)-in fərmanları yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı.Onun haqqına riayət edən az qrup insanlardan savayı bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki, Onun və”dləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət sahibi)
 Həzrəti Mühəmmədin (s) pak və mə”sum Əhlibeytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər.
Hardadır Həsən? Hardadır Hüseynin oğlanları? Salehdən sonrakı Saleh, Sadiqdən sonrakı Sadiq hardadır? Düz yoldan sonrakı yol hardadır?
Yaxşı insanlardan sonrakı yaxşı insanlar hardadır?
Nur saçan günəşlər hardadır?
  Nur verən aylar hardadır?Haradadır parlağ ulduzlar? Hardadır dinin nişanələri, elin sutunları? Hardadır Allahın yer üzündə saxladığı bəqiyyətullah, elə bir şəxs ki, Peyğəmbərin pak Əhlibeytindən kənarda deyil.
Hardadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Hardadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Hardadır zülm və düşmənliyi məhv etmək üçün ümid olunan şəxs? Hardadır fərizə və sünnətləri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Hardadır din və şəriətin əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Hardadır Allahın kitabı və Onun həd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Hardadır din və din əhlinin nişanələrini dirildən şəxs? Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Hardadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Hardadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Hardadır həvayi-nəfsə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Hardadır təkəbbürləri, inadkarları məhv edən? Hardadır inad edib və zəlalətə salanların, küfr əhlinin kökünü kəsən? Hardadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Hardadır təqva kəlmələrini cəm edən? Hardadır ne”mətlərin əta olunduğu Allah qapısı? Hardadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi? Hardadır yerlə səma arasındakı əlaqə (ittisal) səbəbi? Hardadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Hardadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Hardadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira desə məğlub olar? Hardadır o müztər kəs ki, dua etdiyi halda qəbul olunar? Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Hardadır Müstəfa peyğəmbərin Əliyyi-Mürtəzanın, alnı açıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda olaq, sənə gələn bəlalara sipər, qoruq olaq. Ey (Allah dərgahına) müqərrəb olan sərvərlərin övladı! Ey (Allah yanında) kərim əziz olan nəciblərin övladı! (Allah tərəfindən) hidayət olunan yol göstərən rəhbərlərin oğlu, nəfislrini saflşdırmış (mühəzzəb) xeyirxah insanların övladı? Hardadır ən nəcabətli, səxavətli (kərim)lərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu!Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu!, Ey nur saçan göy cisimlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar ələmlərin oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnələrin oğlu! Ey rəvayət olunmuş nişanərplərin (ələmlərin) oğlu! Ey mövcud mö”cüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu!Ey sirati-müstəqimin (düzgün yolun) oğlu! Ey nəbəil-əzim (böyük xəbər)in oğlu! Ey uca və hikmətli Allah yanında olan Ümmül-kitabdakı şəxsin oğlu! Ey ayə və bəyyində(dəlil)lərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış ne”mətlərinin oğlu! Ey Taha və Möhkəmat ayələrinni oğlu! Ey Yasin və Zariyyatın oğlu! Ey Tur və Adiyatın oğlu! Ey (me”racda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, Əliyy (uca məqamlı) və Əla (ən uca məqamlı) şəxsin tərəfindən idi Kaş biləydim ki, sənin iqamətgahın hardadır? Yaxud hansı torpaqda və ya yerdəsən ki, ora səni üstünə götürmüşdür. Aya qumluq Rəzva dağındamısan? Yoxsa ayrı yerdə? Yaxud Zi-tuvada məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və mö”minələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər. Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm izzətlidir.!Canım sənə fəda olsun, ey o kəs ki, böyük alicənablığa malikdir!Əsla sözlə onunla qarşılaşmaq olmaz. Canım fəda olsun sənə, ey o kəs ki, köhlənməyən ne”mətlər sahibidir ki, həç nə o ne”mətlərə çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsinn, mənə çox çətindir ki, mən səni (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr onlara yox, sənə baş versin. Aya bir köməkçi varmı, onunla ahu- naləmi ağlamağı ucaldam.? Bir ahu- nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ahu fəryadından qüvvə alam? Çöp düşən bir göz varmı ki, (qan ağlayam) o gözlərə mənim gözüm o çöpləri çıxartmaqda qan ağlamaqda kömək olsun? Ey Əhməd (s) in oğlu, görəsən sənə doğru bir yol varmı ki, səninlə görüşək? Görəsən bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin içməli axar çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin güvara suyundan içəcəyik? halbuki, sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq).? Nə vaxt sən bizi görəcək biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcəksən və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq-qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlülərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun. Ilahi!, Sən girifdarçılıqları, müsbətləri aradan qaldıransan və yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır və Sən dünya və axirətin Rəbbisən! Onda لالاimtəhan olunmuş,bəlalara mübtəla olmuş bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını göstər!,Ey qüvvəsi şiddətli olan və o həzrətin səbəbi ilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir!. Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf olduğu şəxs! Ilahi, biz Sənin və Sənin Peyğəmbərini yad edən vəliyy və dostunu arzulayan bəndələrik!. Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan mö”minlər üçün imam qərar verdin, belə isə, bizdən ona salam və təhiyyət göndər. Ey Rəbbim!,Onun səbəbi ilə bizə Öz kərimini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver!. Onu bizə təqdim etməklə Öz ne”mətlərini tamamla, ta ki bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən!.
Ilahi, Peyğəmbərə və onun Əhli-beytinə salavat göndər və salavat göndər Imam Zaman(ə)ın cəddi və Sənin Rəsulun Mühəmmədə–ən böyük ağamıza və onun (Imam Zamanın) atası (Peyğəmbərdən) kiçik olan ağamıza (Həzrəti Əliyə), nənəsi Siddiqeyi Kubraya–Fatimə binti Mühəmmədə və onun çox xeyirxah və doğruçu atalarından (sair mə”sum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salavat göndər; Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlar üçün göndər. və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər!
Ilahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz övliyalarını onun vasitəsiilə qalib, düşmənlərini ilə zəlil və bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (Imamlar və Pəyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxara!. Və bizi onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et,! Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et!. Onun itaətini etməkdən çətinlikdə bizə kömək et!. Onun bizdən razı olması ilə bizə minnət qoy!. Onun rəfət, rəhmətin, dua və xeyir bərəkətini bizə əta et, belə ki, biz onun səbəbinə sənin rəhmət və kamının (fövz) vüs`ətinə çataq!. Namazlarımızı onun xatirinə məqbul, dualarımızı onun xatirinə müstəcab olunmuş qərar ver! Ruzilərimizi onun xatirinə bol, firavan, qəm-qüssələrmizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver!.Öz kərim vəchinlə bizə doğru nəzər et!, Sənə doğru yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə, belə ki, O rəhmət səbəbi ilə Sənin yanından gələn kəraməti kamil surətdə əldə edək sonra da o rəhməti Öz ehsanınla bizdən başqa tərəfə çevirmə! Onun cəddini (s) hovuzunda (kövsər) bizi o həzrətin (Imam Zamanın) canları ilə çoxlu sirab edən, canımıza nuş olan, zəhmətsiz su verməklə sirab et! Elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey rəhm edənlərin ən rəhimlisi!.
Əlhəmdu lillahi Rəbbil aləmin
Category: NÜDBƏ DUASI | Added by: IslamQadini (2009-10-01)
Views: 1050 | Rating: 2.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]