Nurlu kelamlar - ELM VƏ ONUN DƏYƏRİ - Nurlu kelamlar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 1:16 AM
Main » Articles » Nurlu kelamlar » ELM VƏ ONUN DƏYƏRİ

Nurlu kelamlar

ELM VƏ ONUN DƏYƏRİ

88–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.

Biharul-ənvar /2/25.

***

89–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs mə`lumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar.

Biharul-ənvar /2/121.

***

90–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (Hər bir sənətkarın dəyəri bildiyi peşə, sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir).

Nəhcül-bəlağə

***

91–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.

Biharul-ənvar /2/36.

***

92–İmam Baqir əleyhissalam buyurur:  Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.

Biharul-ənvar /78/189.

***

93–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Elm öyrənmək üçün sə`y edənlər Allah yolunda cihad edən şəxs kimidir.

Biharul-ənvar /1/179.

***

94–İmam Sadiq əleyhissalam buyurur:  Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Biharul-ənvar /2/92.

***

95–İmam Sadiq əleyhissalam buyurur:  Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin.

Kafi /1/36.

***

96–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.

Kafi /1/35.

***

97–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Dünya və axirət xeyri elm ilə yanaşıdır.

Biharul-ənvar /1/204.

Category: ELM VƏ ONUN DƏYƏRİ | Added by: IslamQadini (2009-10-07)
Views: 778 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]