«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-16, 8:14 AM
Main » Articles » Nurlu kelamlar » FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ

Nurlu kelamlar
 
FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ
365–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər:  Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.
Biharul-ənvar /6/161.

***
366–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.
Biharul-ənvar /73/166.

***
367–İmam Kazim əleyhissalam buyurur:  Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər.
Biharul-ənvar /78/311.

***
368–İmam Sadiq əleyhissalam buyurur:  Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır.
Kafi /2/315.

***
369–İmam Hüseyn əleyhissalam buyurur:  (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır.
Biharul-ənvar /78/117.

***
370–İmam Həsən əleyhissalam buyurur:  Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur.
Səfinətül-bihar /2/84.

***

371–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.
Nəhcül-bəlağə /53.

Category: FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ | Added by: IslamQadini (2009-09-19)
Views: 1192 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]