«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 10:21 AM
Main » Articles » Gənclər üçün 100 dərs

12-Cİ DƏRS: KƏLAM ELMİNİN TƏRİFİ VƏ MÖVZUSU
12-Cİ DƏRS: KƏLAM ELMİNİN TƏRİFİ VƏ MÖVZUSU
Kəlam elmi dini əqidələr, yəni üsuli-din haqqında elmdir. Bəs nə üçün bu elm kəlam adlandırılmışdır? Alimlər bu suala müxtəlif cür cavab verirlər. Bəzilərinin fikrincə, bu elmin mövzuları Allah kəlamı ətrafında olduğundan elm də kəlam elmi adlandırılmışdır.
Kəlam elminə münasibətdə müxtəlif məzhəblər mövcuddur. Məsələn, şiə, mötəzilə, əşəri, murciə. Şiə məzhəbinə tabe olanlar diri müctehidə əməli məsələlərdə təqlid, müctehidlər isə mövcud biliklərlə kifayətlənməyib, axtarışda olmalıdırlar.
Mötəzilə əqidəsinin beş əsası vardır: 1. Tövhid; 2. Ədl; 3. Vəd və vəid (mükafat və cəza); 4. Günahkar nə mömindir, nə də kafir; 5. Yaxşıya dəvət və pisdən çəkindirmə şəriətə aid deyil, əql yolu ilə müəyyənləşdirilə bilər və bütün müsəlmanlara vacibdir.
Mötəzilə tərəfdarları bəni-üməyyə və bəni-əbbasilərlə yaxşı münasibətdə olmamışlar. Amma xəlifə Məmun özü elm, ədəb, fəlsəfə ilə maraqlandığından onları himayə etmiş, hətta özünü mötəzim adlandırmışdır. Amma xəlifə Mütəvəkkil mötəzililəri qılıncdan keçirmişdir.
Əşərilərə görə insan azad deyil, xeyir də, şər də Allahdandır. Allah qiyamət günü görünər, günahkar mömin ola bilər, insan tövbəsiz bağışlana bilər və sa.
İslam fəlsəfəsini şiələr qoruyub desək yanılmarıq. Etiqadda əqli dəlili haram hesab edən sünnət əhli başçılarından fərqli olaraq, həzrət Əlinin (ə) "Nəhcül-bəlağə” kitabı ciddi əqli dəlillərə əsaslanır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 1042 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]