20-Cİ DƏRS: FİQH ELMİ - Gənclər üçün 100 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:31 PM
Main » Articles » Gənclər üçün 100 dərs

20-Cİ DƏRS: FİQH ELMİ
20-Cİ DƏRS: FİQH ELMİ
Fiqh elminin tarixi bütün digər İslam elmlərindən qədimdir. Bu günkü dünyada hüquq adı altında birləşən müxtəlif sahələrə aid hüquqlar fiqh elmində İslam baxımından təsbit olunur. Amma fiqh elmində elə məsələlər var ki, dünya hüququnda təsbit olunmayıb. Məsələn, ibadət.
Əlbəttə ki, səhabələrdən olan alimlər fəqih adlandırılmırdı. Qeyd etdik ki, fiqh və fəqih kəlmələri Quran və sünnətdəki "təfəqqüh” kəlməsindəndir. Tarixi məlumatlara əsasən məsum imamlar öz tələblərini və bəzi səhabələri fəqih adlandırardılar.
Quran və sünnətdə fiqh geniş elm kimi tanıtdırılsa da tədricən yalnız əməli hökmlərə aid edilmişdir. Qeyd etmişdik ki, İslam təlimi üç hissədən ibarətdir. Bu üç hissənin sonuncusu əhkam və əməli məsələlər fiqh elmini təşkil edir.
Şiə fiqhinin tarixi on ikinci imamın (ə) kiçik qeybət dövrünə təsadüf edir. İmamların dövründə tanınmış şiə fəqihləri olsa da, onlar fitva verməkdən çəkinərdilər. Son imamın qeybətindən sonra isə vəziyyət dəyişdi.
Hicri üçüncü əsrdən başlayaraq fiqh elminin həyatında heç bir fasilə olmamışdır. Fiqhin ilkin mərkəzi Bağdad, sonra Nəcəf, sonra رجبل عامل daha sonra Hillə və Hələb olmuşdur. İran şəhərlərindən yalnız Qum şəhəri İslamın ilkin əsrlərində fiqh mərkəzi kimi tanınmışdır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 1094 | Rating: 3.7/3
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]