«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 1:08 AM
Main » Articles » Gənclər üçün 100 dərs

28-Cİ DƏRS: ƏDALƏT (ƏDL)
28-Cİ DƏRS: ƏDALƏT (ƏDL)
İslam dinində beş əsas etiqaddan biri ədl, yəni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.
İnsanı ədalətə çağıran Allah neçə ola bilər ki, kimsəyə zülm etsin. "Ər-rəhman” surəsinin 9-cu ayəsində buyurulur: "Tərəzini düz tutun və çəkini əskiltməyin”
Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsil mahiyyətini anlamadan bəzən insana zülm olunduğunu iddia edirlər. Əslində isə zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət dayanır. "Bəqərə” surəsinin 216-cı ayəsində Allah-təala buyurur: "Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyrlidir”. Başqa bir ayədə oxuyuruq: "Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz.” ("Ənbiya”, 47) Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.
Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir:
Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: "Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, bu əziyyət çəkməsin. "Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşiman olub, səhvini anlayır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 1068 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]