67-Cİ DƏRS: ATA-ANAYA "UF” DEMƏ! - Gənclər üçün 100 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:53 PM
Main » Articles » Gənclər üçün 100 dərs

67-Cİ DƏRS: ATA-ANAYA "UF” DEMƏ!
67-Cİ DƏRS: ATA-ANAYA "UF” DEMƏ!
Ata-ana övladın yaranış və tərbiyə vasitəsidir. İslam dinində valideyn itaət və ehtiram təkidlə tapşırılmışdır. "İsra” surəsinin 22-ci ayəsində Allah-təala buyurur: "Ata-ananıza yaxşılıq edin.” Böyük günahlar sırasında şirkdən sonra valideynlə pis rəftar gəlir. Uyğun surənin 23-cü ayəsində oxuyuruq: "Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara "uf” belə demə, qışqırıb acı danışma”
Valideynə yalnız o zaman itaət etməmək olmaz ki, onlar dinin ziddinə əmr etsinlər. Təcrübədə sübut olub ki, ata-ananı incidənlər heç dünya həyatında da xoşbəxt ola bilmirlər.
Ata-ana övlad üçün ağacın kökü mislindədir. Budaqlar nə qədər inkişaf etsə də, kökdən qidalanmaqdan yaşaya bilməz.
Övladın valideynə hörmətsizliyi qarşılıqlı etinasızlıqla müşayiət olunduğu üçün cəmiyyətdə biganəlik yaranır. Övladından ehtiram görmək istəyən insan öz atan-anasına diqqətli olmalıdır. Övlad və valideyn arasında mövcud olan hörmətsizlik nikah və doğumların sayına da təsir göstərir. İslam tərbiyədən uzaq düşmüş əsrimizdə övladdan imtina halları çoxalır. Təbii ki, meyvələri acı, özü kölgəsiz bi ağac əkməyə dəyməz.
Cəmiyyətdə islami dəyərlərə ehtiram göstərilərsə, valideyn-övlad münasibətlərindəki şirinlik Allahın gözəl nemətlərindəndir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 313 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]