«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:14 AM
Main » Articles » Gənclər üçün 100 dərs

68-Cİ DƏRS: ÖVLADIN HÜQUQLARI
68-Cİ DƏRS: ÖVLADIN HÜQUQLARI
Bir şəxsin xeyirinə görüləsi vacib iş haqq adlanır. Haqqı yerinə yetirmək isə dini vəzifədir.
İnsan bu dünyada əbədi olmadığından bəşər nəslinin davamı üçün onun artımı zəruridir. Allah insanı artıma fitrətən maraqlı yaratmışdır. Ona görə də ata-ana öz övladını ciyərparəsi bilir, onun varlığını öz varlığı hesab edir.
Valideyinin övlad qarşısında vəzifələri vardır:
1.Övlad işarə və söz anladığı ilk gündən başlayaraq onun əxlaqına diqqətli olmaq, onu çirkin vərdişlərdən çəkindirmək lazımdır.
2.Təmizlik həddinə çatanadək körpənin paklığına xüsusi diqqət vermək lazımdır
3.Oxuyub öyrənmək istedadına çatmış övlad layiqli müəllimin ixtiyarına verilməlidir.
4.Övladın cəmiyyətə çıxma yaşı çatdıqda valideyn onu özü ilə tədricən cəmiyyətə çıxarıb, ədəb qaydaları ilə tanış etməlidir.
Övlada yaxşı ad qoyub, ona Quran təlim etmək, tərbiyəsi ilə məşğul olmaq valideynin şəri vəzifəsidir. Uşaq körpəlikdən böyüyə hörmət ruhunda tərbiyə olunmalıdır. Həzrət peyğəmbər (s) buyurur: "Yaşlılara ehtiram Allaha ehtiramdır.”
Doğulmuş uşağa zərər olmazsa, ona viladət qüslü vermək, sağ qulağına azan, sol qulağına iqamə demək, yeddinci gün başını qırxmaq müstəhəbdir. Uşaq oğlandırsa, onu sünnət etmək vacibdir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 817 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]