70-Cİ DƏRS: XOŞ MÜNASİBƏT - Gənclər üçün 100 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:47 AM
Main » Articles » Gənclər üçün 100 dərs

70-Cİ DƏRS: XOŞ MÜNASİBƏT
70-Cİ DƏRS: XOŞ MÜNASİBƏT
Allahın ehtiyaclı olduğumuz sifətlərindən biri "rəhman”dır. Allah öz bəndələrinə mehribandır və bəndələri də öz aralarında mehribanlığa, xoş rəftara çağırır.
İnsan ictimai bir varlıq kimi başqaları ilə ünsiyyətdə olmağa məcburdur. İnsan bu müsibətlər vasitəsi ilə özünü hifz edir, maddi və mənəvi tərəqqisinə nail olur. Acıdil, qaşqabaqlı insan, təbii ki, pis qarşılanır və ətrafdakılar onunla ünsiyyətdən qaçırlar.
İslam dini öz ardıcıllarını mehribanlığa, xoş münasibətə dəvət edir. İslam peyğəmbəri (s) salam verməkdə hamını qabaqlayar, hətta uşaqlara birinci salam verərdi. Həzrət (s) ona verilən salamın cavabını daha böyük ehtiramla qaytarardı. "Nisa” surəsinin 86-ci ayəsində buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl qaytarın.”
Lakin cəmiyyətdə məhəbbətlə qarşılanmaq üçün təkcə salam vermək kifayət etmir. İnsan sadə, səmimi olmalı, öz zahiri ilə başqalarını aldatmamalıdır. " Furqan” surəsinin 63-cü ayəsində oxuyuruq: "Layiqli bəndələr o şəxslərdir ki, yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqda yumuşaq, gözəl cavab verərlər.”
Amma gülər üz, xoş münasibətin də şərtləri vardır. Ləyaqətsiz, zalım insanlara xoş münasibət göstərmək, günahkarlarla yaxın ünsiyyətdə olmaq İslam dinində pislənilir. Mömin öz dini şəxsiyyətini alçaltmamalıdır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 308 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]