«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 11:10 AM
Main » Articles » Gənclər üçün 100 dərs

7-Cİ DƏSR: MƏNTİQİN FAYDASI VARMI?
 
Məntiqə verilən tərifdən aydın olur ki, məntiqin faydası vardır: məntiq təfəkkürdə zehnin xətasının qarşısını alır.
Zehn fəaliyyətə başlayaraq öz məlumlarından istifadə edərək məclulu tapmaq istəyir. Məntiqin işi məlumlara elə bir düzüm verməkdir ki, düzgün nəticə əldə edilsin. Demək, məntiq zehnə düzgün fəaliyyət istiqamətini göstərir. Məntiq elmini bilməyən insan zehnə düzgün nəzarət etməkdə acizdir.
Zehn iki halda xətaya yol verə bilər:
1-Məchulu məluma çevirmək üçün götürülmüş müqqəddimə yanlış ola bilər.
2-Müqqədimə məlumatların düzümü yanlış ola bilər.
İnsan zehnində hər hansı dəlil bina kimidir. Bu binanın etibarlı olması üçün həm materiallar, həm tikiliş möhkəm olmalıdır.
Məsələn, deyirik: "Sokrat insandır və hər insan zalımdır. Demək, sokrat zalımdır.” Burada, dəlillərin düzümü, forması doğru olsa da, "hər insan zalımdır” fikri yanlışdır. Ona görə də doğru nəticə alınmır.
Amma desək ki: "Sokrat insandır və sokrat alimdir. Demək, insan alimdir,” burada forma məntiqi deyil.
Düzgün dəlil və düzgün düzümdə isə nəticə də doğru alınır. Məsələn: "İnsan canlıdır və sokrat da insandır. Demək, sokrat canlıdır.”
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 909 | Rating: 1.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]