«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:56 PM
Main » Articles » Gənclər üçün 100 dərs

93-CÜ DƏRS: XUMS VƏ ZƏKAT.C
93-CÜ DƏRS: XUMS VƏ ZƏKAT.C
"Ənfal” surəsinin 41-ci ayəsində buyurulur: "Qənimətin beşdə biri Allaha, peyğəmbərə və onun yaxınlarına, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir.” Şiə fiqhində yeddi şey üçün xums –beşdə bir (20 %) ödənməlidir:
1. Müharibədə ələ keçrilmiş qənimət; 2. Mədəndən hasil edilmiş qızıl, gümüş, neft, kükürd və s. Faydalı qazıntılar3. Xəzinə; 4. Üzgüçülük yolu ilə dənizdən çıxarılmış qiymətli daşlar; 5. İllik qazançın xərclənməmiş hissəsi; 6. İslamın pənahında olan qeyri –müsəlmanın ("zimmi”) aldığı torpaq; 7. Sahibi və qədəri naməlum olan harama qarışmış mal
İrs və mehriyyənin xumsunu vermək vacib deyil. Bir dəfə xumsu verilmiş kəlir üçün ikinci dəfə xums ödənmir
"Tövbə” surəsinin 103-cü ayəsində buyurulur: "Onların mallarından sədəqə al ki, bununla onları pak edəsən.” Zəkat Quranda paklıq, təmizlik mənasında işlədilmişdir.
İslamda on şeyin zəkatını vermək vacibdir. Dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş və orucluq ayının səhəri gün fitriyyə, yəni bədənin zəkatı. Lakin bir şeyin zəkatını vacib olması üçün həmin şeyin miqdarı nisab deyilən həddə çatmalıdır. 5 dəvəyə 1 qoyun, 30 inəyə bir dana, 30 qoyuna bir qoyun zəkat verilməlidir. Buğda, xurma, arpa və kişmiş nisab həddinə (847 kq) çatdıqda yağışla suvarılmışsa 1/10 əllə suvarılmışsa 1/20 hissə zəkat ödənir. Qızıl və gümüş üçün də nisab həddi və zəkat miqdarı müəyyənləşdirilmişdir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 573 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]