«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:04 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bəsirət

Bəsirət
Mizanul-hikmət
43. Bəsirət

232. Bəsirət

Quran:
«Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir». (Əraf surəsi, ayə 179)

780. Allahın Peyğəmbəri (s): «Kor, gözü görməyən deyil, (həqiqi) kor- bəsirət gözü kor olandır». (Kənzul-ummal, hədis 1220)
781. İmam Əli (ə): «Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur». (Ğurərul-hikəm, hədis 9972)
782. İmam Əli (ə): «Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.9, səh.158)
783. İmam Əli (ə): «Görmək baxmaqla deyil. Çünki gözlər bəzən sahiblərini aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.19, səh.173)
784. İmam Əli (ə): «Gözü itirmək bəsirəti itirməkdən asandır». (Ğurərul-hikəm, hədis 6536)
785. İmam Əli (ə): «İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir». (Ğurərul-hikəm, hədis 3061)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Bəsirət | Added by: IslamQadini (2010-08-05)
Views: 1405 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 yaqut70   (2010-08-24 9:31 PM) [Daxil ol]
Minnetdaram

Only registered users can add comments.
[ Registration | Login ]